bölmədə 2336 material var

Tarix: 04/02/15 “Avropol” Avropa İttifaqının fırıldaqçılıqla mübarizəyə dair qanun layihəsini dəstəkləyib

“Avropol” yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre) Avropa İttifaqının (Aİ) ödəniş fırıldaqçılığı ilə mübarizəyə dair qanun layihəsini bəyənib.

Tarix: 03/02/15 “Akamai Technology”: “İl ərzində “DDoS” hücumların sayı iki dəfə artıb”

“Akamai Technology” şirkətinin internet təhlükəsizliyi üzrə hesabatına görə, son ildə “DDoS” hücumların sayı iki dəfə artıb.

Tarix: 03/02/15 ABŞ kibertəhlükəsizliyə 14 milyard dollar xərcləyəcək

ABŞ hökumətin kibertəhlükəsizliyi üçün 14 milyard dollar xərcləyəcək. Müvafiq xərc maddəsi 2016-cı ilin büdcəsinə daxil edilib.

Tarix: 30/01/15 Yaxın gələcəkdə parollardan istifadəyə ehtiyac qalmayacaq

ABŞ-ın hazırladığı texnologiya sayəsində mobil qurğu və fərdi kompüterlər (FK) qeydiyyatlı istifadəçiləri onların davranış xüsusiyyətlərinə görə tanıya biləcək. Sözügedən sistemin tətbiqi hələ ki hərbi idarələrdə planlaşdırılır, daha sonra kommersiya bazarına çıxarılacaq.

Tarix: 26/01/15 Hakerlər “Malaysia Airlines”in saytını sındırıblar

Bu gün “Kərtənkələ dəstəsi” adlanan hakerlər “Malaysia Airlines” aviaşirkətinin saytını sındırıblar.

Tarix: 22/01/15 Kibertəhlükəsizlik üzrə illik hesabat açıqlanıb

“Cisco” şirkəti kibertəhlükəsizlik üzrə illik hesabat dərc edib. Aşağıda illik hesabatın əsas məqamları göstərilib.

Tarix: 22/01/15 Nyu-York sakini ABŞ hakimiyyətindən 134 min dollar kompensasiya alacaq

Sondra Arkett adlı Nyu-York sakini ABŞ hakimiyyətindən adının və fotoşəkilinin “Facebook” sosial şəbəkəsində saxta səhifənin yaradılması üçün istifadəyə görə 134 min dollar məbləğində kompensasiya alacaq.

Tarix: 21/01/15 Elektron Təhlükəsizlik Mərkəzi növbəti dəfə sadə parollardan istifadə etməməyi tövsiyə edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının qarşısını almaq üçün növbəti dəfə sadə parollardan istifadə etməməyi tövsiyə edir.

Tarix: 21/01/15 2014-cü ilin ən etibarsız parolları bəlli olub

Hər il ən etibarsız parolların reytinqini dərc edən “SplashData” şirkətinin məlumatına əsasən, 2014-cü ilin nəticəsinə görə hesablar üçün ən etibarsız parol yenə 123456 rəqəmlər kombinasiyası olub.

Tarix: 19/01/15 ETM təşkilat və müəssisələrdə informasiya təhlükəsizliyinin təmin olunması qaydalarını açıqlayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi təşkilat və müəssisələrə kibercinayətkarlar tərəfindən edilən hücumların riskini azaltmaq üçün bir sıra təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.

Tarix: 17/01/15 ABŞ və Böyük Britaniyada kibertəlimlər keçiriləcək

ABŞ və Böyük Britaniya hər iki dövlətin kiberməkanında təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə plan hazırlayıb.

Tarix: 16/01/15 İki ekranlı planşet istehsal ediləcək

“Yota Devices” şirkəti iki ekranlı planşet buraxılışı layihəsinin biznes effektivliyini qiymətləndirir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni qurğunun buraxılması haqda son qərar hələ qəbul edilməyib. Çünki şirkət hazırda “YotaPhone 2” smartfonunun istehsalı ilə məşğuldur.

Tarix: 16/01/15 “Symantec” hakerlərlə ABŞ aviaşirkəti texnologiyaları ilə mübarizə aparacaq

“Symantec” antivirus şirkəti hakerlərdən korporativ mühafizə vasitələrini təkmilləşdirmək məqsədilə aparıcı aviasiya və kosmik texnika istehsalçısı “Boeing” aviaşirkətinə yardım üçün müraciət edib.

Tarix: 15/01/15 ABŞ Administrasiyası kompüter şəbəkələrinin mühafizəsinə dair qanun layihəsini Konqresə təqdim edib

ABŞ Administrasiyası kompüter şəbəkələrinin, o cümlədən milli infrastrukturun mühüm strateji obyektlərində istifadə olunan kompüterlərin mühafizəsinin gücləndirilməsinə yönələn kibertəhlükəsizlik haqqında qanun layihəsini Konqresə təqdim edib.

Tarix: 13/01/15 Azərbaycanda ötən il ərzində 1558 sanksiyalaşdırılmamış insidentin qarşısı alınıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi  Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə ötən il ərzində 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb.








19 Mart 2024

18 03 2024