12px13px15px17px
Tarix:06/12/16

Rabitə və yüksək texnologiyalar naziri Neftçalada vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  09.12.2016-cı il tarixində saat 12:00-da Neftçala şəhərində Neftçala, Salyan, Biləsuvar, Cəlilabad  və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Neftçala rayonunda                  02126 33628
Salyan rayonunda                     02125 50615
Biləsuvar rayonunda                02529 51335
Cəlilabad rayonunda                02524 52248
Cəbrayıl rayonu  üzrə               02638 43799
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.




Baxış sayı: 1659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024