bölmədə 2336 material var

Tarix: 21/01/14 Maliyyə müəssisələrinin virusa yoluxma hallarının sayı 337 faiz artıb

“Symantec” korporasiyasının 2013-cü ildə maliyyə troyanları haqda araşdırmasının nəticəsinə əsasən, ötən ilin birinci rübü ərzində onların sayı üç dəfə artıb və hazırda ən çox yayılmış təhdid növüdür.

Tarix: 21/01/14 Hakerlər öz pis əməllərində soyuducu və televizorlardan istifadə ediblər

“Proofpoint” şirkətinin ekspertlərinin aşkar etdikləri botnet şəbəkəsinin tərkibinə adi kompüterlərlə yanaşı, "ağıllı" məişət texnikası və elektronika da daxil olub. Hesabata əsasən, botnet şəbəkəsi spam mesajlarının göndərilməsi üçün istifadə olunub.

Tarix: 21/01/14 Ən pis parol hansıdır?

“SplashData” şirkəti "25 ən pis parol" illik reytinqini yeniləyib. Reytinqə əsasən, 2013-cü ildə "123456" kombinasiyası ən populyar parol olub.

Tarix: 17/01/14 Elektron təhlükələr və virtual təhdidlərə qarşı mübarizə yolları müzakirə ediləcək

Azərbaycan İnternet Forumu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurası ilə birgə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçirəcək.

Tarix: 17/01/14 MTA gündəlik təxminən 200 milyon SMS mesaj ələ keçirib

Milli Təhlükəsizlik Agentliyi (MTA) gündəlik mobil telefonlardan 200 milyon SMS mesaj ələ keçirib. “The Guardian” qəzetinin elektron versiyası yazıb ki, xüsusi xidmət orqanı bu məlumatlar sayəsində abunəçilərin yeri, kontaktı və kredit kartları haqqında informasiya əldə edib.

Tarix: 16/01/14 “Google” kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Impermium” startapını satın alıb

“Google” korporasiyası kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Impermium” startapını satın alıb. Bu haqda “Impermium” startapının direktoru Mark Rişer deyib. Onun bəyanatı startapın saytının əsas səhifəsində dərc edilib.

Tarix: 15/01/14 ABŞ kiberqoşunlara xərcləri iki dəfə artıracaq

2014-cü ildə ABŞ hakimiyyəti Müdafiə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Kiberkomandanlığın ehtiyacları üçün 447 milyon dollar xərcləyəcək ki, bu da 2013-cü ildə xərclənən 191 milyon dollardan 2,3 dəfə çoxdur.

Tarix: 15/01/14 “Şəbəkə neytrallığı” qaydaları ABŞ-da etibarsız elan edilib

“Şəbəkə neytrallığı” qaydalarının ləğv edilməsi provayderlərə müəyyən saytlara üstünlük verməkdə imkan yarada bilər.

Tarix: 15/01/14 Azərbaycanda Çin vətəndaşlarından ibarət kibercinayətkar dəstə yaxalanıb

Daxili işlər orqanları kibercinayətkarlıqla mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.

Tarix: 15/01/14 Milli Təhlükəsizlik Agentliyi internetə çıxışa malik olmayan kompüterlərə belə müdaxilə edir

“The New York Times” nəşri yazır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) minlərlə kompüterdə quraşdırdığı proqram təminatı izləmə aparmağa və kiberhücumlar həyata keçirməyə icazə verir.

Tarix: 15/01/14 Azərbaycanda proqram təminatı sahəsində piratçılıq 9 faiz azalıb

Azərbaycanda 2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsullar bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə qədər aşağı düşüb.

Tarix: 10/01/14 Şirkətlərin təxminən 50%-i İT təhlükəsizlik xərclərini artırmağa hazırlaşır

“Forrester Research” analitikləri deyiblər ki, əksər dünya şirkətləri günbəgün güclənən haker hücumlarından qorunmaq üçün öz informasiya təhlükəsizliyinin təkmilləşdirilməsinə aktiv sərmayə yatırır.

Tarix: 09/01/14 “Network Time Protocol”u vasitəsilə “DDoS” hücumlar qeydə alınıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Network Time Protocol”un istifadəçilərinə ehtiyatlı olmağı tövsiyə edib.

Tarix: 09/01/14 ABŞ xüsusi xidmət orqanı kodlara müdaxilə üçün superkompüterin yaradılmasına 40 milyon dollar ayırıb

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) istənilən tip kriptoqrafiya şifrəsinə müdaxilə üçün kvant superkompüteri yaratmağa çalışır. Bu barədə Edvard Snouden tərəfindən təqdim olunmuş sənədlərə istinadən “Washington Post” qəzeti cümə günü yazıb.

Tarix: 09/01/14 Hakerlər “Yahoo!” portalları vasitəsilə virus yayıblar

“Yahoo!” internet şirkətinin nümayəndələri deyib  ki, ötən həftə Avropa portallarından bəziləri zərərli proqram təminatı yayıblar ki, bu da minlərlə istifadəçi üçün potensial təhlükə yaradır.
 








19 Mart 2024

18 03 2024