bölmədə 2336 material var

Tarix: 09/07/13 Haker hücumlarının əsas mənbəyi məlum olub

Şəbəkə təhlükəsizliyi üzrə beynəlxalq mütəxəssislər qrupunun gəldiyi nəticəyə əsasən, hazırda haker hücumlarının əksəriyyəti Çin deyil, Hindistandan həyata keçirilir.

Tarix: 09/07/13 Cənubi koreyalı hərbçilər hakerlərin kütləvi hücumuna məruz qalıblar

“McAfee Labs” antivirus laboratoriyasında, on minlərlə kompüterlərin sərt disklərindən məlumatları silən mürəkkəb haker hücumu haqda danışırlar.

Tarix: 09/07/13 Çin və ABŞ kibertəhlükəsizlik məsələlərinin tənzimlənməsi üçün bir araya gəlib

ABŞ və Çin kibertəhlükəsizliklə bağlı mübahisələrin tənzimlənməsi ilə məşğul olacaq xüsusi komitə çərçivəsində birinci müşavirənin işini açıq elan ediblər. Problem artıq iki ölkə arasında münasibətlərdə ciddi qıcıqlandırıcı amilə çevrilib.

Tarix: 05/07/13 Avropa Birliyi spamer və kibercinayətkarlar üçün cəzanı sərtləşdirəcək

Avropa Birliyinin məmurları informasiya sistemlərinə müdaxilə ilə məşğul olan şəxslər üçün cəzanı sərtləşdirməklə bağlı qərar qəbul edib.

Tarix: 05/07/13 “Le Monde” qəzeti istifadəçiləri izləyən sistemin fransız analoqundan bəhs edib

Amerikalılarda olduğu kimi, Fransanın hakimiyyət orqanlarında da internet istifadəçilərini izləyən sistem mövcuddur. Bu barədə dünən “Le Monde” qəzeti yazıb. Mənbə gizli saxlanılıb.

Tarix: 05/07/13 Banklarda texnoloji sistemlərlə aparılan əməliyyatlarda saxta əskinasların müəyyən olunmaması riskləri üzrə seminar keçirilib

Mərkəzi Bank (MB) tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində “Bank Respublika” ASC-nin baş ofisində bankın müvafiq əməkdaşları üçün pul nişanlarının ekspertizasının təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilib.

Tarix: 04/07/13 Hakerlər virtual pul kisəsi oğurladı

“Eset” antivirus şirkəti bu gün “Bitcoin”dən əmələ gələn “Litecoin” virtual valyutasının oğurlanmasına yönəldilmiş qeyri-məlum ziyanverici kodu aşkar etdiyini elan edib.

Tarix: 02/07/13 Ziyanverici kodlar antiviruslara qarşı birləşib

“Microsoft Malware Protection Center” silindikdən sonra bir-birinə kömək edən iki ziyanverici proqram aşkar edib. “ICTnews” xəbər xidmətinin “www. cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, proqramlar bir-birlərinin müxtəlif versiyalarını yükləyirlər, bu da onlara nəticədə antiviruslar tərəfindən aşkar olunmamağa kömək edir.

Tarix: 01/07/13 Fişinq hücumlarının 20%-i banklara hədəflənib

"Kasperski Laboratoriyası" mütəxəssislərinin gəldiyi nəticəyə əsasən, 2012-ci ilin mayından 2013-cü ilin aprelinədək qeydə alınmış hər beşinci fişinq hücum banklara və maliyyə təşkilatlarına doğru yönəlib.

Tarix: 01/07/13 Banklarda məlumatların təhlükəsiz saxlanılması məqsədi ilə məlumatların qorunması sistemi yaradılmalıdır

Banklarda məlumatların təhlükəsiz saxlanılması məqsədi ilə məlumatların qorunması sistemi yaradılmalıdır. Məlumatlar mütəmadi olaraq arxivləşdirilməli və təhlükəsiz yerdə saxlanılmalıdır. Mərkəzi Bankdan bildirilib ki, bu prosesin həyata keçirilməsi üzrə müvafiq qaydalar hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

Tarix: 29/06/13 Britaniyada piratçılıqla mübarizə üçün xüsusi polis bölməsi yaradılacaq

Böyük Britaniyanın əqli mülkiyyət ofisi piratlarla mübarizə üçün xüsusi polis bölməsinin inkişafına 2 il ərzində 2,5 milyon funt-sterlinq ayıracaq. Sözügedən polis bölməsi artıq payızda öz işinə başlayacaq.

Tarix: 29/06/13 İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Pakistanın Müasir Dillər Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin müəllimi Attiq-ur-Rehman və Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Kamal Makili-Əliyev ilə görüş keçirilib.

Tarix: 28/06/13 ABŞ şirkətləri hər il kiberhücumlara görə 114 milyard dollar itirir

ABŞ-ın neft qaz sektoru daha çox kiberhücumlara məruz qalır. Ötən ilin aprel-sentyabr ayları ərzində amerika şirkətlərinə qarşı həyata keçirilmiş hücumların əksəriyyəti məhz neft və qaz müəssisələrinin payına düşüb. Şirkətlər investorları qorxutmaqdan ehtiyat edərək kiberhücumlar haqqında informasiya vermirlər.

Tarix: 27/06/13 Bu ilin may ayında poçt trafikində spamın payı 69,7% olub

"Kasperski Laboratoriyası"nın məlumatlarına əsasən, bu ilin mayında poçt trafikində spamın payı 2,5% azalaraq 69,7% olub. Aprellə müqayisədə fişinq məktublarının payı cüzi artıb. Elektron məktubların 2.8%-ni zərərli fayllar təşkil edib ki, bu da ötən ayın göstəricisindən 0,4% çoxdur.

Tarix: 27/06/13 Virusların 92%-i “Android” platforması üçün yaradılıb

Dünyanın ən böyük şəbəkə avadanlığı istehsalçılarından biri Amerikanın “Juniper Networks” şirkəti mobil təhlükələrə dair üçüncü illik hesabatını dərc edib. Hesabatda smartfon və planşetlər üçün virusların təkamül və artım tempi, həmçinin sözügedən biznesin hakerlər üçün nə dərəcədə əlverişli olub-olmadığı haqqında məlumat verilib.








19 Mart 2024

18 03 2024