ABŞ İKT sektorunda Azərbaycanı dəstəkləyir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Havay ştatının nümayəndələr Palatasının üzvü, xanım Rida Kabanilla ilə görüşmüşdür.
Görüşdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər, o cümlədən, “Elektron-hökumət” proqramı, Regional İnnovasiya Zonaları layihəsi, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin orbitə buraxılması istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verilmiş, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi kimi məsələlər müzakirə mövzusu olmuşdur.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir Əli Abbasov qeyd etmişdir ki, Azərbaycanla Amerika həm də strateji tərəfdaşdır.
Nazir, son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirmişdir. İKT sektorunda ABŞ-la sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayan nazir, bu ölkənin İT sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd etmişdir.
Ə. Abbasov Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən kosmik sənayenin yaradılması istiqamətində Amerika təcrübəsinin mənimsənilməsinin, ABŞ-ın “Orbital Sciences” şirkəti ilə birbaşa əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Nazir İKT sahəsində əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafı baxımından faydalı olacağını vurğulamışdır.
Xanım Rida Kabanilla “Bakutel-2011” sərgi-konfransı çərçivəsində Azərbaycanda İKT sektorunda həyata keçirilən işlərlə yaxından tanış olduğunu və sektor üzrə əldə olunan nəticələri yüksək qiymətləndirdiyini diqqətə çatdırmışdır.
R.Kabanilla informasiya texnologiyaları və kommunikasiya xidmətləri sahələrində hökumət və ticari əlaqələri gücləndirmək niyyətini dəstəkləmişdir. O, təcrübə mübadiləsi üçün hökumət, qeyri-hökumət, özəl sektor və elmi cəmiyyət təmsilçilərinin əməkdaşlığa cəlb olunmasının sektor üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildirmişdir.
Baxış sayı: 1195
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür