Tarix:13/05/15
Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşlərin bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.
Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ.Məmmədov bu istiqamətdə İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran nəticələrindən söz açıb.
Məhəmməd Əxgəri də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından da danışan qonaq cari ilin 24 may tarixində 24 saat ərzində Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlayacağını, bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1" üzərindən yayımlanmasının arzuolunan olduğunu nəzərə çatdırıb.
Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının nümayəndələri ilə görüş keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşlərin bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.
Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ.Məmmədov bu istiqamətdə İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran nəticələrindən söz açıb.
Məhəmməd Əxgəri də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından da danışan qonaq cari ilin 24 may tarixində 24 saat ərzində Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlayacağını, bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1" üzərindən yayımlanmasının arzuolunan olduğunu nəzərə çatdırıb.
Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Baxış sayı: 841
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür