waplog

Yeni mikrokompüter nümayiş etdirilib


“SolidRun” şirkəti “HummingBoard” mikrokompüterini nümayiş etdirib. “Raspberry Pi” yığcam kompüterində olduğu kimi, cihazın içliyi bir lövhədə yerləşir. “HumminBoard” mikrokompüterinin 10 dollar bahalı olmasına baxmayaraq, daha güclüdür.

“Vertu” yaxın 5 ildə “Bentley” brendinə məxsus smartfonlar buraxacaq


Britaniyanın “Vertu” telefon istehsalçısı İtaliyanın “Ferrari” şirkəti ilə 7 illik əməkdaşlığına son verib və yaxın 5 ildə “Bentley” brendinə məxsus smartfonlar buraxacaq. “Vertu for Bentley” adlı birinci qurğu oktyabrda istifadəçilərin ixtiyarına veriləcək.

İsveçdə ilk distansiyalı aviadispetçer qülləsi fəaliyyətə başlayıb


Dispetçer qülləsi bütün dünya aeroportlarının ayrılmaz və vacib hissəsidir. Lakin “Saab” şirkətinin mütəxəssisləri sayəsində artıq indi bir dispetçer qülləsi uzaq məsafədən bir neçə hava limanına xidmət göstərə bilir.

Yeni məlumat ötürmə protokolu hazırlanıb


ABŞ-ın “Helium Systems Inc.” şirkəti parametrlərinə görə “WiFi”, “ZigBee”, “Bluetooth” və ya digər məlumat ötürmə protokollarından üstün olan yeni “Helium” məlumat ötürmə protokolu hazırlayıb.

“iPhone” smartfonunu robotlar yığacaq?


“Foxconn” şirkətinin direktoru şirkətin işçilərini robotla əvəzləmək niyyətini təsdiqləyib. Bu haqda ilk dəfə bir neçə il bundan əvvəl məlumat yayılmışdı, amma bu yaxın günlərdə keçirilmiş müəssisənin səhmdarlarının görüşündə “Foxconn” şirkətinin top-meneceri deyib ki, avtomatlaşdırılmış sistemlərin yoxlanması yekun mərhələdədir.

“Mercedes-Benz” 2025-ci ilədək avtopilot sistemi ilə təchiz olunmuş yük maşını istehsal edəcək


“Mercedes-Benz” şirkəti alman avtobanında yüksək sürətlə avtopilotda gedən yük avtomobilini nümayiş edən video dərc edib.

“LG” şirkəti 10 düymlük planşetin satışlarına başlayır


“LG” şirkəti yeni “G Pad 10.1” planşetinin qlobal satışlarına start verib. Adından məlum olduğu kimi, qurğu 10.1 düym diaqonallı ekran, həmçinin 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib.

ABŞ-a uçan təyyarələrə enerjisiz akkumulyatorlu qurğuların gətirilməsi qadağan edilib


ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası başqa ölkələrdən ABŞ-a uçan təyyarələrin sərnişinlərinə uçuş aparatının bortunda tamamilə enerjisiz akkumulyatorlu elektron qurğuların gətirilməsini qadağan edib.

“Google” sürücüsüz avtomobillərin hesabına şəxsi avtomobillərin sayını azaltmağı planlaşdırır


Sürücüsüz avtomobillərin populyarlaşması avtomobillərə tələbatı xeyli azalda, həmçinin avtodayanacaq və yollarda tıxac problemini həll edə bilər.

“Selfi” çəkmək üçün xüsusi smartfon istehsal olundu


Yaponiyanın “Sony” şirkəti nümayiş etdirdiyi telefonu dünyanın ən yaxşı “şelfi” smartfonu adlandırıb. “Xperia C3” smartfonu işıq diodu işıqlandırıcısı ilə ön genişbucaqlı 5 meqapiksellik kamera ilə təchiz edilib.

“iPhone 6” modelinin displeyi cızılmayan və sınmayan sapfirdən olacaq


Texnologiyalar haqda yazılar yazan bir neçə bloqqer bu günlərdə  “iPhone 6”-da tətbiq ediləcək sapfir displeyi nümayiş edən video dərc ediblər.

Bədənin daxilində 16 il işləyən elektron implantat yaradılıb


Növbəti ildə ABŞ-ın “MicroCHIPS” şirkəti tərəfindən yaradılan yeni elektron implantatın klinik sınaqlarına başlanacaq.

“RoboHow” layihəsi robotlara internetdən informasiya almağa imkan verəcək


Bir il əvvəl robotların ünsiyyəti üçün daxili şəbəkə kimi təqdim olunan “RoboEarth” layihəsi haqqında məlumat verilib. Bu layihənin məntiqi davamı Almaniyanın Bremen Universitetinin Süni İntellekt İnstitutunun alimlərinin üzərində çalışdığı “RoboHow” layihəsi ola bilər.

Yaponiyada dördmetrlik “3D” formatlı printer yaradılıb


Yaponiyanın “Genkei” şirkəti dünyanın ən böyük “3D” formatlı printerlərindən birini yaradıb. Printerin hündürlüyü 4 metr təşkil edir ki, bu da onu orta statistik insanın boyundan iki dəfə hündür edir. “3D” printer qeyri-adi olmaqla delta “3D” printerlər sinfinə aiddir.

Yeni “iPhone” smartfonu “Sony” şirkətinin 13 meqapiksellik kamerası ilə təchiz edilib


“Apple” şirkətinin yeni “iPhone 6” smartfonu Yaponiyanın “Sony” şirkətinin 13 meqapiksellik kamerası ilə təchiz ediləcək. Britaniyanın “Digital Spy” portalı yazıb ki, qurğunun fotomodulu “Exmor IMX220” sensoru ilə təchiz ediləcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL