12px13px15px17px
Tarix:04/12/15

Macar şirkətləri Azərbaycan bazarına maraq göstərirlər

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bakutel - 2015”- 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Görüşdə E.Vəlizadə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsinə imkanların mövcudluğunu vurğulayıb.
 
 
Səfir İmre Laslotski macar şirkətlərinin Azərbaycan bazarına göstərdiyi maraqdan söz açaraq, nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətləri təqdim edib. “National Toll Payment Services PLC” və “Persecutor” təmsilçiləri şirkətlərin fəaliyyət istiqamətləri haqda geniş və ətraflı məlumat veriblər. Ödənişli yol sistemlərindən keçid üzrə həllər, məlumat emalı mərkəzlərinin yaradılması üzrə mövcud potensial diqqətə çatdırılıb.
 
E.Vəlizadə bu istiqamətlərdə Azərbaycanda müəyyən addımların atıldığını, işlərin görüldüyünü bildirib. “Uptime” İnstitutunun TIER III səviyyəli texniki tələblərinə uyğun olan regionda ilk Data Mərkəzin qurulmasından söz açan nazir müavini qeyd edib ki, mərkəz və texniki heyət istismara hazırdır, mərkəzin gələcək fəaliyyətində macar şirkətləri ilə əməkdaşlıq məqsədəuyğundur.
 
 



Baxış sayı: 1098

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024