Tarix:05/12/15
Görüşdə E.Vəlizadə Litva tərəfinə, o cümlədən təmsilçi şirkətlərə hər il "Bakutel"də fəal iştiraklarına və sərgiyə göstərdikləri marağa görə minnətdarlığını ifadə edib. Nazir müavini tərəflər arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb və bu istiqamətdə müvafiq addımların atılması zərurətindən danışıb.
"Bakutel 2015" sərgi və konfransının açılışı münasibətilə təbriklərini çatdıran səfir Valdas Lastauskas nüfuzlu və beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın uğurlu təşkilatçı qismində çıxış etdiyini diqqətə çatdırıb.
Xüsusən "Bakı 2015" Birinci Avropa Oyunlarını xatırladan diplomat orada ən müasir texnoloji həll və vasitələrdən istifadə olunduğunu vurğulayaraq, bu imkanları texnologiya möcüzəsi adlandırıb. Səfir əməkdaşlığın yeni istiqamətlərinin genişləndirilməsi üçün səylərin gücləndiriləcəyinə əminliyini də ifadə edib.
Daha sonra Azərbaycan bazarına maraq göstərən, özündə 200-dən artıq şirkəti cəmləşdirən "İNFOBALT" Assosiasiyasının nümayəndəsi təqdimatla çıxış edib və əməkdaşlıq sahələri barədə məlumat verib.
“Bakutel 2015”də təmsil olunan Litva şirkətləri ilə görüş keçirilib
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Bakutel 2015" - 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə E.Vəlizadə Litva tərəfinə, o cümlədən təmsilçi şirkətlərə hər il "Bakutel"də fəal iştiraklarına və sərgiyə göstərdikləri marağa görə minnətdarlığını ifadə edib. Nazir müavini tərəflər arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb və bu istiqamətdə müvafiq addımların atılması zərurətindən danışıb.
"Bakutel 2015" sərgi və konfransının açılışı münasibətilə təbriklərini çatdıran səfir Valdas Lastauskas nüfuzlu və beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın uğurlu təşkilatçı qismində çıxış etdiyini diqqətə çatdırıb.
Xüsusən "Bakı 2015" Birinci Avropa Oyunlarını xatırladan diplomat orada ən müasir texnoloji həll və vasitələrdən istifadə olunduğunu vurğulayaraq, bu imkanları texnologiya möcüzəsi adlandırıb. Səfir əməkdaşlığın yeni istiqamətlərinin genişləndirilməsi üçün səylərin gücləndiriləcəyinə əminliyini də ifadə edib.
Daha sonra Azərbaycan bazarına maraq göstərən, özündə 200-dən artıq şirkəti cəmləşdirən "İNFOBALT" Assosiasiyasının nümayəndəsi təqdimatla çıxış edib və əməkdaşlıq sahələri barədə məlumat verib.
Baxış sayı: 1069
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür