İtaliyanın “Exetech” şirkəti 485 dollarlıq “XS-3” saat-smartfon istehsal edib. Cihazın çəkisi 66 qramdır və görünüşcə böyük elektron saatı xatırladır.
Çinin “Xiaomi” şirkəti yaxın vaxtlarda 5,5 düymlük HD ekranla təchiz edilmiş ucuz “Redmi Note” smartfonunu təqdim etməyi planlaşdırır.
“ARM” mikroprosessoru əsasında işləyən “Cubestormer 3” robotu dünya rekordu qıraraq 3,253 saniyə ərzində “kubik-rubik” yığıb.
Beyinə implantasiya edilən çiplər əvvəlki kimi bizim tərəfimizdən elmi fantastika sahəsi ilə bağlı qəbul edilir. Lakin tezliklə belə çiplər tibb sahəsində geniş tətbiq ediləcək.
“Sony” şirkəti "elektron kağız" texnologiyası əsasında hazırlanmış nazik planşetini təqdim edib. Yeni qurğunun qalınlığı 7 mm-dir, diaqonalı isə A4 ofis kağız vərəqi ölçüsündədir.
Cənubi Koreyalı alimlər tərəfindən yaradılmış plastır yalnız xəstənin cari vəziyyətinə nəzarət deyil, həmçinin zərurət olduqda sərbəst şəkildə onun orqanizminə lazımi miqdarda dərman yerləşdirə bilər.
Böyük günəş panelləri əsasən açıq ərazidə yerləşir və çox vaxt havada toz və qum olur. Zamanla panellər toz qatı ilə örtülür və fotoelementlərin effektivliyi xeyli aşağı düşür. Bundan başqa, onların təmizlənməsi kifayət qədər zəhmət və vaxt alır. Lakin İsrailin “Eccopia” şirkəti bu problemin həllini tapıb: şirkətin avtonom robotları günəş panellərini sərbəst təmizləyə bilərlər.
Koreyanın “Samsung Electronics” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən “Galaxy Tab 4” smartfonlarının yeni xəttini nümayiş etdirib.
Hazırda smartfonun köməyi ilə idarə olunan işıq diodu lampası yenilik deyil. Lakin Cənubi Koreyanın “LG Electronics” şirkəti daima yeniliklər axtarışındadır. Belə ki, şirkət “ağıllı” LED lampadan sonra “ağıllı” ev üçün orqanik işıq diodlarına əsaslanan masaüstü lampa nümayiş etdirib.
Finlandiyanın “Nokia” şirkəti iki yeni "ağıllı" telefonunu təqdim edib. Növbəti qabaqcıl model “Lumia 930” adlanır və metal korpusa malikdir.
3D printerləri və sərfiyyat materiallarının satış həcminin artması qurğuların tətbiq sahəsinin genişlənməsi, həmçinin çap xidmətlərinə xərclərin azalması ilə izah edilir.
“Eurocom” şirkəti dünyanın ən güclü “M4” noutbukunu təqdim edib. 13.3 düymlük ekranın təsvir ölçüsü 3200×1800 nöqtə təşkil edir, 2 QB yaddaşa malik “NVIDIA GeForce GTX 860M” qrafika kartı quraşdırılıb.
İsveçrənin “Tag Heuer” qol saatı istehsalçısı “Meridiist” telefonunun yeni versiyasını təqdim edib. “Meridiist Infinite” adlanan layihədə Fransanın bir sıra şirkətləri, həmçinin “Atelier Haute Communication” və “Sunpartner Technologies” iştirak ediblər.
Qrafen çoxdandır müasir dövrün ən qeyri-adi materialı adlandırılır. Bu material elektronikanın inkişafını dəyişdirə bilər. Bu vaxtlaradək qrafen materialının istehsalında müəyyən çətinliklər ortaya çıxırdı. Lakin Cənubi Koreyanın “Samsung” şirkəti bu problemi həll edə bilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Elmi Tədqiqat İşləri İdarəsi bu ilin yayında ikiayaqlı robot-yanğınsöndürənlərin istifadədən çıxarılmış “USS Shadwell” gəmisində sınaqlarını keçirməyi planlaşdırır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL