waplog

Ən yaxşı “Android” planşeti


Dünyada 4 nüvəli prosessorla olan ilk planşetin – “ASUS Transformer Prime” satışları başlayıb. Qurğunu artıq Tayvanda almaq mümkündür, 2 həftə sonra onu ABŞ-da almaq olacaq. Planşetin növbəti ilin yanvarında Avropada tədarükünə başlanılacaq. Bununla belə Qərb jurnalistləri modeli testdən keçirməyə və öz təəssüratlarını paylaşmağa vaxt tapıblar.

“Sharp” korporasiyası smartfonlar üçün yeni nəsil kamera modulu yaradıb


“Sharp” korporasiyası smartfonlar üçün dünyada ən nazik kamera modulunu təqdim edib. “1080p” formatında 1920×1080 nöqtə kəskinlik ilə yüksək dəqiqlikli videoyazma imkanı mümkündür. Təsvirin sabitləşməsi linzaların tərpədilməsi yolu ilə həyata keçirilir. Bu, titrəmə və ya aşağı işıqlanma dərəcəsi zamanı keyfiyyətli şəkil çəkməyə imkan yaradır.

Dünyada ilk elastik kabel hazırlanıb (VİDEO)


Yaponiyanın “Asahi Kasei Fibers” şirkəti 1 yarım dəfə uzana bilən “Roboden” kabeli yaradıb. Bu, dünyada ilk belə hazırlamadır. Elastik kabel informasiya mübadiləsi üçün tətbiq edilə bilər. “Roboden” kabelindən istifadə etməklə məsələn, USB əlaqə yaradıla bilər. “Asahi Kasei Fibers” şirkəti güman edir ki, yenilik robot texnikasında tətbiq ediləcək:

Yaponiyada ağır fiziki iş yerinə yetirə bilən robot yaradılıb


Yaponiya mühəndisləri adi həyatda insanları getdikcə daha çox əvəz edəcək robotlar yaratmağa davam edirlər. Dünən Yaponiyada müxtəlif ağır fiziki işlər yerinə yetirə bilən robot modeli təqdim edilib. Robotun yaradıcıları – “Kawada İndustries” şirkəti və Sənaye elmləri və hazırlamaları milli institutu bildiriblər ki, yeni robot modeli bütün iş peşələrini olmasa da,

Mexaniki kod müdafiəsi olan fləş-brelok


“Crypteks USB” layihəsinin iştirakçıları qeyri-adi fləş-brelokun istehsalına başlayırlar. “Crypteks USB” 2 hissədən ibarətdir – fləş daşıyıcı və mexaniki kod qıfılı ilə olan alüminium ərintisindən hazırlanan futlyar.Daşıyıcıdakı məlumatları “AES” alqoritmi üzrə 256 bit uzunluğunda olan açar ilə şifrləmək mümkündür.

Samsung SCH-W999”: iki ekranlı smartfon


“Samsung” şirkəti “Android 2.3” platformasında olan “SCH-W999” smartfonu istehsal edib.Smartfon qatlanan korpusda 2 ədəd 3.5 düymlü “Super AMOLED” (480×800 nöqtə) ekranı ilə hazırlanıb.  5 meqapikselli kamera, “Bluetooth 3.0” və “Wi-Fi” modulları, “GPS” qəbuledicisi, 32 QB tutuma qədər “MicroSD” fləş kartları üçün slot var.

Dünyanın ən nazik smartfonu


“Fujitsu” şirkəti və Yaponiyanın “KDDİ” operatoru dünyanın ən nazik smartfonunu təqdim ediblər. Smartfon “Arrows ES İS12F” adlanır. Qurğu sukeçirməyən korpusda hazırlanıb. Modelin aşağı hissəsinin qalınlığı 6,7 millimetr təşkil edir, lakin qalınlıq yuxarı hissədə 8,5 millimetrə qədər artır.

“LG” şirkəti 15 millimetr qalınlığında “X Note Z330” ultrabuku təqdim edib


“LG” şirkəti “X Note Z330” ultrabukunu təqdim edib. Onun qalınlığı 14,7 mm  təşkil edir,- “Akihabara News” bildirib. Yenilik metal korpusda hazırlanıb və 1366x768 piksel kəskinlikli 13,3 düymlü ekranla təchiz edilib. Satışda “İntel  Core i7 2637M” və “Core i5 2467M” prosessorları ilə olan leptop versiyaları olacaq.
“LG X Note Z330” ultrabuku 4 QB əməli yaddaşa,

Molibdenit materialdan hazırlanan çiplər


İsveçrənin Lozanna Federal politexnik məktəbinin mühəndislər qrupu iddia edirlər ki, onlar ilk dəfə olaraq yeni və çox perspektivli material – molibdenit əsasında mikroçip hazırlamağı bacarıblar. Mühəndislər bildiriblər ki, molibdenitdən hazırlanan çiplərin ölçüsü əhəmiyyətli dərəcədə kiçikdir və klassik silisium çipləri ilə müqayisədə az enerji istehlak edir.


“İntel” və “Micron Technology” şirkətləri 20 nanometr texnologiya əsasında hazırlanan fləş yaddaş istehsal edəcəklər


“İntel” və “Micron Technology” şirkətləri bildiriblər ki, onların “NAND” formatlı fləş yaddaş çipləri istehsal edən ortaq müəssisəsi 128 qiqabayt tutumunda yaddaş çipləri yaratmağa imkan verən yeni texnologiya normalarından istifadə etməyə başlayıb. Bu çiplərin ölçüləri kiçikdir, onlar barmağın ucunda yerləşə bilərlər.

Superkompyuterlər üçün ən yaxşı prosessorlar


“ARM” mikroarxitekturasında olan prosessorlar “x86”-çiplərlə müqayisədə məhsuldar sistemlər üçün daha effektivdir”. Belə bəyanatla “Nvidia” məhsulları üzrə baş menecer Sumit Qupta çıxış edib. Baş menecerin sözlərinə əsasən, “x86” prosessorlarının yeganə üstünlüyü “Windows” ailəsindən olan əməliyyat sistemləri ilə uyğunluq təşkil etməsidir.

Dünyada ən kiçik elektron sxem hazırlanıb


Makqill Universiteti və ABŞ-ın Sandia Milli laboratoriyasının mühəndislərindən ibarət birgə qrup dünyada ən kiçik elektron sxemlərdən birini hazırlayıb. Elektron sxem 2 məftildən yaradılıb. 2 komponent arasındakı məsafə təxminən 15 nanometr təşkil edir. Qurğunun yaradıcılarından Qiyoma Cervenin sözlərinə əsasən,

Yeni “Bluetooth” çipi sayəsində simsiz klaviaturalar 10 il müddətində işləyəcəklər


Mobil və şəbəkə mikroçipləri istehsalçısı Broadcom yeni “Bluetooth” çipset üzərində işləyir. Yeni çipset sayəsində müasir klaviaturalar simsiz rejimdə qidalandırma elementləri əvəz olunmadan 10 il müddətində işləyə biləcəklər. Şirkətin bəyanatında qeyd edilib ki, yeni çipsetin enerji istehlakı o qədər aşağıdır ki,

3 SİM kart dəstəkləyən telefon


3 SİM kart dəstəkləyən telefon istehsal edilib. Aparat 240×320 nöqtə kəskinlikli 2,4 düymlü ekranla, 1,3 meqapiksel matrisli kamera, “Bluetooth” adapteri, yaddaş kartları üçün 2 “MicroSD” slotu və “Mini-USB” konnektoru ilə təchiz edilib. Yeniliyin xüsusiyyəti gözləmə rejimində 3 SİM-kart dəstəkləməsidir.

“AMD” şirkəti noutbuklar üçün yeni prosessorlar istehsal edir


“AMD” şirkəti “A-Series” hibrid prosessorlar xəttinə portativ kompyuterlər üçün nəzərdə tutulmuş Llano ailəsinin 7 yeni modelini əlavə edib. Təqdim edilmiş çiplər 32 nanometr texnologiya üzrə hazırlanırlar; yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 35 və ya 45 Vattır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217
NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL