bölmədə 2336 material var

Tarix: 13/11/14 “IBM” tədqiqatçıları 1995-ci ildən “Windows”un bütün versiyalarında mövcud olan boşluq aşkarlayıb

“IBM” korporasiyasının tədqiqat komandası “Windows 95” əməliyyat sistemindən başlayaraq “Windows”un bütün versiyalarında olan çatışmazlığı aşkar edib.

Tarix: 11/11/14 “Şərq tərəfdaşlıq” ölkələri kibercinayətkarlıqla mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Noyabrın 12-14-də Kişinyovda “Şərq tərəfdaşlıq” ölkələrinin kibercinayətkarlıqla mübarizə üzrə konfransı keçiriləcək. Tədbir kibercinayətkarlıqla mübarizə üzrə üçillik layihə çərçivəsində Moldova Ədliyyə Nazirliyinin dəstəyi ilə Avropa Şurası tərəfindən təşkil olunub.

Tarix: 11/11/14 Hakerlər ABŞ Poçt Xidmətinin informasiya sisteminə müdaxilə edib

Naməlum hakerlər ABŞ Poçt Xidmətinin informasiya sisteminə müdaxilə ediblər. 
 

Tarix: 08/11/14 “AVG Technologies” antivirus istehsalçısı satıla bilər

 “AVG Technologies” antivirus proqram təminatı istehsalçısı yaxın vaxtlarda satıla bilər. “The Wall Street Journal” nəşri vəziyyətlə yaxın olan mənbələrə istinadən yazır ki,  hazırda potensial alıcılar Hollandiya şirkətinin fəaliyyəti ilə bağlı ilkin arayış toplayırlar.
 

Tarix: 07/11/14 “Panda Security”: “Hər dəqiqədə dünyada 158 yeni zərərli proqram təminatı yaranır”

“PandaLabs” antivirus şirkətinin məlumatına görə, hər gün dünyada 227747 yeni zərərli proqram təminatı növü yaradılır. 2014-cü ilin üçüncü rübündə 20 milyondan çox yeni zərərli proqram əmələ gəlib.

Tarix: 04/11/14 Dünyada kibercinayətkarlıq halları artıb

Almaniyanın 10 firmasından 9-u öz kompüter şəbəkələrinə kənardan müdaxilə cəhdlərini qeydə alır. 2013-cü ildə kibercinayətkarlar tərəfindən dünya biznesinə vurulmuş zərərin həcmi 500 milyon dolları ötür.

Tarix: 31/10/14 Avropa İttifaqı kibertəhlükəsizlik üzrə genişmiqyaslı təlimlər keçirir

Oktyabrın 30-da Avropa İttifaqı (Aİ) tərəfindən kiberhücumların dəf edilməsinə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə təşkil edilən “Cyber Europe 2014” təlimlərində otuza yaxın Avropa ölkəsinin kibertəhlükəsizlik üzrə 200-dən çox təşkilatı və 400 mütəxəssisi iştirak edir.

Tarix: 31/10/14 “Check Point”: “2015-ci ildə mobil qurğularda təhlükəsizlik insidentlərinin artımı gözlənilir”

“Check Point” şirkəti mobil təhlükəsizlik üzrə apardığı tədqiqatın nəticələrini dərc edib.

Tarix: 30/10/14 Hər səkkizinci istifadəçi kibertəhdidlərə inanmır – araşdırma

“KasperskyLab” laboratoriyasının “B2B International*” şirkəti ilə birlikdə keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulan internet istifadəçilərinin 12 faizi kiberhücumların reallığına inanmır.

Tarix: 29/10/14 Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yeni bank troyanından ehtiyatlı olmağa çağırıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Dridex” bank troyanından ehtiyatlı olmağa çağırıb.

Tarix: 29/10/14 “Kibercinayətkarlıq və bank sistemində fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirilib

Mərkəzi Bankda (MB) “PricewaterhouseCoopers” (PwC) audit şirkətinin təşkilatçılığı ilə “Kibercinayətkarlıq və bank sistemində fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirilib.

Tarix: 28/10/14 ABŞ şirkəti iddia edir ki, rusiyalı hakerlər NATO-nun kompüter sistemlərinə müdaxilə edirlər

“Wall Street Journal” qəzeti yazıb ki, kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış ABŞ-ın “FireEye” şirkəti hesab edir ki, Rusiyada fəaliyyət göstərən “APT28” adlı hakerlər qrupu daima NATO və ABŞ-ın müttəfiqlərinə məxsus məlumatları ələ keçirirlər.
 

Tarix: 27/10/14 Amerikalıların 40 faizi hər gün fərdi məlumatların oğurlanması cəhdi ilə qarşılaşır

“Microsoft” korporasiyası tərəfindən aparılan yeni tədqiqatın nəticələrinə görə, amerikalıların 40 faizi hər həftə və ya hər gün üçüncü tərəfin fərdi məlumatları oğurlamasına səy göstərməsi halları ilə qarşılaşır.

Tarix: 24/10/14 Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Pidgin”in yeni versiyasını yükləməyi tövsiyə edib

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin  Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Pidgin”də aşkar edilmiş boşluqların yenilənmələrinin çıxması ilə bağlı xəbərdarlıq edib.

Tarix: 24/10/14 Azərbaycan elektron təhlükəsizlik mövzusunda beynəlxalq simpoziumda təmsil olunub

Cari ilin oktyabr ayında Gürcüstanın paytaxtı Tiflisdə DEA (Data Exchange Agency) və FİRST təşkilatının birgə əməkdaşlığı nəticəsində beynəlxalq simpozium keçirilib.








19 Mart 2024

18 03 2024