Tarix:03/10/15
Xüsusən kosmik sahədə əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edən nazir Fransanın bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını, Azərbaycanın da bu zəngin təcrübədən yararlandığını bildirib.
Əli Abbasov Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində ölkəmizin ilk süni peykinin fransız Kuru kosmodromundan geostasionar orbitə buraxıldığını, həmçinin yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın orbitə buraxılmasında fransız şirkətlərinin yaxından iştirak etdiyini xatırladıb, bu əməkdaşlığın növbəti kosmik layihələrdə də mümkün ola biləcəyini qeyd edib.
Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan səfir Paskal Mönye də münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artdığını qeyd edib. Azərbaycanın ilk və növbəti peykinin orbitə buraxılmasında Fransa şirkətlərinin iştirakından məmnunluq ifadə edən diplomat uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq olduğunu qeyd edərək, kosmik sənaye sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Daha sonra nazir Əli Abbasov diplomatik fəaliyyəti dövründə münasibətlərin inkişafında göstərdiyi səylərə görə Paskal Mönyeyə təşəkkür edərək, səfirə yeni işlərində uğurlar arzulayıb.
Münasibətlərin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyinə əminliyini bildirən diplomat isə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Kosmik sənaye sahəsində Azərbaycan- Fransa əməkdaşlığı müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Fransanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində inamla irəlilədiyini qeyd edən nazir Əli Abbasov qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.Xüsusən kosmik sahədə əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edən nazir Fransanın bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını, Azərbaycanın da bu zəngin təcrübədən yararlandığını bildirib.
Əli Abbasov Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində ölkəmizin ilk süni peykinin fransız Kuru kosmodromundan geostasionar orbitə buraxıldığını, həmçinin yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın orbitə buraxılmasında fransız şirkətlərinin yaxından iştirak etdiyini xatırladıb, bu əməkdaşlığın növbəti kosmik layihələrdə də mümkün ola biləcəyini qeyd edib.
Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan səfir Paskal Mönye də münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artdığını qeyd edib. Azərbaycanın ilk və növbəti peykinin orbitə buraxılmasında Fransa şirkətlərinin iştirakından məmnunluq ifadə edən diplomat uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq olduğunu qeyd edərək, kosmik sənaye sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Daha sonra nazir Əli Abbasov diplomatik fəaliyyəti dövründə münasibətlərin inkişafında göstərdiyi səylərə görə Paskal Mönyeyə təşəkkür edərək, səfirə yeni işlərində uğurlar arzulayıb.
Münasibətlərin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyinə əminliyini bildirən diplomat isə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Baxış sayı: 919
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür