“Ailə” TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir.
“Gionee” şirkəti “GN9005” kod adına malik yeni smartfon modelini hazırlayıb. Yeni aparat çox nazik korpusda hazırlanıb. Korpusun qalınlığı 5 millimetr (mm) təşkil edir. Xatırladaq ki, əvvəlki “Elife S5.5” modelinin qalınlığı 5,5 mm olub.
“Xiaomi” şirkəti yeni “Mi 4” qabaqcıl smartfonunu nümayiş etdirib. Bu model 2,5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, həmçinin 3 QB “LP-DDR3” əməli yaddaşla təchiz edilib. Daxili yaddaşın həcmi 16 və ya 64 QB təşkil edə bilər, bu halda “microSD” slotu barədə məlumat yoxdur.
“Facebook” şirkəti “Oculus VR” virtual reallıq eynəyi istehsalçısını 2 milyard dollara satın almaq üzrə saziş bağlayıb.
Tayvan istehsalçılarının proqnozuna əsasən, 2014-cü ildə “Ultra HD” (4K) formatlı 20 milyon televizor buraxılacaq.
Çox güman ki, “TSMC” şirkəti “iPhone” və “iPad” üçün ən böyük prosessor istehsalçısı olacaq. Bu haqda “Digitimes” resursu yazıb.
ABŞ-ın Kaliforniya Universitetinin alimləri gözü zəif olan insanlara təsviri dəqiq görməyə və eynək taxmaqdan xilas olmağa imkan verəcək displey prototipi hazırlayıblar.
Hindistanın “Ducere Technologies” startapı sentyabrda “ağıllı” “Lechal” ayaqqabısının satışlarına başlayacaq. Bu ayaqqabı onun sahibinə əvvəlcədən seçilmiş marşrut üzrə harada və nə zaman dönmək lazım gəldiyini bildirəcək.
Böyük Britaniya pilotsuz avtomobillərin sınağına 10 milyon funt-sterlinq ayıracaq. Bununla yanaşı, ölkədə yol hərəkətini tənzimləyən bəzi qanunlara yenidən baxılacaq.
Tezliklə formasını dəyişə bilən televizor bazara çıxarılacaq.
“Google” üçün “Nexus” seriyasından olan növbəti smartfonun buraxılışı ilə Tayvanın “HTC” şirkəti məşğul olacaq. “IBT” mənbələrinin məlumatına görə, yeni aparata “Android L” əməliyyat sistemi quraşdırılacaq. Aparatın relizi bu ilin oktyabr-noyabrına planlaşdırılıb.
ABŞ-ın “Apple” şirkətinin yeni “iPhone 6” smartfonu, ehtimal ki, oktyabrın 14-də satışa çıxarılacaq. Aparat sentyabrın 16-da rəsmi təqdim oluna bilər. Bu haqda “Macrumors” saytı yazıb.
“Samsung”un smartfonları yalnız həyat üçün təhlükə deyil, həm də onu xilas edə bilər. Tayvan şəhərlərindən birində yerləşən restoranda 38 yaşlı Xen və 46 yaşlı Syu arasında mübahisə düşüb.
Yaponiyada beynin elektrik aktivliyi üzrə şəxsiyyətin identifikasiyası texnologiyası ərsəyə gətirilib. Barmaq izlərindən fərqli olaraq onu saxtalaşdırmaq və oğurlamaq qeyri-mümkündür.
“Microsoft” şirkəti “Intel” korporasiyası və “CircuitCo” şirkəti ilə birgə “Sharks Cove” lövhəsini buraxıb ki, bu da müəyyən dərəcədə “Raspberry Pi” lövhəsinin analoqudur.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL