Tarix: 25/07/13 “Apple”-ı da “sındırdılar”
Artıq “Apple” şirkətinin rəsmi saytını “sındırma” cəhdindən bir həftə keçib. “ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin rəsmi səhifəsində hücum haqda məlumat yerləşdirilib. Hazırda artıq elan yenilənib və istifadəçilərə əlavə məlumatlar təqdim edilib.
Tarix: 24/07/13 Hansı ölkə əsas spam mənbəyidir?
“Cloudmark” şirkətinin tədqiqat nəticələrinə əsasən, Şərqi Avropa ölkələri spam siyahısına başçılıq edirlər. Ekspertlər qeyd edirlər ki, Belarus spamerlər arasında çox populyarlaşıb və onlar bunu başqa ölkələrin spamerlərlə fəal mübarizə aparması ilə əlaqələndiriblər.
Tarix: 24/07/13 Kiberhücumlar dünyaya 1 trilyon dollar ziyana vurub
“McAfee” antivirus şirkəti və Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin son hesabatına əsasən, kiberhücumlar nəticəsində qlobal illik zərərin həcmi 1 trilyon dollar təşkil edir.
Tarix: 23/07/13 Britaniya provayderləri pornoməzmunu bloklayacaqlar
Böyük Britaniyada internet provayderlər bütün istifadəçilər üçün pornoqrafik materialları başlanğıc ayar kimi bloklayacaq. Bu barədə baş nazir Devid Kemeron bəyan edib. Baş nazir deyib ki, kompüterlərdə pornoqrafik təsvirlərin (istər real, istərsə də düzəldilmiş) saxlanması İngiltərə və Uelsdə qanunsuz əməl sayılacaq. Bununla da qanunvericilikdəki boşluq aradan qadırılacaq.
Tarix: 22/07/13 750 milyon telefonda boşluq aşkar edilib
İnformasiya təhlükəsizliyi sahəsində problemlərin həlli üzrə ixtisaslaşmış “Security Research Labs” şirkətinin təsisçisi Karsten Nol SİM kartlarda aşkar edilmiş boşluq haqqında məlumatı bölüşüb.
Tarix: 22/07/13 “Apple” haker hücumunun qarşısını belə aldı
ABŞ-ın “Apple” şirkəti haker hücumunun edilməsi səbəbindən əlavə tərtibatçıları üçün servisi bağlamaq məcburiyyəti ilə üzləşib. Bu barədə şirkətin saytında yerləşdirilən məlumatında deyilir.
Tarix: 19/07/13 2013-cü ildə “DDoS” hücumların gücü 1655% artıb
“Prolexic Technologies” şirkəti bu ilin ikinci rübündə həyata keçirilmiş kiberhücumlara dair təhlilin nəticələri haqqında məlumatları bölüşüb.
Tarix: 18/07/13 “Facebook”un əməkdaşları istifadəçilərin yazışmasını oxuyur?!
Şirkətin direktoru Mark Zukerberq üçün çıxışların mətninin yazılması ilə məşğul olmuş “Facebook”un keçmiş əməkdaşı Ketrin Loss deyib ki, sosial şəbəkənin əməkdaşları istifadəçilərin fərdi məlumatlarına, həmçinin hesabların parollarına giriş imkanına malikdirlər.
Tarix: 17/07/13 Ötən il dünyanın bütün fond birjalarının 50%-i haker hücumlarına məruz qalıb
Ötən il dünyanın bütün fond birjalarının təxminən 50%-nin kompüter sistemləri haker hücumlarına məruz qalıb. Qiymətli kağızlar üzrə Beynəlxalq Komissiya təşkilatının yenilənmiş hesabatında belə qeyd edilib.
Tarix: 16/07/13 Avropa Komissiyası Angela Merkeli dəstəklədi
Almaniya kansleri Angela Merkel təklif edir ki, xüsusi xidmət orqanları abunəçilərin hər hansı məlumatlarına giriş əldə etdiyi təqdirdə Avropanın internet provayderləri istifadəçilərini məlumatlandırsınlar.
Tarix: 15/07/13 Cənubi Koreya informasiya itkisinin qarşısını bu yolla alacaq
“Renxap” agentliyinin yaydığı məlumata əsasən, Cənubi Koreyanın Müdafiə Nazirliyi bu gündən qurumun qərargahında daxili fotokamera və internetə çıxış imkanına malik smartfon və başqa qurğulardan istifadəni qadağan edib.
Tarix: 15/07/13 Sidneydə informasiya təhlükəsizliyinə dair sərgi keçiriləcək
Təhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşdırılmış “Security Expo - Sydney 2013” sərgisi iyulun 24-dən 26-dək Sidney şəhərində keçiriləcək. Sərgidə informasiya təhlükəsizliyi və şirkətlərin məxfiliyinin mühafizəsi sahəsində mövcud olan yeni texnologiyalar təqdim ediləcək.
Tarix: 13/07/13 AİF-i informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətləri ilə təmin edəcək şirkət bəlli olub
Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətlərinin satın alınması ilə bağlı təkliflər sorğusu başa çatıb.
Tarix: 10/07/13 “VKontakte” və “Odnoklassniki” şəbəkələrində ziyanverici troyan peyda olub
“Eset” şirkəti rusdilli internet istifadəçiləri üçün nəzərdə tutulmuş “Win32/Bicololo” troyanının aktivliyinin artması haqda xəbərdarlıq edib.
Tarix: 10/07/13 ABŞ xüsusi xidmət orqanlarının internet izləməsi ilə bağlı daha bir iddia
Bu gün Avstraliyanın "Sidney Herald Morninq" qəzeti yazıb ki, ABŞ-ın xüsusi xidmət orqanları Avstraliyada yerləşən güclü server avadanlığı ilə təchiz edilmiş dörd obyekt vasitəsilə məlumatın toplanılması ilə məşğuldur.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156