Tarix: 04/11/11 Amerika da Çin və Rusiyanı kibercasusluqda ittiham edib
Çin və Rusiya öz iqtisadi inkişaflarını yaxşılaşdırmaq üçün Amerikanın ticarət və texnologiya sirlərinin oğurluğu üçün kiber casusluqdan istifadə edirlər.
Tarix: 03/11/11 Böyük Britaniya hökumətlərin hakerləri dəstəklədiyini bəyan edib
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq müasir internet sahəyə həsr edilmiş London konfransında çıxış edərək "dövlət hakerliyinin" miqyaslarının əhəmiyyətli dərəcədə artması haqqında məlumat verib. O, həmçinin bildirib ki, belə siyasəti təcrübədən keçirən ölkələr çox təhlükəli oyun oynayırlar.
Tarix: 02/11/11 Təhlükəli troyan “Windows” əməliyyat sistemindəki boşluqdan istifadə edir
“Duqu” troyanı səs-küyə səbəb olmuş “Stuxnet” soxulcan virusu ilə son dərəcə oxşardır. “Duqu” troyanının əsas vəzifəsi müəssisədə istifadə edilən avadanlıq və sistemlər haqqında məxfi məlumatlar toplamaqdır. Bu, hücum etmək üçün lazım olan istənilən informasiya (ekran görüntüləri,
Tarix: 01/11/11 Sənaye müəssisələrinə irimiqyaslı haker hücumları edilib
“Symantec” şirkəti kimya və müdafiə sahələri üzrə onlarla şirkətin kompyuter şəbəkələrinə irimiqyaslı haker hücum cəhdləri haqda məlumat verib. Haker hücumlarının hələ aprel ayında başlandığı bildirilib, lakin hücumların istiqaməti ilk əvvəl əsasən qeyri-hökumət hüquq müdafiə təşkilatlarına yönəldilib.
Tarix: 31/10/11 “Facebook”: Hakerlər hər gün 600000 istifadəçinin hesabına hücum edirlər
“Facebook” öz bloqunda bildirib ki, hər 24 saat ərzində sosial şəbəkəyə bir çox haker hücumları edilir. Orta hesabla hər gün 600000 istifadəçi hesabı hücum obyekti olur. "Biz hər gün yeni hücum tiplərinə hazır olmalıyıq"- “Facebook” sosial şəbəkəsi administrasiyasından bildiriblər.
Tarix: 28/10/11 “Avira” antivirusu özünü ziyankar proqram kimi qəbul edib
Antivirus proqramlarının əslində "təmiz" kənar proqramları ziyankar proqram təminatı kimi qəbul etməsi halları tez-tez olur. “Avira” tərtibatçıları daha irəli gedərək antivirusa özünü troyan kimi qəbul etməyi "öyrədiblər". Şirkətin texniki dəstək forumunda bildirilib ki, bu, müdafiənin yanlış işləməsidir.
Tarix: 26/10/11 Pirat məhsullara görə cəza sərtləşdiriləcək
Azərbaycanın Müəllif Hüquqları Agentliyi pirat məhsulların istehsalı və yayılmasına görə cəzanın sərtləşdirilməsinin tərəfdarıdır. Kamran İmanovun sözlərinə görə, piratçılıqla mübarizəni daha da sərtləşdirəcək müvafiq normativ
Tarix: 24/10/11 Hakerlər “YouTube” videohostinqində “Microsoft” kanalını “sındırıblar”
“YouTube” videoxidmətində “Microsoft” şirkətinin rəsmi kanalı dünən, oktyabr ayının 23-də naməlum hakerlər tərəfindən “sındırılıb”. “Microsoft” kanalına giriş əldə edən hakerlər yüklənmiş videoçarxları silib və əvəzində sponsorların axtarışı haqqında təkliflər yerləşdiriblər.
Tarix: 21/10/11 “Nasdaq” fond birjasının kompyuter sistemini “sındıran” hakerlər şirkətlərin direktorlarını izləyirmişlər
Keçən il “Nasdaq” fond birjasının kompyuter sisteminə daxil olmağı bacaran hakerlər sistemə zərərverici kod quraşdrıblar. Məhz bu kod vasitəsi ilə onlar şirkətlərin direktorlarını izləyə bilirmişlər. "Onların əslində nə etdiklərini Allah bilir. Belə hücumun uzunmüddətli effekti hələ naməlumdur"
Tarix: 17/10/11 Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
AzNET seqmentində real fişinq-insidentlərin sayı sentyabrın yekunlarına görə 3,25 faiz azalıb. Bu barədə "Netcraft" analitik şirkətinin hesabatında deyilir. "Netcraft"ın hesabatına əsasən, Azərbaycanda hər 537 saytın (.az domenində) payına fırıldaqçılar üçün bir səmərəli fişinq-hücum düşür.
Tarix: 12/10/11 Sony” yenidən hakerlərin hədəfindədir
2011-ci ilin yazında edilmiş haker hücumlarından yenicə başı açılmış Yaponiyanın “Sony” korporasiyası yenidən naməlum kibercinayətkarların hücumlarının qurbanı olub. Bu dəfə hakerlər “Playstation Network”a daxil olmaqla, “Sony” internet-xidmətlərinin 93000-dən çox istifadəçisinin şəxsi məlumatlarını oğurlaya biliblər.
Tarix: 10/10/11 Alman hakimiyyəti troyan vasitəsi ilə istifadəçiləri izləyib
Almaniyanın “Chaos Computer Club” adlı məşhur hakerlər qrupu şəxsi bəyanatlarını dərc ediblər. Onlar bəyanatda Almaniya hökumətini ittiham ediblər. Onların iddialarına görə, hökumət istifadəçiləri izləmək üçün troyan proqramı yaradıb və onu şəbəkədə yayır.
Tarix: 07/10/11 5 milyon amerikalı pasiyentin şəxsi məlumatları oğurlanıb
Amerika hərbi qulluqçularını, hərbi təqaüdçülərini və onların ailə üzvlərini müalicə edən ABŞ Müdafiə Nazirliyinin “Tricare” səhiyyə sistemi böyük məlumat itkisi haqqında məlumat yayıb. Arxivlərin ehtiyat surətlərinin yerləşdiyi kompyuter maqnit lentlərinin oğurluğu
Tarix: 07/10/11 Azərbaycanda elektron təhlükəsizlik üzrə struktur yaradıla bilər
Azərbaycan ölkədə elektron təhlükəsizlik üzrə idarənin yaradılması üçün beynəlxalq təcrübəni öyrənir. Bu barədə Rabitə və İnformasiya
Tarix: 07/10/11 “Microsoft” təhlükəsizliklə bağlı 8 bülleten çıxaracaq
“Microsoft” bildirib ki, gələn çərşənbə axşamı proqram təminatında 23 boşluğu aradan qaldırmağı planlaşdırır. Şirkətin xəbərinə əsasən, redaktə çərçivəsində İT təhlükəsizlik ilə bağlı 8 müxtəlif bülleten çıxarılacaq, onlardan ikisi kritik səviyyəli boşluqlardır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156