Tarix:20/05/15
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizə təşrif buyurmuş qonağı salamlayıb və ölkələrimiz arasında yüksək səviyyədə mövcud olan münasibətlərin İKT sahəsində də əməkdaşlıq üçün münbit imkanlar açdığını söyləyib. Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic Azərbaycanda iki il bundan əvvəl olduğunu, İKT və elmi tədqiqatlar sahəsində əlaqələrin daha da genişləndirilməsinə maraqlarını bildirib.
E.Vəlizadə ölkəmizdə son iki ildə İKT sahədə aparılan fəaliyyətdən söz açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, nazirliyin fəaliyyət istiqamətləri və sahələri genişləndirilib, qarşıya yeni mühüm vəzifələr qoyulub.
Hazırda nazirliyin tabeliyində iki tədqiqat qurumunun mövcud olduğu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin və Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyi bildirilib. Nazir müavini ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik kimi digər sahələrin diqqət mərkəzində olduğunu və qarşılıqlı əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Yaradılmaqda olan yüksək texnologiyalar parklarının fəaliyyətinin dövlət tərəfindən dəstəkləndiyini, bu məqsədlə müvafiq güzəştlərin nəzərdə tutulduğunu deyən nazir müavini Monteneqro şirkətlərinin də bu imkanlardan istifadəsinin mümkünlüyünü bildirib.
Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic İKT sahəsində əlaqələrin daha da genişləndirilməsindən söz açıb. Xanım nazir Monteneqroda həyata keçirilən fəaliyyətin Azərbaycan təcrübəsi ilə uzlaşdığını qeyd etdi. O, elmi elmi-tədqiqat parklarının inkişafının, xüsusən biotexnologiyaların, kənd təsərrüfatı üzrə texnologiyaların, enerji resursları və neft sahəsi üzrə kadr hazırlığı məsələləri üzrə tədbirlər görüldüyünü və Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib, qeyd olunan və digər mümkün sahələrin müzakirə edilməsi üçün forum və seminarların keçirilməsini təklif edib.
Tərəflər arasında münasibətlərin növbəti mərhələyə qədəm qoymasını diqqətə çatdıran Sanja Vlahovic səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər sahələrdə də uğurlu inkişaf üçün yeni imkanlar açacağını bildirib.
Həqiqət İSABALAYEVA
Azərbaycanla Monteneqro arasında İKT sektorunda yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Monteneqro Respublikasının elm naziri Sanja Vlahovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizə təşrif buyurmuş qonağı salamlayıb və ölkələrimiz arasında yüksək səviyyədə mövcud olan münasibətlərin İKT sahəsində də əməkdaşlıq üçün münbit imkanlar açdığını söyləyib. Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic Azərbaycanda iki il bundan əvvəl olduğunu, İKT və elmi tədqiqatlar sahəsində əlaqələrin daha da genişləndirilməsinə maraqlarını bildirib.
E.Vəlizadə ölkəmizdə son iki ildə İKT sahədə aparılan fəaliyyətdən söz açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, nazirliyin fəaliyyət istiqamətləri və sahələri genişləndirilib, qarşıya yeni mühüm vəzifələr qoyulub.
Hazırda nazirliyin tabeliyində iki tədqiqat qurumunun mövcud olduğu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin və Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyi bildirilib. Nazir müavini ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik kimi digər sahələrin diqqət mərkəzində olduğunu və qarşılıqlı əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Yaradılmaqda olan yüksək texnologiyalar parklarının fəaliyyətinin dövlət tərəfindən dəstəkləndiyini, bu məqsədlə müvafiq güzəştlərin nəzərdə tutulduğunu deyən nazir müavini Monteneqro şirkətlərinin də bu imkanlardan istifadəsinin mümkünlüyünü bildirib.
Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic İKT sahəsində əlaqələrin daha da genişləndirilməsindən söz açıb. Xanım nazir Monteneqroda həyata keçirilən fəaliyyətin Azərbaycan təcrübəsi ilə uzlaşdığını qeyd etdi. O, elmi elmi-tədqiqat parklarının inkişafının, xüsusən biotexnologiyaların, kənd təsərrüfatı üzrə texnologiyaların, enerji resursları və neft sahəsi üzrə kadr hazırlığı məsələləri üzrə tədbirlər görüldüyünü və Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib, qeyd olunan və digər mümkün sahələrin müzakirə edilməsi üçün forum və seminarların keçirilməsini təklif edib.
Tərəflər arasında münasibətlərin növbəti mərhələyə qədəm qoymasını diqqətə çatdıran Sanja Vlahovic səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər sahələrdə də uğurlu inkişaf üçün yeni imkanlar açacağını bildirib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 953
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür