bölmədə 2336 material var

Tarix: 29/11/13 Ekspertlər kiberməkanda problemlərin həllini vahid konvensiyanın qəbul edilməsində görürlər

Strasburqda keçirilən Ümumdünya demokratiya forumunda kiberməkanda problemlərin həlli üçün vahid konvensiyanın qəbul edilməsinin tələb olunduğu bildirilib.

Tarix: 28/11/13 Poçt trafikində spamın səviyyəsi yenidən artır

“Symantec” şirkətinin statistikasına əsasən, poçt trafikində spamın səviyyəsi artmağa davam edir. 2013-cü ilin oktyabrında onun həcmi 67,7% təşkil edib ki, bu da sentyabrla müqayisədə 1,3% çoxdur. Ən yüksək göstəricilər Şri-Lanka (81,2%), həmçinin təhsil sahəsində (68,8%) və kimyəvi əczaçılıq sənayesində (68,6%) qeydə alınıb.

Tarix: 27/11/13 BMT-nin Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təhlükəsizlik mədəniyyəti ilə bağlı tədbir keçirilir

Noyabr ayının 26 və 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Millətlər Təşkilatının Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) təşkilatçılığı ilə “GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.

Tarix: 25/11/13 “Microsoft” Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi yaradır

“Microsoft” Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi yaradır. Bu barədə məlumat verən “Microsoft-Azərbaycan”dan bildirilib ki, noyabrın 14-də “Microsoft” korporasiyası Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin açılışını elan edib.

Tarix: 25/11/13 Milli Təhlükəsizlik Agentliyi tərəfindən yoluxdurulmuş kompüter şəbəkələrinin sayı açıqlanıb

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) bütün dünyada 50000-dən çox kompüter şəbəkəsini virusa yoluxdurub. Bu haqda qurumun keçmiş əməkdaşı Edvard Snouden tərəfindən təqdim edilmiş sənədlərə istinadən Hollandiyanın “NRC Handelsblad” qəzeti yazıb.

Tarix: 25/11/13 Avropa internet istifadəçiləri kibercinayətkarlıqdan ehtiyat edirlər

Avropa İttifaqı internet istifadəçilərinin 76 faizi son vaxtlar kibercinayətkarların qurbanı olmaq riskinin artdığını düşünür, lakin buna baxmayaraq onların yalnız 48 faizi il ərzində parollarını dəyişib.

Tarix: 25/11/13 İnternetin ixtiraçısı qlobal şəbəkədə kiberizləməyə qarşıdır

"Ümumdünya hörümçək toru”nun ixtiraçısı cənab Tim Berners Li bu yaxınlarda rəsmən internetdə həyata keçirilən müxtəlif kiberizləmələrə qarşı olduqca mənfi mövqeyini ifadə edib.

Tarix: 23/11/13 “LG” televizorları daha istifadəçiləri izləməyəcək

“LG” şirkəti etiraf edib ki, onun istehsalı olan smart televizorlar televiziya tamaşaçıları haqqında məlumatları şirkətin serverinə müvafiq funksiya deaktiv edildiyi halda da ötürürmüş.

Tarix: 21/11/13 “LG” şirkətinin smart televizorlarında izləmə funksiyası var?!

“LG” şirkətinin smart televizorları istifadəçidən xəbərsiz sahibi haqqında şəxsi informasiyanı toplayaraq istehsalçıya ötürür. Bu haqda britaniyalı bloqqer “DoctorBeet” deyib.

Tarix: 21/11/13 İnternetdə yeni il spamının göndərilməsinə başlanıb

“Kasperski Laboratoriyası” mütəxəssislərinin oktyabr ayına olan son hesabatına əsasən, hesabat dövründə qlobal poçt trafikində spamın payı ötən göstəricilərlə müqayisədə 6,6% artaraq 72,5% təşkil edib. Bu halda spamerlər Yeni il bayramı ilə əlaqədar aktivləşiblər.

Tarix: 19/11/13 Takuya Hirano: “Azərbaycanda piratçılıqla mübarizənin hökumət tərəfindən prioritet kimi qəbul edilməsi bu problemin həllinə kömək edib”

“Microsoft” şirkəti Azərbaycanı piratçılıqla mübarizədə dəstəkləməkdə davam edəcək.
Şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hiranonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, piratçılıq “Microsoft” şirkəti ilə bərabər, bütün şirkətlərin problemidir.

Tarix: 18/11/13 “Skype” üzərindən yeni təhlükəli virus yayılır

“Doctor Web” şirkəti bu gün “BackDoor.Caphaw” ailəsindən olan bank troyanlarının geniş yayılması haqda məlumat verib.

Tarix: 16/11/13 “Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib

“Microsoft” korporasiyası əvvəllər mövcud olan “Digital Crimes Unit” bölməsini genişləndirərək onu ayrıca struktur kimi “Cybercrime Center” binasına köçürüb.

Tarix: 15/11/13 Ən çox veb-təhdidlərə məruz qalan ölkələr hansıdır?

“Kasperski Laboratoriyası”nın mütəxəssisləri bu ilin üçüncü rübündə virus yazıçılarının   mobil platformalara yönləndirilmiş yeni, qeyri-standart üsullarını qeydə alıblar: bank hesabına çıxış əldə edən yeni “innovativ” “Svpeng” ziyanvericisi aşkar edilib, bundan başqa ilk dəfə “Android” troyanı “Obad”ın yayılması üçün kənar botnetlərin gücündən istifadə edilib.
 

Tarix: 08/11/13 İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan qanun layihəsi gələn il yenidən Nazirlər Kabinetinə təqdim ediləcək

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məsələsini “Valideyn məsuliyyəti” ilə bağlı qanun layihəsinə daxil edib.








19 Mart 2024

18 03 2024