Tarix:01/10/15
Görüşdə nazir Əli Abbasov uğurla və dinamik inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin bir çox sahələri, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsini əhatə etdiyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar və layihələrdən söz açıb.
İsrail şirkətlərinin Azərbaycan bazarında fəal iştirakına da toxunan nazir münasibətlərin hərtərəfli inkişafında yeni əməkdaşlıq istiqamətlərinin vacib rolunu qeyd edib, sahə üzrə gələcək, perspektiv planlardan danışıb.
Əli Abbasov yeni səfirin diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT və yüksək texnologiyalar sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini də bildirib.
Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsinin inkişaf səviyyəsini yüksək dəyərləndirən səfir Dan Stav İsrail şirkətlərinin yerli bazarda iştirakının artırılmasına, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsinə göstərdikləri maraqdan söz açıb.
Qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafına yeni təkan verdiyini də qeyd edən diplomat bu baxımdan "BakuTel" Beynəlxalq sərgi-konfransının əsaslı rol oynadığını bildirib.
Səfir "BakuTel-2015"-də də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda sərgi çərçivəsində keçiriləcək "Azərbaycan- İsrail Yüksək Texnologiyalar Forumu"nun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib.
Daha sonra görüşdə rabitə və yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqda fikir mübadiləsi aparılıb.
İsraillə rabitə və yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.Görüşdə nazir Əli Abbasov uğurla və dinamik inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin bir çox sahələri, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsini əhatə etdiyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar və layihələrdən söz açıb.
İsrail şirkətlərinin Azərbaycan bazarında fəal iştirakına da toxunan nazir münasibətlərin hərtərəfli inkişafında yeni əməkdaşlıq istiqamətlərinin vacib rolunu qeyd edib, sahə üzrə gələcək, perspektiv planlardan danışıb.
Əli Abbasov yeni səfirin diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT və yüksək texnologiyalar sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini də bildirib.
Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsinin inkişaf səviyyəsini yüksək dəyərləndirən səfir Dan Stav İsrail şirkətlərinin yerli bazarda iştirakının artırılmasına, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsinə göstərdikləri maraqdan söz açıb.
Qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafına yeni təkan verdiyini də qeyd edən diplomat bu baxımdan "BakuTel" Beynəlxalq sərgi-konfransının əsaslı rol oynadığını bildirib.
Səfir "BakuTel-2015"-də də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda sərgi çərçivəsində keçiriləcək "Azərbaycan- İsrail Yüksək Texnologiyalar Forumu"nun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib.
Daha sonra görüşdə rabitə və yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqda fikir mübadiləsi aparılıb.
Baxış sayı: 911
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür