Tarix:26/08/14
Keçmiş SSRİ dövründən sonra Rusiya Federasiyasında yüksək posta azərbaycanlı əsilli kadrın təyinatının qürurverici olduğunu vurğulayan nazir Əli Abbasov ölkələr arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini diqqətə çatdırıb. Bu münasibətlərin səmimi dostluq, mehriban qonşuluq prinsipləri üzərində möhkəm bazaya əsaslandığını bildirən nazir əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi, eyni zamanda sərmayə qoyuluşu üçün böyük potensialın olduğunu qeyd edib.
İki ölkə arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rəşid İsmayılov Azərbaycan və Rusiya dövlət başçılarının yaxın münasibətləri fonunda formalaşmış bu əlaqələrin nazir müavini kimi fəaliyyəti dövründə daha da möhkəmləndirilməsi üçün səylə çalışacağını bildirib. Bakıda keçirilən Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın koordinasiyası üzrə Komissiyasının 29-cu iclasına sədrlik edən R.İsmayılov münasibətlərin gələcək inkişaf yollarına da nəzər salaraq, qarşılıqlı investisiya yatırımları üzrə fəallığın artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra görüşdə rabitə və İKT sahəsi üzrə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeni mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılovla görüşüb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid Rüstəm oğlu İsmayılovla görüşüb.Keçmiş SSRİ dövründən sonra Rusiya Federasiyasında yüksək posta azərbaycanlı əsilli kadrın təyinatının qürurverici olduğunu vurğulayan nazir Əli Abbasov ölkələr arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini diqqətə çatdırıb. Bu münasibətlərin səmimi dostluq, mehriban qonşuluq prinsipləri üzərində möhkəm bazaya əsaslandığını bildirən nazir əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi, eyni zamanda sərmayə qoyuluşu üçün böyük potensialın olduğunu qeyd edib.
İki ölkə arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rəşid İsmayılov Azərbaycan və Rusiya dövlət başçılarının yaxın münasibətləri fonunda formalaşmış bu əlaqələrin nazir müavini kimi fəaliyyəti dövründə daha da möhkəmləndirilməsi üçün səylə çalışacağını bildirib. Bakıda keçirilən Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın koordinasiyası üzrə Komissiyasının 29-cu iclasına sədrlik edən R.İsmayılov münasibətlərin gələcək inkişaf yollarına da nəzər salaraq, qarşılıqlı investisiya yatırımları üzrə fəallığın artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra görüşdə rabitə və İKT sahəsi üzrə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeni mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı: 1646
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür