bölmədə 2336 material var

Tarix: 14/05/15 Dünya iqtisadiyyatının 2019-cu ilədək kibercinayətkarlıqdan ümumi itkiləri 2,1 trilyon dollar olacaq

“Juniper Research” şirkətinin tədqiqatına görə, kiberhücumlar hazırkı səviyyədə qalmaqla 2019-cu ilədək dünya iqtisadiyyatının onların həyata keçirilməsindən ümumi itkiləri 2,1 trilyon dollar təşkil edəcək. 

Tarix: 14/05/15 İnternet istifadəçilərinin 80 faizi potensial haker qurbanıdır

İnternet istifadəçilərinin 80 faizi adi elektron məktubu haker bildirişlərindən (fişinq) seçə bilmir. Bu bildirişlərlə düzgün davranmadıqda kompüterin işində nasazlıq yarana, eləcə də ödəniş rekvizitləri və digər fərdi məlumatların sızması baş verə bilər.

Tarix: 13/05/15 Rus forumlarına daxil olan Azərbaycanın internet istifadəçiləri ehtiyatlı olmalıdır

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) beynəlxalq “hörümçək toru”ndan kompüterlərə “yoluxan” növbəti virusla bağlı məlumat yayıb.

Tarix: 13/05/15 Real vaxt rejimində kiberhücumları göstərən xəritə yaradılıb

İnternet təhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Check Point” şirkəti “ThreatCloud World Cyber Threat Map” adlı kibertəhlükələr xəritəsini yaradıb.

Tarix: 08/05/15 Analitiklər: “İnformasiya təhlükəsizliyi təhdidlərinin qarşısını almaq çətinləşir”

İnformasiya texnologiyaları (İT) və informasiya təhlükəsizliyi sahəsində 200 mütəxəssis arasında keçirilən sorğu zamanı respondentlərin 25 faizi kiberhücumların müəyyənləşdirilməsinin və qarşısının alınmasının iki il əvvələ nisbətdə daha da çətinləşməsi fikri ilə razılaşıb.

Tarix: 08/05/15 Avropa İttifaqı ödəniş sistemində islahatlar aparacaq

Ödəniş xidmətləri sahəsində Avropa qanunvericiliyi təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi və istehlakçı təcrübəsinin müxtəlifliyi məqsədilə yenilənəcək. Bu barədə Avropa İttifaqının (Aİ) İqtisadiyyat və monetar siyasət üzrə komitəsinin məlumatında deyilir.

Tarix: 08/05/15 PA sektor müdiri: “İnformasiya təhlükəsizliyi məsələsində hər kəs diqqətli olmalıdır”

“Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması söz-fikir azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı ilə paralel şəkildə aparılır. Əlbəttə ki, inkişafımızın müəyyən dövrlərində paralel istiqamətdə inkişaf edən bu iki məsələnin bəzisi daha çox üstünlük əldə edib”.

Tarix: 06/05/15 Berlində “FIRST Global Forum” keçiriləcək

Berlində təhlükəsizlik qruplarının insidentlərə operativ reaksiya üzrə forumu keçiriləcək.

Tarix: 04/05/15 Elektron Təhlükəsizlik Mərkəzinin yeni troyan virusu xəbərdarlığı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi Linux əməliyyat sistemi üçün XOR.DDoS adlı yeni bir troyan virusun aşkar olunması ilə bağlı xəbərdarlıq yayıb.

Tarix: 04/05/15 Maliyyə kiberhücumlarının sayı kəskin artıb

"Kasperski Laboratoriyası" maliyyə xarakterli hücumların sayının kəskin artımını qeydə alıb: mobil qurğu sahibləri, fərdi kompüter istifadəçiləri və bilavasitə banklar kibercinayətkarların qurbanı olur.
 

Tarix: 30/04/15 DDOS-hücumları sürətlənir

Dünya üzrə aparılan araşdırmaların nəticələri göstərib ki, DDOS-hücumlarının səviyyəsi və gücü artıb.

Tarix: 30/04/15 Avropada saxta POS-terminallar hazırlayanlar həbs olunub

Fransa polisi Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) dəstəyi ilə istifadəçi kartlarından və PİN-kodlardan informasiyanı ələ keçirmək üçün saxta POS-terminallardan istifadə edən cinayətkar qrupun səkkiz üzvünü həbs edib.

Tarix: 29/04/15 Rumıniya polisi beynəlxalq kibercinayətkar qrupun üzvlərini nəzarət altına alıb

Rumıniya hüquq-mühafizə orqanları bank sistemlərinə müdaxilədə və ödəniş kartlarının saxtalaşdırılmasında ittiham olunan beynəlxalq cinayət qrupun fəaliyyətində iştirakda şübhəli bilinən 25 nəfəri həbs edib.

Tarix: 29/04/15 Avropol 2,5 milyon avro oğurlayan nigeriyalı hakerləri həbs edib

İtaliya maliyyə polisi (Guardia di Finanza) Avropolun iştirakı ilə transmilli cinayətkar qrupun internetdə fırıldaqçılıq əməliyyatları nəticəsində əldə olunan vəsaitlərin oğurlanmasına cəlb olunan on üzvünü həbs edib.

Tarix: 29/04/15 Estoniya kiberqoşunlara mülki könüllüləri cəlb edir

Estoniya kompüter mütəxəssisləri arasından ölkəni kiberhücumlardan müdafiə etməyə hazır olan könüllülər seçir.








21 Noyabr 2024

20 11 2024