bölmədə 2336 material var

Tarix: 07/11/13 “Softline” informasiya təhlükəsizliyi bölməsini inkişaf etdirir

“Softline”  şirkəti  2014-cü ildə informasiya təhlükəsizliyi  bölməsini inkişaf etdirmək niyyətindədir.
“Softline İnternational” şirkətinin Satış üzrə departamentinin rəhbəri Anar Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda “Softline” informasiya təhlükəsizliyi  üzrə yeni bölümünü inkişaf etdirməyə başlayıb.

Tarix: 07/11/13 Belçika hakimiyyəti baş nazirin kompüterinə edilmiş kiberhücumu araşdırır

Belçika hökumətinin nümayəndələri deyiblər ki, ölkənin baş naziri Elio Di Ruponun kompüterində aşkar edilmiş casus proqram təminatı ilə bağlı araşdırmaya başlayıb. Sözügedən zərərli proqram təminatı baş nazirin fəaliyyətini izləməklə məşğul olub.

Tarix: 06/11/13 İnformasiya təhlükəsizliyi sahəsində yeni tendensiyalar

Bakıda “Softline” və “HP Enterprise Security” şirkətlərinin informasiya təhlükəsizliyi üzrə seminarı keçirilib. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə yerli informasiya texnologiyaları üzrə mütəxəssislərə “HP” şirkətinin informasiya təhlükəsizliyi bölməsinin həlləri və fəaliyyəti haqda ətraflı məlumat təqdim edilib.

Tarix: 05/11/13 İlk internet virusunun yaradılmasından 25 il keçir

2 noyabr 1988-ci ildə dünya ilk dəfə internetdə virusun olması haqqında eşidib. Belə ki, həmin gün bir günə ABŞ ərazisində 6 min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin proqramlarının məşhur boşluqlarından istifadə edərək, eləcə də mini-lüğətdən istifadəçi parollarını seçərək yoluxdurub.  

Tarix: 04/11/13 İndoneziyalı hakerlər Avstraliyanın xeyli saytına müdaxilə ediblər

“Anonymous” haker qrupunun İndoneziya bölməsinə aid hakerlər noyabrın 3-də Avstraliyanın müxtəlif şirkətlərinin 100-dən çox saytına müdaxilə edilməsi üzrə məsuliyyəti öz üzərilərinə götürüblər.

Tarix: 01/11/13 “Android” smartfon sahiblərinin bank hesablarından pullarını oğurlaya bilən mobil troyan daha təhlükəli olub

“Kasperski Laboratoriyası” şirkətinin mütəxəssisləri tərəfindən bu ilin yayında aşkar edilmiş və “Android” smartfon sahiblərinin bank hesablarından pullarını oğurlaya bilən “Svpeng” mobil troyanı getdikcə daha da mürəkkəbləşib və artıq istifadəçilərin onlayn-bankinq qeydiyyat məlumatlarını fişinq vasitəsilə əldə edə bilir.

Tarix: 30/10/13 Britaniyalı haker ABŞ ordusu və “NASA”-nın məlumatlarını ələ keçirib

ABŞ hakimiyyəti britaniyalı hakeri minlərlə kompüter sisteminə müdaxilədə və xeyli sayda məxfi məlumatları ələ keçirməkdə ittiham edib.

Tarix: 28/10/13 12 yaşlı məktəbli oyuna görə saytları “sındırıb”

Monreal şəhərində yaşayan 12 yaşlı məktəbli “Anonymous” haker qrupu ilə əməkdaşlığını etiraf edib.

Tarix: 26/10/13 Milli Təhlükəsizlik Agentliyinin saytı işləmir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin saytı istifadəçi sorğularına cavab vermir. “Downforeveryoneorjustme.com” xidmətinin məlumatına görə, MTA internet nümayəndəliyi istifadəçilər üçün əlçatmazdır.

Tarix: 25/10/13 Milli Təhlükəsizlik Agentliyi İtaliya hökumətini izləyib

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) və Böyük Britaniya Hökumət Rabitəsi Mərkəzi İtaliya hökumətinin daxili kommunikasiya sistemi və ölkənin hərbi qurumlarının izlənilməsi ilə məşğul olub. Bu haqda “The Guardian” qəzetinin keçmiş jurnalisti Qlen Qrinuoldanın sözlərinə istinadən İtaliyanın “L'Espresso” jurnalı 24 oktyabr buraxılışında yazıb.

Tarix: 24/10/13 Kiberhücumların vurduğu ziyanın həcmi 78 faiz artıb

Hücumların tez-tez baş verməsi, ondan dəyən ziyanın səviyyəsi və aradan qaldırılmasına ayrılan vaxt dördüncü ildir artmaqda davam edir. Bu barədə “Ponemon Institute” şirkətinin son hesabatında deyilir.

Tarix: 21/10/13 Vyanada informasiya təhlükəsizliyi ilə bağlı toplantı keçiriləcək

Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Daimi Şurasının “İnformasiya və kommunikasiya texnologiyalarından istifadə nəticəsində yaranan münaqişə risklərinin azaldılması üzrə etimad quruculuğu tədbirlərinin gücləndirilməsi” adlı 1039 saylı qərarına əsasən yaradılmış qeyri-rəsmi İşçi Qrupunun növbəti toplantısı keçiriləcək.

Tarix: 21/10/13 Milli Təhlükəsizlik Agentliyi Meksika prezidentini izləyib

Almaniyanın “Der Spiegel” nəşri Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudenin açıqlamalarını dərc etməyə davam edir.

Tarix: 21/10/13 ABŞ-ın keçmiş vitse-prezidenti kardiostimulyatoruna haker hücumundan ehtiyat edirmiş

Corc Buşun idarəçiliyi dövründə vitse-prezident Dik Çeyni "60 dəqiqə" proqramında etiraf edib ki, kardiostimulyatoruna haker hücumundan ehtiyat etdiyinə görə onun məsafədən idarə edilməsindən imtina etməyə məcbur olub.

Tarix: 19/10/13 Bakı BMT Təhlükəsizlik Şurasının “Kibertəhlükəsizlik” mövzusunda beynəlxalq simulyasiya oyununa ev sahibliyi edəcək

2012-2013-cü illərdə Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar olaraq, Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə 21 – 25 oktyabr 2013-cü il tarixlərində Bakı şəhərində BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyunununa (Model United Nations Security Council) start veriləcək.








21 Noyabr 2024

20 11 2024