bölmədə 2336 material var

Tarix: 13/12/13 Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qulluqçularına mobil qurğularla ehtiyatla davranmağı tövsiyə edir

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) dövlət qulluqçularına mobil qurğularla ehtiyatla davranmağı tövsiyə edir.

Tarix: 13/12/13 “Android” və “iOS” platformaları üçün populyar proqramların 78%-nə müdaxilə edilib

Cinayətkarlar “Android” və “iOS” üçün populyar ödənişli tətbiqlərin 78%-nə müdaxilə ediblər. Bu haqda “Arxan Technologies” şirkətinin yeni tədqiqatına istinadən “The Telegraph” nəşri yazıb.

Tarix: 13/12/13 Estoniya Müdafiə Nazirliyində kibermühafizə şöbəsi yaradılacaq

Estoniya hökuməti Müdafiə Nazirliyi strukturunda yeni struktur vahidinin - kibermühafizə siyasəti şöbəsinin yaradılması ilə bağlı qərar çıxarıb. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Tarix: 12/12/13 Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi internet perimetrinin qorunmasını təmin etmək məqsədi ilə yeni addımlar atacaq

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet perimetrinin qorunmasını təmin etmək məqsədi ilə addımlar atacaq.

Tarix: 12/12/13 Ödəmə məlumatlarının təhlükəsizlik səviyyəsi çox aşağıdır

 “InfoWatch” analitik mərkəzi bank hesabları və plastik kartlar haqqında informasiya itkisinə dair ilk qlobal araşdırmasına əsasən, ödəmə məlumatlarının qlobal təhlükəsizlik səviyyəsi bütovlükdə çox aşağıdır. 

Tarix: 11/12/13 Sosial şəbəkə istifadəçilərinin 40 faizi hakerlərdən ehtiyat edir

Sosial şəbəkə istifadəçilərinin yalnız 40 faizi hakerlər tərəfindən törədilən təhdidlərdən və zərərli proqram təminatından ciddi narahatdır. Bu barədə “Eset” antivirus şirkətinin məlumatında deyilir.

Tarix: 09/12/13 70 milyon rubl oğurlamış hakerlər saxlanılıb

Polis ziyanverici proqram təminatı vasitəsilə bank hesablarından 70 milyon rubl oğurlamaqda şübhəli olan 13 nəfərdən ibarət cinayətkar qrupu saxlayıb.

Tarix: 05/12/13 Hakerlər sosial şəbəkələrdə iki milyondan çox hesaba müdaxilə ediblər

“Mashable” onlayn nəşri yazır ki, “Google”, “Yahoo!”, “Twitter”, “Facebook” və “Linkedln” kimi populyar saytlarda iki milyondan çox hesab haker hücumuna məruz qalıb.

Tarix: 05/12/13 Çinin “Huawei” şirkəti Böyük Britaniyada kibertəhlükəsizlik mərkəzi tikəcək

Böyük Britaniyanın çox vaxt ABŞ siyasətinin nüfuz dairəsində olmasına baxmayaraq, son zamanlar London siyasi və texnoloji müstəqillik əlamətləri göstərir. Bu, Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinləmələrlə bağlı qalmaqallar seriyası və ölkə sakinləri haqqında məlumatların ABŞ-a ötürülməsindən sonra daha açıq hiss olunur. Dünən məlum olub ki, Böyük Britaniya hakimiyyəti ilə Çinin “Huawei” şirkəti arasında əldə olunmuş razılığa əsasən, sonuncu bu ölkədə öz kibertəhlükəsizlik mərkəzini tikəcək və yerli mütəxəssisləri öyrədəcək.

Tarix: 04/12/13 Yeni virus tipi parolları səs vasitəsilə ötürür

Fraunhofer İnstitutunun almaniyalı alimlərinin hazırladıqları zərərli proqram prototipi insan tərəfindən eşidilməyən səs siqnallarının köməyi ilə virusa yoluxmuş kompüterdən klavişlərin sıxılmasını və başqa məxfi informasiyanı gizli ötürə bilər.

Tarix: 04/12/13 Şirkətlərin təxminən 41%-i informasiya təhlükəsizliyinə xərcləri artırmağı planlaşdırır

Təhlükəsizlik məsələsi həmişə şirkətlərdə işləyən İT mütəxəssisləri narahat edib. KİV-də məlumat itkisi və müdaxilələrlə bağlı dərc edilən çoxsaylı xəbərlərdən sonra kompüter sistemlərinin mühafizəsi təşkilatların işində daha vacib aspektə çevrilib.

Tarix: 04/12/13 Estoniya və ABŞ kiberməkanda əməkdaşlıq haqqında bəyanat imzalayıblar

Estoniya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, Estoniyanın xarici işlər naziri Urmas Paet və ABŞ dövlət katibi Con Kerri bu gün Brüsseldə kiberməkanda əməkdaşlıq haqqında bəyanat imzalayıblar.

Tarix: 03/12/13 “Akamai” “Prolexic” şirkətini 370 milyon dollara satın alıb

Məzmun operatoru üzrə dünyanın ən böyük şəbəkə operatoru “Akamai Technologies” şirkəti “DDOS” hücumlardan müdafiə həlləri tədarükçüsü “Prolexic Technologies” şirkətini 370 milyon dollara satın alıb.

Tarix: 03/12/13 Ən yaxşı parollar kürən qadınlar tərəfindən düşünülür

Ən yaxşı parollar kürən qadınlar, ən zəif parollar isə saqqallı kişilər tərəfindən düşünülür. Təhlükəsizlik üzrə ekspert Per Torşeym deyib ki, sayt və internet xidmətlərindən ələ keçirilmiş parollara əsaslanmış tədqiqat materiallarından çıxan nəticə məhz belədir.

Tarix: 30/11/13 Yeni “Syme” sosial şəbəkəsi bütün məlumatları şifrləyir

Yeni “Syme” sosial şəbəkəsi bütün istifadəçilərin məlumatlarını şifrləyir. Resurs Corc Oruellanın “1984” kitabının personajlarından birinin şərəfinə adlandırılıb.








19 Mart 2024

18 03 2024