Tarix: 03/02/12 Hökumət və təhlükəsizlik xidmətləri hakerlərlə bacara bilmir?!
“Dünya ölkələri texnologiyaların inkişafı ilə ayaqlaşa və ölkələrini müasir kibertəhlükələrdən müdafiə edə bilmirlər” – bu barədə ABŞ-ın milli kəşfiyyat rəhbəri Ceyms Klepper qeyd edib. O, faktiki olaraq ABŞ hakimiyyətinin də kibertəhlükələrdən müdafiəyə zəmanət verə bilmədiyini təsdiqləyib.
Tarix: 03/02/12 Pentaqon və NASA saytlarının “qırılmasında” ittiham edilən haker həbs edilib
Rumıniya polisi hökumət təşkilatlarının, xüsusilə Pentaqon və NASA saytlarının “qırılmasında” ittiham edilən hakeri həbs edib. Haker internetdə "TinKode" ləqəbi ilə tanınan 20 yaşlı tələbə Razvan Manolaya Çernayyanu adlı şəxsdir. O, yuxarıda qeyd edilən təşkilatların saytlarını “qırmaqda”,
Tarix: 01/02/12 Bir sıra inkişaf etmiş ölkələr kiberhücumlara hazır deyil
"Bir çox inkişaf etmiş ölkələr kibercinayətkarlar tərəfindən hücumlara lazımi səviyyədə hazır deyil". "McAfee" antivirus şirkətinin sifarişi üzrə "Security & Defence Agenda" (SDA) tədqiqat mərkəzinin təşkil etdiyi
Tarix: 31/01/12 Federal Təhlükəsizlik Bürosu “MegaUpload” serverlərindən məlumatları silməyəcək
FTB (Federal Təhlükəsizlik Bürosu) tərəfindən bağlanmış “MegaUpload” fayl mübadiləsi xidmətində yerləşdirilmiş istifadəçilərin məlumatları cümə axşamı silinməyəcək. Çünki Kim Dotkomun vəkilləri Amerika hakimiyyəti və şirkətlər ilə razılaşa biliblər və məlumatların serverdə saxlanılma
Tarix: 31/01/12 “Wordpress CMS” əsasında işləyən saytlara hücum olub
“M86 Labs” İT şirkəti istifadəçiləri “Wordpress CMS” platforması əsasında işləyən bloqlar üçün yeni hücumun aşkar edilməsi haqqında xəbərdar edib . Şirkətin məlumatına əsasən, “Phoenix” kimi tanınan eksploitlərin yeni dəstinə “Wordpress 3.2.1” bloq
Tarix: 31/01/12 Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə Milli Mərkəz yaradılacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası ilə məşğul olan strukturların lisenziyalaşdırılması məsələsini nəzərdən keçirir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi hazırda aktualdır və
Tarix: 30/01/12 15 internet şirkəti internet fırıldaqçılıqla mübarizə aparmaq üçün birləşib
“Google” korporasiyası fişinq və spamla mübarizə aparmaq üçün “Facebook”, “Microsoft”, “Yahoo!” və daha 11 şirkətlə səylərini birləşdirib. Bu barədə şirkətlər qrupu tərəfindən dərc edilmiş press-relizdə bildirilib. Fişinq məktubları dedikdə internet-şirkətlərin adından göndərilmiş
Tarix: 30/01/12 Flaş yaddaşlar 2 dəfə artıq təhlükə yaradır
İnformasiya texnologiyaları mütəxəssislərinin qənaətincə, müdafiəsiz flaş yaddaş qurğularında risk faktoru ikiqat çoxdur. Bununla belə, qiymətli korporativ məlumatların saxlanması üçün beynəlxalq korporasiyaların əməkdaşlarının təxminən 77 faizi USB daşıyıcılarından istifadə edirlər. “www.cnews.ru” saytının məlumatına görə,
Tarix: 30/01/12 İsrail hakerləri İran veb-saytlarını “sındırıblar”
İsrailin özlərini “İDF Team” adlandıran haker qrupu İran Səhiyyə Nazirliyinin və “Press TV” telekanalının veb-saytlarını “sındırıblar”. Saytların əsas səhifələrində İsrail dövlətinin bayrağının təsviri yerləşdirilib. “Press TV” telekanalının “sındırılmış” saytında qeyd edilib: "Buna nə deyəcəksən, Əhmədinejad?"
Tarix: 27/01/12 Virus təhlükəsinin artması antivirus şirkətlərini gücləndirir
“Symantec” şirkəti üçüncü maliyyə rübünün yekunu haqqında hesabat verib. Populyar antivirus istehsalçısının mədaxili kompyuter təhlükəsizliyini təmin edən proqram məhsullarına olan tələbat sayəsində 82% artıb. “Symantec” şirkətinin xalis mənfəəti 240 milyon dollar təşkil edib. Əməliyyat gəliri 15% artıb.
Tarix: 27/01/12 “Nokia” şirkəti spam yaydığına görə cərimələnib
Avstraliya tənzimçiləri “Nokia” şirkətini SMS spam göndərilməsinə görə 58 min dollar dəyərində cərimələyiblər. Bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb. Bundan əlavə, finlərə marketinq kampaniyalarının fəaliyyət prinsiplərini dəyişdirmək göstərişi verilib.
Tarix: 25/01/12 “Kelihos” botnetinin yaradılmasında ittiham olunan Sabelnikov əvvəllər “Agnitum” şirkətində işləyib
“Microsoft” korporasiyası “Kelihos” botneti ilə bağlı iddia üzrə cavabdehlərin siyahısına Rusiya vətəndaşı, Sankt-Peterburqda yaşayan Andrey Sabelnikovu da əlavə edib. İnternetdə olan informasiyaya əsasən, Sabelnikov son 6 il ərzində kompyuter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış bir neçə şirkətdə,
Tarix: 25/01/12 Məlumat itkisinin 97 faizi inyeksiyalara görə baş verir
“SQL” inyeksiyalar vasitəsi ilə həyata keçirilən hücumlara qarşı çoxdan etibarlı müdafiə üsulları hazırlanıb, lakin dünyada məlumat itkisinin 97%-i əvvəlki kimi məhz bu tip hücumlar nəticəsində baş verir. “Barclaycard” ödənişlərinin təhlükəsizlik üzrə direktoru Nira Cons belə iddia edir.
Tarix: 24/01/12 Avropa İttifaqı məlumatların mühafizəsi haqqında qanuna düzəlişləri müzakirə edir
Avropa İttifaqı hakimiyyəti məlumatların mühafizəsi haqqında qanunu sərtləşdirməyi planlaşdırır. Qanuna edilən yeni düzəlişlərdə məlumatlara edilən müdaxilədən və oğurluqdan ziyan çəkmiş şirkətlərə xüsusi diqqət yetiriləcək. Düzəlişlər layihəsinə əsasən, belə hallarda onlar məlumat sızması baş
Tarix: 23/01/12 Proqramçı 10 milyon dəyərində kod oğurlayıb
ABŞ hakimiyyəti 32 yaşlı proqramçı Bo Janqı ittiham edib. Proqramçı 9,5 milyon dollar dəyərində kod oğurluğunda təqsirli bilinir. Bu barədə “Röyters” xəbər agentliyi bildirib. ABŞ Maliyyə Nazirliyinə məxsus olan proqram təminatının kodu Bo Janq tərəfindən qanunsuz olaraq köçürülüb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156