Tarix:28/09/15
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan və Serbiya arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə söykənən əməkdaşlığın inkişafında rabitə, İKT və telekommunikasiya sahəsinin də xüsusi yeri olduğunu qeyd edib. Münasibətlərdəki irəliləyişlər və qazanılan uğurlara baxmayaraq, bu sahədə qurulan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdıran nazir mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın dinamik inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayic də İKT və yüksək texnologiyalar sahəsində münasibətlərin daha da dərinləşdirilməsi və inkişafı üçün qarşılıqlı istəyin olduğunu, eyni zamanda keçirilən görüşlər sayəsində əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının Hökumətlərarası Komissiyanın 4-cü iclasında əsas müzakirə mövzularından biri olduğunu da xatırladan serbiyalı nazir bu sahənin gələcək inkişafı ilə bağlı fikirlərini də paylaşıb.
Daha sonra görüşdə İKT və yüksək texnologiyalar sahəsi üzrə İşçi Qrupun yaradılması və İşçi Qrup çərçivəsində ilkin müzakirələrin Belqradda keçirilməsi, 2-5 dekabr tarixlərində keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları ("Bakutel 2015") sərgi və konfransı çərçivəsində isə müzakirələrin Bakıda davam etdirilməsi qərara alınıb.
Azərbaycan-Serbiya arasında İKT sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində ölkəmizdə səfərdə olan Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan və Serbiya arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə söykənən əməkdaşlığın inkişafında rabitə, İKT və telekommunikasiya sahəsinin də xüsusi yeri olduğunu qeyd edib. Münasibətlərdəki irəliləyişlər və qazanılan uğurlara baxmayaraq, bu sahədə qurulan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdıran nazir mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın dinamik inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayic də İKT və yüksək texnologiyalar sahəsində münasibətlərin daha da dərinləşdirilməsi və inkişafı üçün qarşılıqlı istəyin olduğunu, eyni zamanda keçirilən görüşlər sayəsində əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının Hökumətlərarası Komissiyanın 4-cü iclasında əsas müzakirə mövzularından biri olduğunu da xatırladan serbiyalı nazir bu sahənin gələcək inkişafı ilə bağlı fikirlərini də paylaşıb.
Daha sonra görüşdə İKT və yüksək texnologiyalar sahəsi üzrə İşçi Qrupun yaradılması və İşçi Qrup çərçivəsində ilkin müzakirələrin Belqradda keçirilməsi, 2-5 dekabr tarixlərində keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları ("Bakutel 2015") sərgi və konfransı çərçivəsində isə müzakirələrin Bakıda davam etdirilməsi qərara alınıb.
Baxış sayı: 948
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür