Tarix:19/11/15
Görüşdə 20 illik yubiley münasibətilə "USACC"-ı və onun timsalında təşkilatın üzvü olan bütün şirkətləri təbrik edən rabitə və yüksək texnologiyalar naziri vəzifəsinin müvəqqəti icraçısı, nazirin birinci müavini İltimas Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatası ilə RYTN arasında qurulan əməkdaşlıqdan danışıb.
Bu illər ərzində birgə fəaliyyətin qarşılıqlı töhfə verdiyini deyən İ.Məmmədov bəzi layihələrdən, o cümlədən ABŞ-ın texnoloji yönümlü ali təhsil müəssisələri ilə qurulan münasibətlərdən söz açıb.
Xüsusən RYTN-in tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında Texnologiya Sahibkarlığı Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, ABŞ İnnovasiya və Sahibkarliq Komitəsinin Ekspertlər Şurasının üzvü Ken Morsun iştirakı ilə təlimlərin təşkili və bu təlimlərin sahibkar və digər iştirakçılar tərəfindən müsbət qarşılandığı qeyd edilib, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğu vurğulanıb.
Çıxış edən həmsədrlər Bill Delahunt və Reza Vəziri də birgə fəaliyyəti yüksək dəyərləndirərək, indiyə qədər görülən işlərdə "USACC"a verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədrləri ilə görüş keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) həmsədrləri Bill Delahunt və Reza Vəziri, "USACC"-ın Fəxri Müşavirlər Şurasının üzvü Jon Sununu ilə görüş keçirilib.Görüşdə 20 illik yubiley münasibətilə "USACC"-ı və onun timsalında təşkilatın üzvü olan bütün şirkətləri təbrik edən rabitə və yüksək texnologiyalar naziri vəzifəsinin müvəqqəti icraçısı, nazirin birinci müavini İltimas Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatası ilə RYTN arasında qurulan əməkdaşlıqdan danışıb.
Bu illər ərzində birgə fəaliyyətin qarşılıqlı töhfə verdiyini deyən İ.Məmmədov bəzi layihələrdən, o cümlədən ABŞ-ın texnoloji yönümlü ali təhsil müəssisələri ilə qurulan münasibətlərdən söz açıb.
Xüsusən RYTN-in tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında Texnologiya Sahibkarlığı Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, ABŞ İnnovasiya və Sahibkarliq Komitəsinin Ekspertlər Şurasının üzvü Ken Morsun iştirakı ilə təlimlərin təşkili və bu təlimlərin sahibkar və digər iştirakçılar tərəfindən müsbət qarşılandığı qeyd edilib, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğu vurğulanıb.
Çıxış edən həmsədrlər Bill Delahunt və Reza Vəziri də birgə fəaliyyəti yüksək dəyərləndirərək, indiyə qədər görülən işlərdə "USACC"a verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.
Baxış sayı: 1621
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür