bölmədə 2336 material var

Tarix: 24/04/13 Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi hakerlərlə bağlı xəbərdarlıq etdi

Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi erməni təxribatı ilə bağlı cəmiyyətə xəbərdarlıq edib.

Tarix: 24/04/13 Avstraliyada beynəlxalq “Lulz Security” qrupunun lideri həbs olunub

Avstraliya Federal Polisi (AFP) beynəlxalq “Lulz Security” qrupunun liderini həbs edib. Bu barədə AFP-nin kibercinayətkarlıqla mübarizə üzrə bölməsinin direktoru Qlen Makyuen məlumat verib.

Tarix: 24/04/13 Təhlükəli veb-hücumların əsas mənbəyi məlum oldu

Məzmun tədarükü üzrə dünyanın ən böyük operatoru “Akamai Technologies” şirkəti “The State of Internet, 2012” adlanan hesabat dərc edib. Hesabata əsasən, Çin zərərli trafikin ən böyük mənbəyi olaraq qalır. Belə ki, “Akamai” şirkətinin müştərilərinə edilmiş hücumların 41%-i adıçəkilən ölkə ərazisindən həyata keçirilib.

Tarix: 23/04/13 Azərbaycanda piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28 faiz azalıb

Bakıda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə simpozium keçirilir. Tədbirdə çıxış edən Azərbaycan Müəllif hüquqları agentliyinin rəhbəri Kamran İmanov bildirib ki, ölkədə müntəzəm olaraq müəllif hüquqları sahəsində qanunvericilik və normativ hüquqi baza təkmilləşdirilir.

Tarix: 23/04/13 Bank sektoru üçün olduqca təhlükəli virus yaradılıb

“Trusteer” İT şirkətinin tədqiqatçıları “Gozi” adlanan bank troyanının yeni variantını aşkar ediblər. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu virus əsas yüklənmə yazısında (master boot record - MBR) yerləşdirilir ki, antiviruslar tərəfindən aşkar edilməsin.

Tarix: 22/04/13 İT təhlükəsizliyinin təmin edilməsində ən asan yol vahid platformanın tətbiqidir

“IDC” müstəqil analitik şirkətinin məlumatlarına əsasən, dünyada fəaliyyət göstərən şirkətlərin 41%-i əmindir ki, 2013-cü ildə İT təhlükəsizliyinin əsas problemlərindən biri mühafizə həllərinin mürəkkəbləşməsi olacaq.

Tarix: 22/04/13 “Google”: “Gmail”də son nasazlıqlar autentifikasiya sisteminin həddən artıq yüklənməsi ilə bağlı olub

“Google” şirkəti bildirib ki, “Gmail” və “GDrive” poçt sistemlərinin işində nasazlıqlar milyonlarla istifadəçinin “Google” şirkətinin bir sıra əlavələrindən istifadəni mümkünsüz edib, bu da istifadəçilərin düzgün olmayan autentifikasiya sistemi konfiqurasiyasından istifadəsi nəticəsində baş verib.

Tarix: 22/04/13 Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri: “Mərkəz kibertəhdidlər sahəsində təcili yardım funksiyasını həyata keçirəcək”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanında yaradılmış “Elektron Təhlükəsizlik Mərkəzi”nin fəaliyyətinin təşkili üzrə aidiyyəti dövlət qurumlarına müraciətlər olunub və hazırda digər zəruri tədbirlər görülməkdədir.

Tarix: 20/04/13 "Apple" şirkəti "Siri" xidmətinin məlumatlarını 2 il saxlayır

"Wired" nəşri yazır ki, o, "Apple Siri" xidməti ilə bəzi təfərrüatları aydınlaşdırmağa nail olub. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, nəşr qeyd edib ki, bütün səs əmrləri 2 il müddətində "Apple"ın serverlərində saxlanılır.

Tarix: 19/04/13 Bu ilin martında bütün elektron məktubların 70,1%-ni spam təşkil edib

"Kasperski Laboratoriyası" antivirus şirkətinin saytında dərc edilmiş məlumata əsasən, bu il martın yekununa görə elektron poçtun 70.1%-ni spam təşkil edib. Bununla belə, spam məktublarında zərərli fayl bərkitmələrinin payı xeyli artıb və 4% olub.

Tarix: 18/04/13 “DDoS” hücumların həcmi 8 dəfə artıb

Orta hesabla, həyata keçirilmiş “DDoS” hücumların gücü saniyədə 32.4 milyon paket təşkil edir. İT xidmətləri göstərən “Prolexic” şirkəti “DDoS” hücumların sayı, müddəti və tezliyi barəsində araşdırma aparıb. Əldə edilmiş məlumata əsasən, son 3 ay ərzində bütün göstəricilər 2012-ci ilin dördüncü rübü ilə müqayisədə, demək olar ki, 8 dəfə artıb.

Tarix: 17/04/13 İstifadəçilər şifrə seçimində yenə də diqqətsizdirlər

“Facebook” istifadəçilərinin özlərinin keçirdikləri sorğunun yekununa əsasən, rusiyalı istifadəçilər şifrə seçimində daha diqqətlidirlər. Rusdilli respondentlərin yalnız 12%-i bildirib ki, onlar bir neçə hesab üçün eyni şifrədən istifadə edirlər.

Tarix: 17/04/13 “Microsoft Windows”un sonuncu yeniləməsinin ləğv olunması məsləhət görülür

“Microsoft” şirkəti KB2823324 patçını ləğv etməyi məsləhət görür. Qeyd edək ki, həmin yeniləmə “ZDNet”in “MS13-036” təhlükəsizlik bülleteninin tərkibinə əlavə edilmişdir.

Tarix: 17/04/13 Antivirus şirkəti aparat mühafizəsi bazarına daxil olur

“Kasperski Laboratoriyası” dünyada analoqu olmayan UEFI əməliyyat sistemlərinin yüklənməsi üçün nəzərdə tutulmuş müasir interfeys üçün antivirus sistemini istifadəyə verib.

Tarix: 12/04/13 “Yandex” istifadəçilərini “Google”-dan 10 dəfə pis qoruyur

“Yandex” internet istifadəçilərini ziyanverici saytlardan qorumaq nöqteyi-nəzərindən ən az effektiv olan şirkətdir: onun axtarış nəticəsində təqdim etdiyi 13,7 milyon saytdan 3,3 mini viruslu olub.








19 Mart 2024

18 03 2024