Tarix:01/08/16
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, “Elektron hökumət” modelinin inkişafı üçün təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə həmkarı ilə ilk görüşündən ötən müddət ərzində ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərin sürətləndirildiyini bildirib. Nazir İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edərək, bunun üçün “Bakutel” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının uğurlu platforma olduğunu diqqətə çatdırıb. Nazir internet trafikinin ötürülməsi istiqamətində uğurlu təcrübənin olduğunu vurğulayaraq, kibertəhlükəsizliyin təmin olunmasında da əməkdaşlığın zəruriliyini qeyd edib.
Öz növbəsində Mahmud Vaezi rabitə və yüksək texnologiyaları sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, qarşılıqlı əməkdaşlıq beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəkləməsinə imkan verir. Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan geniş istifadə olunmalıdır.
Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən qısa vaxtda icrasına başlanılması qərara alınıb.
Rabitə və yüksək texnologiyalar naziri iranlı həmkarı ilə görüşüb
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, “Elektron hökumət” modelinin inkişafı üçün təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə həmkarı ilə ilk görüşündən ötən müddət ərzində ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərin sürətləndirildiyini bildirib. Nazir İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edərək, bunun üçün “Bakutel” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının uğurlu platforma olduğunu diqqətə çatdırıb. Nazir internet trafikinin ötürülməsi istiqamətində uğurlu təcrübənin olduğunu vurğulayaraq, kibertəhlükəsizliyin təmin olunmasında da əməkdaşlığın zəruriliyini qeyd edib.
Öz növbəsində Mahmud Vaezi rabitə və yüksək texnologiyaları sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, qarşılıqlı əməkdaşlıq beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəkləməsinə imkan verir. Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan geniş istifadə olunmalıdır.
Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən qısa vaxtda icrasına başlanılması qərara alınıb.
Baxış sayı: 1740
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür