Analitiklər bildiriblər ki, Çin hərbi xərclərini sürətlə artıraraq pilotsuz uçuş aparatlarının yaradılması texnologiyasında və istifadəsində böyük uğurlar əldə edir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Çinin cənubunda yerləşən Çjuxay sahilboyu şəhərində keçirilmiş son aviasiya şousu zamanı pilotsuz təyyarələrin yeni nəsli təqdim edilmişdi.
İsveçrənin Sürix Universiteti yanında süni intellektin araşdırılması laboratoriyasından verilmiş məlumata əsasən, onlar “Roboy” adlı insanabənzər robot üzərində çalışır: yenilik təxminən 9 aydan sonra başa çatdırılmalıdır. Layihə müəllifləri vurğulayıblar ki, “Roboy”-un vəzifəsi gündəlik məsələlərin yerinə yetirilməsində insanlara yardımçı olmaqdır.
Təqdim edilmiş “Spycam Pen Camera” qələmi vasitəsilə foto, həmçinin video çəkmək və ya səsi yazmaq mümkündür. Qələm 8 Qb daxili sərt diskə malikdir və 720 piksel təsvir ölçüsündə yüksəkkeyfiyyətli video çəkməyə “qadirdir”.
Nüfuzlu “Science” jurnalının versiyasına görə, “Hiqqs” bozonunun kəşfi geridə qoyduğumuz ilin əsas elmi nailiyyətidir. Əsas kəşflərin üçlüyünə, həmçinin denisov insanın genindəki ardıcıllıq və yaponiyalı alimlərin gövdə hüceyrələrindən toxum hüceyrəsi yetişdirmək üzrə apardığı sınaqlar daxildir.
ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) hazırlaması olan dördayaqlı “LS3” (Legged Squad Support System) yükdaşıyan robot səs əmrlərinə reaksiya vermək, yerə yıxıldıqdan sonra dərhal qalxmaq, mürəkkəb şəraitə malik ərazilərdə hərəkət etmək və insanı izləmək kimi bacarıqlara yiyələnib.
Təsəvvür edin ki, pulsuz elanlar qəzetinin vakansiya sütununda belə bir "cəlbedici" təklifə rast gəlirsiniz: "Kalkulyator operatoru tələb olunur.
Massaçusets Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən "Neumitra" və "Affectiva" startaplarının hazırladığı ələ taxılan datçiklər stressin müalicəsində yardımçı olacaq. Cihaz öz sahibinə fizioloji dəyişikliklər (məsələn, bədən temperaturunun yüksəlməsi) barədə məlumat verir.
Şimali Koreya "Pyongyang Racer" adlı birinci kompüter oyununu istifadəyə verib. Oyun qrafikanın səviyyəsinə görə ötən əsrin 80-ci illərini xatırladır.
Təqdim edilmiş yeni cihaz xəstələri uzaq məsafədən müayinə etməyə imkan verəcək. “ICTnews.az” elektron xəbər xidməti “www.gizmonews.ru” saytına istinadən bildirir ki, “Sotera Wireless” şirkətinin hazırladığı “ViSi Mobile” qurğusu sağlamlığa nəzarət edən rəngli ekranla təchiz edilmiş kiçik datçikdir və o, xəstənin əlinə bərkidilə bilər.
“Huawei Ascend Mate” smartfonu 6,1 düymlü ekran və dördnüvəli prosessorla təchiz edilib. “Huawei” şirkəti qurğunu rəsmi şəkildə 2013-cü ilin yanvarında təqdim etməyi planlaşdırır.
Fransanın “Archos” şirkəti tezliklə “97 Titanium HD” planşetinin satışlarına başlayacaq. Planşetin ekranının diaqonalı 9,7 düym, təsvir ölçüsü 2048x1536 piksel təşkil edir və “IPS” matris mövcuddur: bu xüsusiyyətlər “iPad 4” planşetində quraşdırılmış “Retina” displeylə eynidir.
“Wall Street Journal” qəzetinin məlumatına görə, “Google” şirkətinin “Motorola Mobility” bölməsi “iPhone” smartfonunun “X Phone” kod adlı rəqibini hazırlayır. "Motorola”nın hazırladığı smartfon 2013-cü ildə istehsal ediləcək və digər qurğulardan ciddi surətdə fərqlənəcək” - qəzet yazıb. ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “X Phone” cihazının
Alim-fiziklərdən ibarət beynəlxalq qrup dünyada birinci işlək foton kvant kompüteri yaratmağı bacarıb. Həm də onun məhsuldarlığı müasir ənənəvi kompüterləri dəfələrlə üstələyir.
Tayvanın “NCKU” Universitetində əlillərə kömək üçün nəzərdə tutulmuş yeni qurğu hazırlanıb. “I-Transport” adlı model insanı qaldıra, onu bir yerdən digər yerə apara və şaquli vəziyyətdə saxlaya bilər.
“Acer” şirkəti “Iconia B1” planşetini hazırlayır. “The Wall Street Journal” qəzetinin mənbələrinə əsasən, cihazın qiyməti 100 dollar civarında olacaq. Qəzetin məlumatına görə, “Iconia B1” ekranının diaqonalı 7 düym, onun təsvir ölçüsü 1024x600 nöqtə təşkil edəcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL