«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin qarşısında duran əsas prioritet istiqamətlərə uyğun olaraq, nanomaterialların yeni A-CVD metodu ilə alınması və tətbiq olunması, energetik texnologiyaların, molekulyar elektronika, tibbi istiqamətlərin və gələcəyin texnologiyasının (konvergent texnologiyanın) yaradılması nəzərdə tutulur.
"Qualcomm" şirkətinin təqdim etdiyi "RF360" mobil çiplər ailəsi "LTE" şəbəkələrin bütün mövcud tezlik diapazonlarını dəstəkləyir. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, mobil çip "ağıllı" telefon və planşetlər üçün nəzərdə tutulub. "RF360" mobil çip vasitəsilə qurğu yerli operatorların istifadə etdiyi tezlik diapazonundan asılı olmayaraq, istənilən ölkədə "LTE" şəbəkələrə qoşula biləcək.
Kornel Universitetində işləyən tədqiqatçılar qrupu “3D” texnologiyasından istifadə edərək süni qulaq yaradıblar. “ICTnews.az” elektron xəbər xidməti “mirfactov.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, yaradılmış süni qulaq təbii qulaqdan, demək olar ki, fərqlənmir. O, qulaq seyvanı deformasiyasından əziyyət çəkən və ya qulağının bir hissəsini itirmiş insanlara nəql edilə bilər.
“Samsung” şirkəti fevralın 24-də rəsmi olaraq 8 düymlü “Galaxy Note 8.0” planşetini təqdim edib. Planşet fevralın 25-də Barselona şəhərində başlayacaq “Mobile World Congress” sərgisində nümayiş etdiriləcək.
“LEGO Mindstorm” konstruktoru əsasında yığılmış mexanizm planşetin ekranında görüntülənən “Ruzzle” tapmacasını həll edir. “ICTnews.az” elektron xəbər xidməti “mirfactov.ru” saytına istinadən bildirir ki, simvolların tanınması üçün xüsusi proqram təminatı ekran görüntüsündən istifadə edir, bundan sonra isə hərflərdən düzələ bilən bütün sözlərin axtarışı üçün lüğətə müraciət edir.
Bu gün Kanada Kosmik Agentliyi asteroidləri izləmək, həmçinin kosmik zibilə nəzarət etmək üçün ilk orbital teleskop buraxacaq. Onun diametri 500 metrdən çoxdur.
“Huawei” korporasiyası “MWC” sərgisinin açılışı ərəfəsində “Ascend P2” “ağıllı” telefonunu təqdim edib. Model 4,7 düymlü “IPS” ekranla təchiz edilib və onun təsvir ölçüsü 1280x720 təşkil edir.
“ZTE” şirkəti Barselonada işə başlamış sərgiyə “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk ticari “ağıllı” telefonu gətirib. Qurğu “Open” adlandırılıb və 2013-cü ilin yayında satışa çıxarılacaq.
“Samsung” şirkəti martın 14-də Nyu-York şəhərində “Android” mobil əməliyyat sistemi ilə işləyəcək yeni flaqman “ağıllı” telefonunu təqdim edəcək. Deyilənlərə görə, “Samsung Galaxy S IV” “Full HD” təsvir ölçüsünə malik 5 düymlü ekran, 8 və ya 13 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin səkkiznüvəli “Exynos 5 Octa” prosessoru ilə təchiz ediləcək.
“Sony” şirkəti Barselonada işinə başlamış “MWC 2013” sərgisində “Xperia Tablet Z” planşetini təqdim edib. Onun qalınlığı 6,9 millimetr və ekranının diaqonalı 10,1 düym təşkil edir. Bundan başqa, “Xperia Tablet Z” planşeti su keçirmir: 30 dəqiqə ərzində 1 metr dərinlikli suda qala bilər. Həmçinin istehsalçı iddia edir ki, o, dünyanın ən nazik planşetidir.
“Nokia” şirkəti söz verdiyi kimi, büdcəyə uyğun telefonlar seqmentinə diqqət ayırmağa başlayıb. Belə ki, “Nokia 105” və “301” telefonlarını təqdim edib. Birinci aparat cari rübdə 15 avro qiymətinə satışa çıxarılacaq. Aparat çox sadədir, fənər, FM radio və batareya ilə təchiz edilib.
Qabaqcıl "DeLorme-un" kartoqrafiya şirkəti planetimizin üçölçülü fırlanan modelini yaradıb. “ICTnews.az” elektron xəbər xidməti “mirfactov.ru” saytına istinadən bildirir ki, “Ginnessin rekordlar kitabı”nın nümayəndələrinin fikrincə, diametri 12.6 metr olan bu quraşdırma hazırda dünyanın ən böyük qlobusudur.
Kompüter istehsalı üzrə ixtisaslaşmış “Velocity Micro” şirkəti “Windows 8 Pro” Əməliyyat Sistemində işləyən ev üçün “Raptor MultiPlex” media- mərkəzini təqdim edib.
“Polytron Technologies” firması şəffaf “ağıllı” telefon hazırlayır. Bu cihazda "Dəyişdirilən şüşə" texnologiyasından istifadə olunur. Adıçəkilən texnologiya təsvir və mətni göstərmək üçün maye kristal molekullarından istifadə edir. Yeni “ağıllı” telefon tamamilə şəffaf olmayacaq: “SIM” kart və “SD” yaddaş kartı kimi detallar görünəcək.
Koreyanın “LG” şirkəti Barselonada (İspaniya) keçirilən “Mobile World Congress” sərgisində dünyanın ən kiçik simsiz enerjidoldurma qurğusunu təqdim edib. “WCP-300” adlanan qurğu “Qi” standartını dəstəkləyən aparatlarda işləyir. Adıçəkilən standartı, məsələn “LG Optimus G Pro”, “Vu II” və “LTE II”, həmçinin “Nexus 4” aparatları dəstəkləyir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL