Tarix: 29/11/13 Ekspertlər kiberməkanda problemlərin həllini vahid konvensiyanın qəbul edilməsində görürlər
Strasburqda keçirilən Ümumdünya demokratiya forumunda kiberməkanda problemlərin həlli üçün vahid konvensiyanın qəbul edilməsinin tələb olunduğu bildirilib.
Tarix: 28/11/13 Poçt trafikində spamın səviyyəsi yenidən artır
“Symantec” şirkətinin statistikasına əsasən, poçt trafikində spamın səviyyəsi artmağa davam edir. 2013-cü ilin oktyabrında onun həcmi 67,7% təşkil edib ki, bu da sentyabrla müqayisədə 1,3% çoxdur. Ən yüksək göstəricilər Şri-Lanka (81,2%), həmçinin təhsil sahəsində (68,8%) və kimyəvi əczaçılıq sənayesində (68,6%) qeydə alınıb.
Tarix: 27/11/13 BMT-nin Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təhlükəsizlik mədəniyyəti ilə bağlı tədbir keçirilir
Noyabr ayının 26 və 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Millətlər Təşkilatının Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) təşkilatçılığı ilə “GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
Tarix: 25/11/13 “Microsoft” Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi yaradır
“Microsoft” Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi yaradır. Bu barədə məlumat verən “Microsoft-Azərbaycan”dan bildirilib ki, noyabrın 14-də “Microsoft” korporasiyası Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin açılışını elan edib.
Tarix: 25/11/13 Milli Təhlükəsizlik Agentliyi tərəfindən yoluxdurulmuş kompüter şəbəkələrinin sayı açıqlanıb
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) bütün dünyada 50000-dən çox kompüter şəbəkəsini virusa yoluxdurub. Bu haqda qurumun keçmiş əməkdaşı Edvard Snouden tərəfindən təqdim edilmiş sənədlərə istinadən Hollandiyanın “NRC Handelsblad” qəzeti yazıb.
Tarix: 25/11/13 Avropa internet istifadəçiləri kibercinayətkarlıqdan ehtiyat edirlər
Avropa İttifaqı internet istifadəçilərinin 76 faizi son vaxtlar kibercinayətkarların qurbanı olmaq riskinin artdığını düşünür, lakin buna baxmayaraq onların yalnız 48 faizi il ərzində parollarını dəyişib.
Tarix: 25/11/13 İnternetin ixtiraçısı qlobal şəbəkədə kiberizləməyə qarşıdır
"Ümumdünya hörümçək toru”nun ixtiraçısı cənab Tim Berners Li bu yaxınlarda rəsmən internetdə həyata keçirilən müxtəlif kiberizləmələrə qarşı olduqca mənfi mövqeyini ifadə edib.
Tarix: 23/11/13 “LG” televizorları daha istifadəçiləri izləməyəcək
“LG” şirkəti etiraf edib ki, onun istehsalı olan smart televizorlar televiziya tamaşaçıları haqqında məlumatları şirkətin serverinə müvafiq funksiya deaktiv edildiyi halda da ötürürmüş.
Tarix: 21/11/13 “LG” şirkətinin smart televizorlarında izləmə funksiyası var?!
“LG” şirkətinin smart televizorları istifadəçidən xəbərsiz sahibi haqqında şəxsi informasiyanı toplayaraq istehsalçıya ötürür. Bu haqda britaniyalı bloqqer “DoctorBeet” deyib.
Tarix: 21/11/13 İnternetdə yeni il spamının göndərilməsinə başlanıb
“Kasperski Laboratoriyası” mütəxəssislərinin oktyabr ayına olan son hesabatına əsasən, hesabat dövründə qlobal poçt trafikində spamın payı ötən göstəricilərlə müqayisədə 6,6% artaraq 72,5% təşkil edib. Bu halda spamerlər Yeni il bayramı ilə əlaqədar aktivləşiblər.
Tarix: 19/11/13 Takuya Hirano: “Azərbaycanda piratçılıqla mübarizənin hökumət tərəfindən prioritet kimi qəbul edilməsi bu problemin həllinə kömək edib”
“Microsoft” şirkəti Azərbaycanı piratçılıqla mübarizədə dəstəkləməkdə davam edəcək.
Şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hiranonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, piratçılıq “Microsoft” şirkəti ilə bərabər, bütün şirkətlərin problemidir.
Tarix: 18/11/13 “Skype” üzərindən yeni təhlükəli virus yayılır
“Doctor Web” şirkəti bu gün “BackDoor.Caphaw” ailəsindən olan bank troyanlarının geniş yayılması haqda məlumat verib.
Tarix: 16/11/13 “Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib
“Microsoft” korporasiyası əvvəllər mövcud olan “Digital Crimes Unit” bölməsini genişləndirərək onu ayrıca struktur kimi “Cybercrime Center” binasına köçürüb.
Tarix: 15/11/13 Ən çox veb-təhdidlərə məruz qalan ölkələr hansıdır?
“Kasperski Laboratoriyası”nın mütəxəssisləri bu ilin üçüncü rübündə virus yazıçılarının mobil platformalara yönləndirilmiş yeni, qeyri-standart üsullarını qeydə alıblar: bank hesabına çıxış əldə edən yeni “innovativ” “Svpeng” ziyanvericisi aşkar edilib, bundan başqa ilk dəfə “Android” troyanı “Obad”ın yayılması üçün kənar botnetlərin gücündən istifadə edilib.
Tarix: 08/11/13 İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan qanun layihəsi gələn il yenidən Nazirlər Kabinetinə təqdim ediləcək
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məsələsini “Valideyn məsuliyyəti” ilə bağlı qanun layihəsinə daxil edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156