12px13px15px17px
Tarix:25/10/16

Rabitə və yüksək texnologiyalar naziri Ağcabədi şəhərində vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  28.10.2016-cı il tarixində saat 12:00-da Ağcabədi şəhərində  Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 0125983818 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Ağcabədi rayonunda                02127 55299
Beyləqan rayonunda                02122 53233
Zərdab rayonunda                    02029 64299
Füzuli rayonunda                      02631 55160
İmişli rayonunda                       02124 64366
Xocavənd  rayonu  üzrə           02122 35448
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.




Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024