“LG” şirkəti açılıb-bağlanan formada hazırlanmış “Wine Smart” telefonunu nümayiş etdirib. Aparat 3,5 düymlük ekran (480x320 nöqtə), 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, həmçinin 8 meqapiksellik əsas və ön kamera ilə təchiz edilib.
“Google” şirkəti “HTC”-ni “Nexus” brendinə məxsus 9 düymlük planşetin istehsalçısı kimi seçib. Növbəti nəsil planşet oktyabrın 8-də nümayiş etdiriləcək.
2008-ci il sentyabrın 23-də “Linux” nüvəsi əsasında yaradılmış “Android” mobil əməliyyat sistemi təqdim edilib. Sözügedən platforma ilk öncə “Android Inc.” şirkəti tərəfindən hazırlanıb. Daha sonra “Google” korporasiyası bu şirkəti satın alıb.
Yeni “Samsung Galaxy Mega 2” planşetofonu şirkətin Tayvan nümayəndəliyinin saytında qeydə alınıb.
Çinin “Gionee” şirkəti dünyanın ən nazik smartfonunun istehsalçısı elan edilib. Şirkətin “Gionee Elife S5.1” modeli “Ginnesin Rekordlar Kitabı”na salınıb. Bu qurğuda korpusun qalınlığı 5,1 mm təşkil edir.
“Teardown.com” portalı “iPhone 6” smartfonunun içliyini araşdırıb və müəyyənləşdirib ki, qurğunun aparat hissəsinin maya dəyəri 227 dollar təşkil edir. Bu, “iPhone 5S” qurğusunun maya dəyərindın 15,51 dollar daha çoxdur.
Yaponiyanın “Obayashi” şirkəti 2050-ci ilədək fəaliyyət göstərən kosmik lift yaratmaq niyyətində olduğunu bəyan edib.
Analitiklərin pessimist proqnozuna və “Samsung”un səhmlərinin qiymətinin azalmasına baxmayaraq, şirkət rəhbərliyi əmindir ki, Cənubi Koreya nəhənginin mobil biznesi öz möhkəm özülü və texnoloji gücü sayəsində tezliklə bərpa olacaq.
“Agence France-Presse” yazır ki, günəş batareyaları ilə işləyən avtomobil Los-Ancelesdən San-Fransiskoyadək 560 km məsafəni qət edib.
Ehtimal ki, 3D printerlər hələ ki tezliklə populyarlaşmayacaq, ancaq onların tətbiq dairəsi daima genişlənir. “Engadget” portalı yazır ki, İsveçdə musiqi alətləri 3D printerdə çap edilmiş qrupun birinci konserti olub.
“Vertu” şirkəti “Android” platforması ilə işləyən yeni “Aster” smartfonunu nümayiş etdirib. Aparat texniki xarakteristikalarına görə “Signature Touch”a oxşardır, ancaq görünüşcə fərqlənir. “Vertu” öz standart işləməsindən (titan ərinti və dəri) imtina etməyib.
“Bionym” startapı cəlb etdiyi 14 milyon dollar; “Nymi” qolbağının istehsalına başlamaq üçün xərcləməyi planlaşdırır. “Nymi” ürəyin elektrik aktivliyini ölçür və bu məlumatı mobil qurğu və fərdi kompüterə giriş üçün parol kimi istifadə edir.
Kanadanın “BlackBerry” şirkətinin nümayəndəsi bəyan edib ki, artıq ötən həftə satışa çıxarılmış qabaqcıl “BlackBerry Passport” smartfonunun 200 min nüsxəsini satıb. Hazırda sözügedən smartfon yalnız ABŞ-da və Kanadada satılır və qiyməti 600 dollar təşkil edir.
“U-blox” şirkətinin “SARA-260” adlı dünyanın ən yığcam “3G” modulu “AT&T” sertifikatını keçib. Nəticədə bu qurğunu adı çəkilən operatorun şəbəkələri üçün nəzərdə tutulmuş avadanlıqda tətbiq etmək olar.
“Huawei Technologies” şirkəti yeni “X3” smartfonunu nümayiş etdirib. Yeni aparat səkkiznüvəli çiplə təchiz edilib və “LTE Cat 6” şəbəkəsini dəstəkləyir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL