“MillwardBrown” analitik şirkətinin versiyasına görə, ABŞ-ın “Google” şirkəti dünyanın ən bahalı brendi seçilib.
“ESET” şirkətinin tədqiqat materialına əsasən, valideynlərin 86%-i sosial şəbəkələrdə yetkinlik yaşına çatmamış uşaqların davranışını izləyir.
“The Independent” qəzeti yazır ki, Rusiya proqramçıları tərəfindən işlənib hazırlanan ilk süni həmsöhbət proqramı məşhur “Tyurinq” testindən uğurla keçib.
Avstraliyalı bloqer Sonni Dikson öz saytında “iPhone 6” modelləri kimi təqdim edilmiş iki smartfonun fotosunu dərc edib.
“Panasonic” şirkəti “Intel Classmate PC” konsepsiyasına alternativ baxış təşkil edən “3E” təhsil hibrid qurğusunu nümayiş etdirib. Yeni qurğu “ISTE” konfransı çərçivəsində təqdim olunub. 10 düymlük qurğunun qiyməti 499 dollar təşkil edir.
Böyük Britaniyada “Google Glass” kompüterləşdirilmiş eynəyinin satışa çıxarılmasından bir həftə sonra “Cinema Exhibitors' Association” kinoprokat assosiasiyasının nümayəndələri deyib ki, tamaşaçılar filmin nümayişinin başlanmasından asılı olmayaraq, zala daxil olduqda smart eynəyi çıxartmalı olacaqlar.
Hollandiyalı dizayner və modelyer Paulina van Donqen günəş panelləri ilə təchiz edilmiş paltar tikişi ilə məşğul olan “Wearable Solar” startapının əsasını qoyub. Onun tərəfindən düşünülmüş yüksəktexnologiyalı qarderob elementləri elektronikanı günəş enerjisi ilə doldurmağa imkan verir.
Finlandiyanın baş naziri Aleksandr Stubb “Nokia” şirkətinin iflasa uğramasında Stiv Cobsu ittiham edib, nəticədə ölkənin əmək bazarı məhv olub. Bu haqda “the Australian” nəşri yazıb.
“Samsung” 120 min dollarlıq televizor təqdim edib.
CNET nəşri yazır ki, “Brikk” şirkəti 24 karatlıq qızıl “iPhone 6” smartfonuna ilkin sifariş qəbuluna başlayıb.
Təhlükəsizlik üzrə mühəndis Cin Bransfild boğazına distant müdaxilə modullu xalta taxılmış pişiyin köməyi ilə “Wi-Fi” şəbəkəsinə çıxış əldə edib. Bu barədə Bransfildin Las-Veqasda keçirilmiş “Defcon” haker konfransında təqdim etdiyi hesabata istinadən “Engadget” nəşri yazıb.
Tayland sakinləri səyahət zamanı mobil qurğulardan istifadə üzrə turistlərin reytinqində birinci yerdə qərarlaşıb. Bu haqda “Hotels.com” portalının sorğusuna istinadən “The Daily Mail” nəşri yazıb. Taylanddan olan respondentlərin 85%-i bildirib ki, onlar səyahətdə də cihazdan istifadə edirlər.
Dizayner və proqramçı İtan Zukerman 1990-cı illərin ortalarında reklam pəncərələri yaratdığına görə internet istifadəçilərindən üzr istəyib. Zukermanın məqaləsi “İnternetin ilkin günahı” başlığı altında “The Atlantic” nəşrində dərc edilib.
ABŞ psixoloqlarının araşdırmasına əsasən, beş günü smartfonsuz keçirən altıncı sinif şagirdləri öz həmsöhbətlərinin emosional əhval-ruhiyyəsini daha yaxşı anlamağa başlayıblar. Bu tədqiqat “Computers in Human Behavior” jurnalının internet versiyasında dərc edilib.
“LG” şirkəti bir neçə yeni televizor modeli nümayiş etdirib. Sentyabrın əvvəlində 65 düymlük model Cənubi Koreyada satışa çıxarılacaq, 77 düymlük model isə Avropa və Şimali Amerika bazarları üçün nəzərdə tutulub.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL