Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Microsoft” ilə birgə İşçi qrup yaradılır
Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə dekabrın 18-də "Microsoft" korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Maykl Koqler ilə görüşüb.
Görüşdə Azərbaycanın dövlət qurumlarında istifadə olunan "Microsoft" proqram təminatlarının lisenziyalaşdırılması və bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş kimi çıxış etməsi, elektron imza alqoritmlərində yeni texnologiyaların tətbiqi müzakirə olunub.
Maykl Koqler bildirib ki, "Microsoft" Azərbaycanla əməkdaşlığa və bu əməkdaşlığın genişləndirilməsinə maraqlıdır.
Ramin Quluzadə nazirliyin qeyd olunan əməkdaşlığa açıq olduğunu deyib və irəli sürülən təkliflər əsasında İşçi qrupun yaradılması təklif olunub.
İşçi qrup mövcud vəziyyəti araşdırmalı və əməkdaşlığın perspektivləri ilə bağlı konkret təkliflər hazırlamalıdır.
Baxış sayı: 994
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür