Tarix: 24/04/14 Martda dünya poçt trafikində spamın payı 6,4 faiz azalıb
“Kasperski Laboratoriyası” şirkətinin məlumatına görə, martda dünya poçt trafikində spamın payı 6,4 faiz azalaraq 63,5 faiz təşkil edib.
Tarix: 23/04/14 2013-cü ildə ABŞ və Rusiya daha çox veb-hücumlara məruz qalıb
"Kasperski Laboratoriyası"nın araşdırmasına əsasən, 2013-cü ilin nəticəsinə görə, ABŞ və Rusiya haker hücumlarının təxminən 45%-nin mənbəyi olub.
Tarix: 22/04/14 “Bitcoin” virtual valyutasının oğurlanması cəhdlərinin sayı kəskin artıb
“Bitcoin” virtual valyutasının oğurlanmasına yönələn haker hücumlarının sayı 2013-cü ildə 2,5 dəfə artaraq 8,3 milyon insident təşkil edib. Bu barədə “Kasperski Laboratoriyası” şirkəti tərəfindən aparılan tədqiqatda deyilir.
Tarix: 22/04/14 İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin tətbiqi üzrə təlimlər keçirilir
Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə təlim keçirilib.
Tarix: 21/04/14 “DDoS” hücumların sayı bir ildə 47% artıb
Bir ildə “DDoS” hücumların sayı orta hesabla 47% artıb, həm də eyni dövrdə hücumun orta intensivliyi 133% artıb ki, bu da hakerlərin sərəncamında olan şəbəkə resurslarının artmasından xəbər verir. Bu haqda “DDoS” hücumlardan mühafizə xidməti təklif edən “Prolexic” şirkətinin son hesabatında deyilir.
Tarix: 18/04/14 Antivirus ekspertləri mobil qurğulara qarşı hücumların sayının artdığını qeyd ediblər
Antivirus ekspertləri ilin əvvəlində mobil qurğular üçün yeni təhlükələrin yaranmasını və internetdə anonim işləməyə imkan verən “Tor” proqramı istifadəçilərinin sayının kəskin artmasını qeyd ediblər. Bu barədə "Kasperski Laboratoriyası" şirkətinin mətbuat xidmətindən bildirilib.
Tarix: 17/04/14 “Heartbleed” boşluğundan istifadə etmiş ilk haker həbs edilib
Kanada polisi “Openssl” şifrləmə protokolunda “Heartbleed” boşluğundan istifadə etmiş 19 yaşlı kanadalı haker Arturo Solis-Reyesi həbs edib. Bu barədə “Calgary Herald” yazıb.
Tarix: 16/04/14 Haker Rumıniya prezidentinin saytına müdaxilə edib
Rumıniyanın Kluj-Napoka şəhərindən naməlum haker məxfi informasiyaya icazəsiz giriş məqsədilə Rumıniya prezidentinin saytına müdaxilə edib. Bu haqda Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsindən jurnalistlərə bildirilib.
Tarix: 16/04/14 ABŞ-ın rabitə operatorları və mobil qurğu istehsalçıları oğurlanmış telefonları bloklamaq barədə razılıq əldə ediblər
ABŞ-ın mobil rabitə operatorları və aparıcı smartfon istehsalçıları istifadəçilərin fərdi məlumatlarını mühafizə etmək və mobil qurğuların oğurlanmasının qarşısını almaq məqsədilə oğurlanmış aparatları məsafədən bloklamaq barədə razılığa gəliblər.
Tarix: 12/04/14 “Symantec”: “Kiberhücumlar getdikcə kütləviləşir”
Kibercinayətkarlar kiçik, sürətli və azgəlirli hücumlardan imtina edərək genişmiqyaslı aksiyalara diqqətlə hazırlaşmağa üstünlük verirlər. Bu barədə “Symantec” şirkətinin “Internet Security Threat Report (ISTR) 2014” hesabatında deyilir.
Tarix: 12/04/14 Milli Təhlükəsizlik Agentliyi məlumatın toplanılması üçün “OpenSSL” boşluğundan istifadə edib
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) iki il ərzində məlumatların şifrələnməsi üçün “OpenSSL” protokolunda kritik boşluğun mövcudluğundan xəbərdar olub.
Tarix: 10/04/14 Boşluq aşkarlandı – XƏBƏRDARLIQ
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “OpenSSL” istifadəçilərinə aşkarlanmış kritik boşluq barədə xəbərdarlıq edir.
Tarix: 09/04/14 Kiçik və orta biznes sahəsinə qarşı həyata keçirilən kiberhücumların payı 61%-dək artıb
“Symantec” antivirus proqram təminatının istehsalçısının internet təhlükəsizliyinin təhdidləri haqqında illik hesabatına əsasən, kiçik şirkətlərə qarşı həyata keçirilən hücumların sayı artıb. Hesabat “Symantec Global Intelligence Network” analitik şəbəkəsindən toplanmış informasiya əsasında hazırlanıb.
Tarix: 09/04/14 İnternetin ən populyar şifrləmə alqoritmində boşluq aşkar olunub
İnternetdə məlumatların ötürülməsinin şifrlənməsi üçün istifadə olunan proqram təminatında boşluq aşkar edilib. Ekspertlər internet istifadəçilərinə bütün poçt, sosial şəbəkə və digər servislərin parollarını dəyişməyi tövsiyə edir.
Tarix: 05/04/14 ABŞ-da yeni yüksəkdəqiqlikli nüvə saatı işə salınıb
ABŞ Ticarət Nazirliyinin Milli Standart və Texnologiyalar İnstitutu (NIST) aprelin 3-də 300 milyon il ərzində bir saniyəlik səhvləri aradan qaldıran yeni “NIST-F2” nüvə saatını istifadəyə verib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156