Çin Xalq Respublikasının Elmlər Akademiyasından verilən məlumata əsasən, Çin alimləri 100 meqapiksellik təsvir ölçülü fotokamera hazırlayıblar.
Tədqiqatçılar üçölçülü möhür texnologiyası və ev temperaturunda maye metaldan avtonom strukturlar yaratmaq metodu tapıb.
“Nokia” şirkəti iyulun 11-də Nyu-York şəhərində keçirilmiş tədbirdə “Lumia 1020” smartfonunu təqdim edib. Aparatın əsas xüsusiyyəti daxili 41 meqapiksellik kameradır.
Sinqapurda Nanyang Texnologiya İnstitutunun alimlərinin yaratdıqları texnologiya, demək olar ki, istənilən materialı (şüşə, ağac, alüminium və hətta plastik kütlə) ucuz sensor displeyə çevirməyə imkan verir. "STATINA" adlanan sistemin işlənib hazırlanmasına dörd il vaxt sərf olunub.
ABŞ Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) "Boston Dynamics" şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış ikimetrlik robot təqdim edib.
Yeni ixtira əllə yazılmış mətndə səhvləri müəyyən edir və istifadəçiyə bu barədə məlumat verir.
Böyük Britaniyanın Dandi Universitetinin alimləri bitkilərin kök sisteminin formalaşması prosesinin göstərildiyi videogörüntünü təqdim ediblər. Bu kadrları əldə etmək üçün tədqiqatçılar xüsusi şəffaf sahə və lazer optik sistem hazırlayıblar. Bu haqda “New Scientist” “Optics Express” jurnalında yerləşdirilmiş məqaləyə istinadən məlumat verir.
“LG” şirkəti 1920x1080 nöqtə təsvir ölçülü dünyanın ən nazik maye kristal panelini təqdim edib: onun qalınlığı cəmisi 2,2 millimetr (mm), diaqonalı isə 5,2 düym təşkil edir.
Çinin “Lenovo” şirkəti “NVIDIA Tegra 3” mobil platforması əsasında qurulan “A850” adlı yeni smartfon hazırlayır. Aparat 5,5 düym diaqonallı böyük “IPS” ekrana malik olacaq və onun qiyməti təxminən 250 dollar təşkil edəcək.
Konstanz Universitetində işləyən alman mütəxəssislərdən ibarət qrupun hazırladığı “e-David” adlı robot digərlərindən fərqli olaraq şəkil çəkə bilir.
“ZTE” şirkəti “Geek” smartfonunun yeni fotosunu dərc edib. Sözügedən cihaz dördnüvəli “NVIDIA Tegra 4” çipi ilə təchiz ediləcək ilk smartfon olacaq.
“CompuLab” şirkəti “ARM” arxitekturasına əsaslanan prosessor ilə işləyən “Utilite” adlı yığcam kompüter təqdim edib.
“PCMag” resursu analitik Piter Maysekə istinadən yazıb ki, “Apple” şirkəti bu ayın sonunda “iPhone 5S” smartfonunun yeni versiyasının istehsalına başlayacaq. Beləliklə, yenilik sentyabrın sonunda və ya oktyabrın əvvəlində təqdim ediləcək.
Britaniyanın Bristol robot-texnika laboratoriyasının alimlərinin hazırladığı həll sayəsində mobil telefonları insan sidiyinin köməkliyi ilə enerjiylə doldurmaq mümkündür.
Kanadanın “BlackBerry” korporasiyası yeni smartfon hazırlayır. “ICTnews.az” elektron xəbər xidməti “milli.az” saytına istinadən bildirir ki, “BlackBerry A10 Aristo” adlanan smartfon 5 düymlük ekran, 8 meqapiksellik kamera və ən yeni “BB Software” əməliyyat sistemi ilə təchiz edilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL