bölmədə 2336 material var

Tarix: 23/11/11 İctimai Televiziya və Radio Yayımları Şirkətinin internet saytı hakerlərin hücumuna məruz qalıb

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin www.itv.az internet saytı hakerlərin hücumuna məruz qalıb. Bildirilib ki, kənar müdaxilə nəticəsində 14 sentyabr 2011-ci il tarixdə yerləşdirilmiş “Azərbaycanın yeni böyük atlası tərtib ediləcək” başlıqlı xəbərin fotosu-Azərbaycanın xəritəsi dəyişdirilib.

Tarix: 21/11/11 Bütün yeni viruslar “Android” əməliyyat sisteminə istiqamətlənib

McAfee” antivirus şirkətinin mütəxəssisləri tərəfindən 2011-ci ilin III rübünün nəticəsinə görə dərc edilmiş yeni tədqiqat hesabatının məlumatlarına əsasən, “Android” əməliyyat sistemi ilə işləyən qurğular üçün təhlükələrin sayı sürətlə artmağa davam edir. Ekspertlər qeyd ediblər ki, “Android” əməliyyat sisteminə istiqamətlənmiş

Tarix: 21/11/11 2011-ci ilin ən pis şifrələri

“SplashData” şirkəti 25 şifrədən ibarət siyahı dərc edib. Bu siyahıdakı şifrələr 2011-ci ildə hakerlər tərəfindən asanlıqla və daha tez “sındırılıb”. Təəccüblü deyil ki, ən pis şifrələr reytinqinə "password" sözü başçılıq edib, sonra "123456" və "12345678" şifrələri gəlirlər. Reytinqdə dördüncü yerdə "qwerty" şifrəsi yerləşib, “PCWorld” xəbər verib.

Tarix: 17/11/11 Virusların sayı 6 dəfə artıb

“Juniper Global Threat Center” tədqiqatına əsasən, son 4 ay ərzində “Android” platforması üçün ziyanverici əlavələrin sayı 472% artıb. Ekspertlər virusların dəqiq sayını bildirməsələr də, qeyd ediblər ki, onların 55%-ni müxtəlif istifadəçi informasiyasını toplayan proqram-casuslar təşkil edir.

Tarix: 17/11/11 “NASA” serverlərini “sındıran” haker həbs edilib

Rumıniya hakimiyyəti “NASA”-nın bir neçə serverinə müdaxilədə, həmçinin Amerika kosmik agentliyinə 500000 dollar dəyərində zərərin vurulmasında ittiham edilən 26 yaşlı şəxsi həbs edib. 26 yaşlı Robert Bitıka çərşənbə axşamı Rumıniyanın Kluj şəhərində həbs edilib. Araşdırma məlumatlarına əsasən,

Tarix: 16/11/11 ABŞ kiberhücumlara hərbi zərbələrlə cavab verəcək

ABŞ kiberhücumlara cavab olaraq silahlı qüvvə tətbiq etmək hüququnu saxlayır. Bu barədə Pentaqonun Konqresə təqdim edilmiş hesabatına istinadən “Reuters” agentliyi xəbər verib. 12 səhifəli hesabatda bildirilib ki, kiberhücumlar ABŞ iqtisadiyyatına, dövlət idarəçiliyinə və hərbi infrastruktura ziyan verə bilər.

Tarix: 16/11/11 Haker hücumlarının sayı artıb

"Kasperski laboratoriyası" 2011-ci ilin üçüncü rübündə informasiya təhlükələrinin icmalını dərc edib. Analitiklər qeyd edirlər ki, bu dövrdə dünyanın ən böyük korporasiyalarına kiberhücumların sayı artıb. Bəzi şirkətlər, hətta haker hücumları nəticəsində biznesi tərk etməli olublar.

Tarix: 16/11/11 Təhlükəsizlik məsələlərinə daha az diqqət edən şirkətlər

“Trend Micro” antivirus şirkəti III rübdə aşkar edilmiş boşluqlar haqqında hesabat dərc edib. Bu reytinqdə adətən liderlik edən “Microsoft” korporasiyası bu dəfə “Google” və “Oracle” şirkətlərinə “güzəşt”ə gedib. Ekspertlərin sözlərinə əsasən, “Google” şirkətinin məhsullarında 82 boşluq aşkar edilib.

Tarix: 15/11/11 Şimali Koreya təbliğatı internet vasitəsilə gücləndirir

Şimali Koreyanın əsas hökumət veb-resursunda ABŞ və Cənubi Koreyanın ünvanına tənqidi xarakterli fikirləri məşhur sosial şəbəkə saytlarında yerləşdirmək üçün piktoqramlar yaradılıb. Koreya Xalq Demokratik Respublikası (KXDR) təbliğatı internet vasitəsilə gücləndirir. 2010-cu ilin avqust ayında yerli

Tarix: 14/11/11 İran hərbçiləri ziyanverici virusu nəzarət altına alıb

İran hakimiyyəti bazar günü bildirib ki, 2010-cu ildə İran atom elektrik stansiyasına hücum etmiş “Stuxnet” soxulcan virusuna oxşar olan “Duqu” ziyanverici proqram təminatına nəzarət üsulunu tapıblar. O zaman “Stuxnet” soxulcan virusu İranda 30000-dən çox kompyuteri yoluxdurub.

Tarix: 11/11/11 Rusiya və Estoniyanın kibercinayətkar qruplaşması həbs edilib

ABŞ hüquq-mühafizə orqanları internet-fırıldaqçılıq və ziyanverici proqramların yayılmasında şübhəli bilinən 6 eston və 1 rus vətəndaşına qarşı ittiham irəli sürüb. Kibercinayətkar qruplaşmanın 2007-ci ildən cari ilin oktyabr ayına kimi fəaliyyət göstərdiyi bildirilib. Bu vaxt ərzində onlar 100 ölkədə 4 milyondan çox kompyuteri yoluxdurublar.

Tarix: 10/11/11 Nyu-Yorkda haker dəstəsi həbs edilib

Nyu-Yorkda 7 nəfərdən ibarət haker dəstəsi həbs edilib. İnternet cinayətkarlar dünya üzrə 4 milyondan çox kompyuterin “sındırılmasında” ittiham olunurlar. Qeyd edək ki, haker dəstəsinə - 6 Estoniya və 1 Rusiya vətəndaşı daxildir. Rusiyalı hakerin yeri hələ müəyyən olunmayıb. Rəsmi məlumata görə,

Tarix: 10/11/11 Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı azalıb

Sentyabr ayı ilə müqayisədə oktyabrda Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı 4,45 faiz azalıb. Bu barədə "Kasperski laboratoriyası"nın oktyabr ayı üçün virus aktivliyi icmalında deyilir. Hesabatda deyilir ki, ölkədə istifadəçilərin 26,7 faizi kompüter vasitəsilə virusa yoluxma riski ilə üzləşib. İcmalda qeyd olunur ki,

Tarix: 05/11/11 “Microsoft” virusdan müdafiə edən müvəqqəti redaktə paketi çıxarıb

“Microsoft” korporasiyası “Windows” əməliyyat sistemindəki kritik boşluq üçün müvəqqəti redaktə paketi çıxarıb. Bu boşluq korporativ və sənaye obyektlərində kompyuterlərin yoluxması üçün ziyanverici “Duqu” proqramı tərəfindən istifadə olunur. Korporasiyadan bildiriblər ki, redaktə paketi müvəqqətidir və sonra daimi redaktə paketi çıxarılacaq.

Tarix: 04/11/11 Avropa İttifaqı və ABŞ birgə kibertəlimlər keçirib

Avropanın 16 ölkəsinin yüzə yaxın kompyuter üzrə eksperti Avropa İttifaqının müxtəlif agentliklərinə, eləcə də xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyalarına edilən bir sıra ciddi kiberhücumları birlikdə dəf ediblər.








26 Aprel 2024

25 04 2024