“LG” şirkəti “Android” platforması ilə işləyən ağ rəngli “Nexus 4” smartfonunu təqdim edib. Qeyd edək ki, aparatın ön hissəsinin rəngi əvvəlki tək qaradır, yalnız arxa qapağın rəngi ağdır.
“BBC” resursunun məlumatına əsasən, “Bell Laboratories” elmi-tədqiqat laboratoriyasının tədqiqatçıları fiber-optik şəbəkələrdə yaranan maneələrə mübarizə üsulu hazırlayıblar. Nəticədə verilənlərin ötürülməsi sürəti xeyli dərəcədə artırılıb.
“Umeox” şirkəti dünyanın ən nazik smartfonunu hazırladığını bəyan edib. “X5” modelinin qalınlığı cəmisi 5,6 millimetrdir.
1 ay sonra “Samsung” şirkətinin keçirəcəyi “Premiere 2013” mətbuat konfransında “Galaxy” seriyasından yeni qurğular nümayiş etdiriləcək. Təqdimat iyunun 20-də Londonda keçiriləcək. “Samsung Mobile”-in “YouTube” kanalında tədbirin canlı yayımını izləmək mümkün olacaq.
Bu gün Koreyanın “LG” şirkəti yeni smartfonunu təqdim edəcək. Şirkətin mobil bölməsinin prezidenti deyib ki, “Optimus G2” smartfonu “Samsung Galaxy S4” və yeni “iPhone”-a rəqib olacaq.
“Google” şirkəti, istifadəçilərə şəbəkədə iş zamanı daha yüksək səviyyədə intellekt və yeni yığım soft təqdim edən qurğunun köməkliyi ilə növbəti dəfə smartfon bazarında “Apple” şirkətinə hücum etməyə hazırlaşır.
“i-Free” şirkəti, «Tinkoff kredit sistemi» bankı və “MasterCard” smartfona quraşdırılmış NFC pul kisəsi və “Trusted Service Manager” platformasını təqdim edib.
“HTC” şirkəti “HTC One” smartfonunun “təmiz” “Android” (4.2.2 versiyası) əməliyyat sistemi ilə işləyən versiyasını təqdim edəcək. Bu barədə şirkətin rəsmi bloqu məlumat yayıb.
Hakerlər Belçikanın baş naziri Elio di Ruponun elektron poçt ünvanına müdaxilə ediblər və onun yazışmasını ələ keçirərək KİV-ə göndəriblər. “De Morgen” daxil olmaqla bir sıra qəzetlərə poçtla tərkibi Elio di Ruponun 2004-2008-ci illərə aid bir neçə yüz məktubdan ibarət “CD” disklər göndərilib.
“iPod touch” pleyerlərinin bazara çıxarılması anından (2007) etibarən sözügedən yığcam musiqi pleyerlərinin satış həcmi 100 milyonu ötüb. Bu barədə cihazın yeni modeli istifadəyə verilən gün məlum olub.
Amerikanın “Razer” ticarət markası 16,8 millimetr qalınlığında oyun noutbuku təqdim edib. Şirkətin iddiasına əsasən, sözügedən cihaz hazırda bazarda ən nazik modeldir. Noutbukun qiyməti 1800 dollardır.
Gələcəyin kompüterləri texnoloji cəhətdən o qədər inkişaf edəcək ki, canlı insanı belə əvəz edə biləcək. “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak belə bəyanatla çıxış edib.
“Acer” şirkəti Tayvanda start götürmüş “Computex 2013” sərgisində “Liquid S1” adlanan ilk planşetofonunu təqdim edib. Sözügedən model 1280×720 piksel təsvir ölçülü 5,7 düymlü ekran və 1,5 QHs takt tezlikli dördnüvəli “Mediatek” çipi ilə təchiz edilib.
Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi gələcəkdə İKT-nin inkişafı nəticəsində əldə olan imkanları yaşıl iqtisadiyyat sahəsinin inkişaf etdirilməsi üçün istifadə edəcək.
“Samsung şirkəti” “Galaxy Tab 3” seriyasından iki yeni planşet təqdim edib. “Samsung Tomorrow” bloqunda dərc edilmiş yazıya əsasən, qurğulardan biri 8 düymlü, digəri 10,1 düymlü ekranla təchiz edilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL