bölmədə 2336 material var

Tarix: 11/06/14 Mobil qurğuların istehsalında zərərli tullantıların həcmi üçdə bir dəfə artacaq

2019-cu ilədək mobil qurğuların istehsalından zərərli tullantılar atmosferə 115 milyon istixana qazının buraxılmasına səbəb olacaq ki, bu da cari ilin nəticəsindən 30 faiz çoxdur.

Tarix: 10/06/14 ABŞ yenidən Çini kibercasusluqda ittiham edib

İnternet təhlükəsizlik problemləri ilə məşğul olan ABŞ-ın “CrowdStrike” özəl şirkəti Çin hərbçilərini genişmiqyaslı haker əməliyyatları keçirməkdə ittiham edib. Hədəf ABŞ-ın peyk və hava-kosmik proqramı olub.

Tarix: 10/06/14 Cənubi Koreya şirkəti Vyetnamda zavod inşa edəcək

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Vyetnamda iri zavodun tikintisinə 1 milyard dollar yatırmağı planlaşdırır.

Tarix: 10/06/14 İnformasiya təhlükəsizliyinin təmini üçün lazım olan həllərin həcmi sürətlə artır

“International Data Corporation” (IDC) analitik şirkəti informasiya təhlükəsizliyinin (İT) təmini qurğuları bazarının tədqiqat nəticələrini dərc edib və müsbət dinamikanı qeydə alıb. “Cisco” şirkəti əvvəlki tək liderdir.

Tarix: 10/06/14 ABŞ alimləri məlumat mübadiləsində ələ keçirilməni istisna edən üsul təklif ediblər

ABŞ alimlər qrupu optik-lif şəbəkəsi ilə məlumat mübadiləsində ələ keçirilməni istisna edən üsul təklif edib.

Tarix: 10/06/14 Azərbaycana edilən haker hücumlarının qarşısı yüksək səviyyədə alınır

"Azərbaycana haker hücumları hər gün olur. Lakin, bunun qarşısı yüksək səviyyədə alınır".

Tarix: 09/06/14 Dünya iqtisadiyyatı kibercinayətkarlığa görə 445 milyard dollar itirir

“Center for Strategic and International Studies” (CSIS) əməkdaşları kibercinayətkarların fəaliyyətindən dünya iqtisadiyyatına dəymiş zərəri ildə 445 milyard dollar məbləğində qiymətləndiriblər.

Tarix: 09/06/14 "Mən “Facebook”da bu şəkilləri paylaşmaq istəyirəm, siz razılıq verirsiniz?"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərini kibertəhlükələrdən qorumaq üçün növbəti xəbərdarlığını edib.

Tarix: 06/06/14 İnternet protokolunda növbəti təhlükəli boşluq aşkar olunub

“OpenSSL” protokolunda yeni aşkar edilmiş boşluq internet ilə ötürülən məlumatları ələ keçirməyə və deşifr etməyə imkan verir. Yeni səhv “Heartbleed” boşluğundan iki ay sonra aşkar edilib.
 

Tarix: 06/06/14 “DARPA” avtomatlaşdırılmış kibermühafizə sistemlərinin yaradılması üçün müsabiqə elan edib

ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) yeni avtomatlaşdırılmış kibermühafizə sistemlərinin yaradılması üçün “Cyber Grand Challenge” müsabiqəsini elan edib. Müsabiqədə 30 komandanın iştirakı gözlənilir.

Tarix: 06/06/14 Britaniya hökuməti kiberterrorçuluğa görə ömürlük həbsin tətbiq olunmasını təklif edib

Böyük Britaniya hökuməti hücumları ağır nəticələrə səbəb olan hakerlər üçün ömürlük həbs cəzası tətbiq etmək niyyətindədir. Bu barədə Böyük Britaniya şahzadəsi II Yelizavetta parlament sessiyasının açılışında bəyan edib.

Tarix: 05/06/14 ABŞ Məxfi Xidməti sosial şəbəkələrdə sarkazmı müəyyənləşdirən sistem sifariş edib

ABŞ Məxfi Xidməti sosial şəbəkələrdə sarkazmı və digər zarafatcıl ifadələri avtomatik müəyyənləşdirən sistem sifariş edib. Bu barədə “The Washington Post” nəşri məlumat verib. Sifariş özəl təşkilatların dövlət strukturlarına öz xidmətlərini təklif edə biləcəyi xüsusi saytda dərc olunub.

Tarix: 04/06/14 Elektron Təhlükəsizlik Mərkəzi kompüterlərə olan təhlükə ilə bağlı xəbərdarlıq edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kompüterlərin təhlükə altında olması ilə bağlı xəbərdarlıq edir.

Tarix: 04/06/14 Fırıldaqçılar “Cryptolocker” virusunun köməyi ilə 100 milyon dollar qazanıblar

Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə İdarəsi Federal Təhlükəsizlik Bürosu (FTB) və “Avropol”un birgə səyi ilə aşkar edilmiş yeni “Cryptolocker” virusu haqda xəbərdarlıq edib.

Tarix: 02/06/14 Almaniya kiberməhkəmənin yaradılmasını təklif edir

Almaniya hakimiyyəti axtarış sistemlərində fərdi məlumatların mühafizəsi ilə bağlı işlərə baxacaq xüsusi kiberməhkəmələrin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir.








19 Mart 2024

18 03 2024