12px13px15px17px
Tarix:03/07/15

Nazir startapçılarla görüşdü

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Startap Azərbaycan" yarışmasının qalibləri və iştirakçıları ilə görüş keçirilib.

 

 
Görüşün əsas məqsədi ölkədə Startap hərəkatının genişlənməsi və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparmaq olub.
 
Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startapçılar da iştirak ediblər.
 
Nazir Əli Abbasov İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrant şəklində maliyyə dəstəyinin həyata keçirilməsindən bəhs edib.





 



Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib.
 
Tədbirdə Fondun elan etdiyi 1-ci və 2-ci qrant müsabiqələrinin qalibi olmuş layihələr barədə təqdimatlar keçirilib, Fond haqqında video təqdimat nümayiş olunub.
 
Görüşün sonunda startap layihələr tərəfindən İKT sahəsində sahibkarlığın inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
 
 
          Qeyd edək ki, Fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması sahəsində qrant müsabiqələri keçirir. Belə ki, elan ediləcək növbəti qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər Fondun rəsmi internet səhifəsində  yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn qeydiyyatdan keçərək öz layihələrini təqdim edə bilərlər.
 



Baxış sayı: 1644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Oktyabr 2024

10 10 2024