“Apple”ın ən populyar planşetlərindən biri “iPad 2” artıq üç ildir istehsal edilir və satılır. Lakin “AppleInsider.com” saytı öz mənbələrinə istinadən bildirib ki, şirkət "veteran"ın istehsalına son vermək qərarına gəlib.
“Microsoft” korporasiyası Cənubi Koreyada 9 milyard dollar dəyərində məlumat emalı mərkəzinin inşası ilə bağlı planlarını açıqlayıb. Bu, beynəlxalq texnoloji korporasiyanın tarixində ən irihəcmli investisiya olacaq.
“IHS Technology” analitik şirkətinin qiymətləndirməsinə görə, cari ildə dünyada internetə çıxış imkanına malik 6 milyarddan çox yeni qurğu buraxılacaq.
Lazer rabitə vasitələrindən irihəcmli informasiyaların böyük məsafələrə ötürülməsi üçün istifadə yaxın vaxtlaradək elmi fantastika hesab edilsə də, “NASA”-nın reaktiv hərəkət laboratoriyasının tədqiqatçıları ötən həftə Kaliforniyada lazer şüaları əsasında işləyən və məlumatları yüksək sürətlə ötürən sistemin prototipini nümayiş etdiriblər.
Çinin “Huawei” şirkətinin Avropa bölməsinin ictimaiyyətlə əlaqələr şöbəsinin vitse-prezidenti Antonio Qrasionun sözlərinə görə, beşinci nəsil mobil şəbəkəsi daha böyük buraxılış qabiliyyətinə malik olacaq və internetə qoşulan milyardlarla qurğular arasında əlaqəni təmin edəcək.
Dünyanın səksən aparıcı universiteti yaxın on il ərzində insan beyninin tam molekulyar modelini yaratmaq üçün səylərinin birləşdirib.
Ukrayna Milli Elmlər Akademiyasının İnformasiyanın Qeydiyyatı Problemləri İnstitutu və Monokristallar İnstitutunun alimləri informasiyanın 10 minlərlə il ərzində saxlanması mümkün olan sapfir optik disk hazırlayıblar.
Cənubi Koreyanın “LG Electronics” şirkəti “L” seriyasının ucuz smartfonlarının üçüncü nəslini təqdim edib.
Szilin Universitetinin kimyaçılar qrupu bu günlərdə su ilə işləyən printer yaratmaqla diqqəti özünə cəlb edib. Qrup rəhbəri professor Çjan Syaoanın sözlərinə görə, yeni qurğu adi printer kimi kağız üzərində çap edir, lakin burada mürəkkəbin əvəzinə sudan istifadə olunur.
Amerikanın “Cuff” şirkəti smartfona qoşula bilən bijuteriya xətti elan edib. Xəttə doqquz predmet daxildir.
Hər bir predmet “CuffLinc” adlı miniatür elektron qurğu ilə təchiz edilib.
“Samsung” şirkəti tərəfindən buraxılan “Galaxy Gear” smart saatının növbəti nəsli “Tizen” əməliyyat sistemi ilə işləyəcək.
Çinin “Gionee” şirkəti “Elife S5.5” smartfonunu təqdim edib və onu dünyanın ən nazik telefonu adlandırıb.
“Nokia” şirkəti itmiş qiymətli əşyaların axtarışı üçün “Treasure Tag” cihazı buraxıb. Bu haqda “Nokia”nın rəsmi saytında yazılıb. Qurğunun qiyməti 29,90 dollar təşkil edir.
“BBC” saytının yaydığı məlumata əsasən, Britaniyadan olan alimlər qrupunun hazırladığı kompüter proqramı görmə sistemini 30 faiz yaxşılaşdırmağa kömək edir.
“Google” şirkəti “Project Tango” kod adlı smartfon təqdim edib. Kompüter görmə texnologiyasından istifadə edən aparat onu əhatə edən məkanı qeyd edə və üçölçülü modelini yarada bilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL