Tarix:13/04/18
Qonaqları salamlayan nazir Ramin Quluzadə bildirib ki, "Microsoft" şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.
Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Nazir son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə də danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft Azərbaycan" şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahəsində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib.
Öz növbəsində Ronald Binkofski nümayəndə heyəti adından səmimi qəbula və məhsuldar müzakirələrə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanla birgə səmərəli əməkdaşlığın inkişafından məmnun olduqlarını qeyd edib.
Eyni zamanda görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qabaqcıl texnologiyaların tətbiqi üzrə birgə İşçi Qrup çərçivəsində əməkdaşlıq, startapçılar üçün münbit şərait və ekosistemin yaradılması prosesinə qabaqcıl təcrübəyə malik "Microsoft" şirkətinin cəlb olunması, nazirliyin fəaliyyətinin rəqəmli texnologiyalara transformasiya olunması üzrə təhlükəsiz proqram təminatı ilə təchizat və s. kimi məsələlər də müzakirə mövzusu olub.
Nazir Ramin Quluzadə “Microsoft” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə İdarə Heyətinin üzvü, MDB ölkələri üzrə Baş direktoru Ronald Binkofskinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Qonaqları salamlayan nazir Ramin Quluzadə bildirib ki, "Microsoft" şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.
Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Nazir son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə də danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft Azərbaycan" şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahəsində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib.
Öz növbəsində Ronald Binkofski nümayəndə heyəti adından səmimi qəbula və məhsuldar müzakirələrə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanla birgə səmərəli əməkdaşlığın inkişafından məmnun olduqlarını qeyd edib.
Eyni zamanda görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qabaqcıl texnologiyaların tətbiqi üzrə birgə İşçi Qrup çərçivəsində əməkdaşlıq, startapçılar üçün münbit şərait və ekosistemin yaradılması prosesinə qabaqcıl təcrübəyə malik "Microsoft" şirkətinin cəlb olunması, nazirliyin fəaliyyətinin rəqəmli texnologiyalara transformasiya olunması üzrə təhlükəsiz proqram təminatı ilə təchizat və s. kimi məsələlər də müzakirə mövzusu olub.
Baxış sayı: 1561
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür