“IBM” korporasiyasına məxsus “Watson” superkompüteri artıq dəfələrlə ən müxtəlif rollarda (həkim, iqtisadçı və aşpaz) sınanılıb. Bu dəfə superkompüter satıcı-konsultant peşəsini öyrənməlidir.
“Samsung” şirkəti “Galaxy Beam 2” smartfonunu nümayiş etdirib. Smartfon orijinal xüsusiyyətə malikdir: cihaza quraşdırılmış mini-proyektor 800x480 piksel təsvir ölçülü təsviri istənilən düz səthdə əks etdirir. Bu, məsələn, kiçik təqdimatların keçirilməsi üçün faydalı ola bilər.
Miçiqan Universitetinin tədqiqatçıları düşən işıqdan asılı olaraq öz formasını dəyişə bilən yeni tip material icad ediblər. Texnologiya cürbəcür formalar almaqla müxtəlif uzunluğa malik işıqlara reaksiya verən kristallardan ibarətdir.
Çin şirkətinin əməkdaşları nəhəng “3D” texnologiyalı printerin köməyi ilə 24 saat ərzində on ev tikiblər. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya binaların inşasını xeyli ucuzlaşdırır və iş müddətini azaldır.
Yaponiyanın “Toyota” şirkəti öz avtomobillərində mobil telefonların simsiz enerji ilə doldurulması texnologiyasının tətbiqinə davam edir. Belə ki, 2015-ci ilin yayında yeni “Camry” modelində bu funksiya işə salınacaq.
“Huawei” şirkəti 4,5 düymlük qHD təsvir ölçülü ekranla təchiz edilmiş “Ascend P7 mini” smartfonunu nümayiş etdirib.
“Acer” brendinə məxsus fitnes-qolbaq formasında ilk daşınan qurğular cari ilin ortasında ictimaiyyətə təqdim ediləcək.
“Samsung” şirkəti “Galaxy” seriyasından növbəti smartfonunu – “Galaxy K zoom”u nümayiş etdirib. Qurğu fotoşəkil həvəskarları üçün nəzərdə tutulub və 20,7 meqapiksellik ötürücü, həmçinin 10 dəfə yaxınlaşdıran optik zumla təchiz edilib.
“MacBook Air” noutbuklar xətti tezliklə yenilənəcək. Yeni nəsil “Intel Haswell” çipi ilə işləyəcək ki, bu da iş sürətini artırmağa icazə verəcək və noutbukların qiyməti 100 dollar azalacaq.
“HP” şirkəti “Android” üzərində işləyən noutbuk istehsal etməyə hazırlaşır.
“SanDisk Corporation” şirkəti yeni "Optimus MAX” bərk cisimli toplayıcı nümayiş etdirib. Şirkət onu “SAS” interfeysli 4 terabaytlıq sərt disklər (SSD) sahəsində dünyanın birinci bərk cisimli toplayıcısı adlandırır.
Kanadada Kuins Universitetinin mühəndisləri təsvirin göstərilməsi üçün "elektron mürəkkəb" texnologiyasından istifadə edən üç ekranlı smartfonun işçi prototipini nümayiş etdiriblər.
“Apple” şirkətinin istehsalı olan qulaqcıqda nəbz və təzyiqin ölçülməsi üçün sensorlar quraşdırılacaq. Bu barədə “Secret” servisi məlumat verib.
Sərt disklərin mövcudluğu dövründə məlumatların maqnit lentlərinə yazılması texnologiyası son dərəcə köhnəlmiş görsənir.
“Apple” şirkətinin “iPhone” modelinin kamerasının hazırlanmasında iştirak edən keçmiş əməkdaşlardan ibarət heyət “CENTR” adlı qeyri-adi kamera yaradıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL