Tarix: 24/05/13 Qlobal proqram təminatı bazarı inkişaf edir
Nüfuzlu “International Data Corporation” (IDC) analitik şirkəti qlobal proqram təminatı bazarına dair proqnozunu açıqlayıb. Ekspertlər qeyd ediblər ki, 2012-ci ildə sözügedən seqmentdə artım tempi 3,6% azalıb ki, bu da 2010 və 2011-ci ildə qeydə alınmış artım göstəricilərindən 50%-dən azdır.
Tarix: 22/05/13 Azərbaycanlı istifadəçilər daha çox hansı əməliyyat sistemindən istifadə edir?
“StatCounter GlobalStats” resursunun təqdim etdiyi statistik məlumatlara əsasən, Azərbaycanda “Android” platformasında qurulmuş mobil qurğuların bazar payı 37,57% təşkil edir və birinci yeri tutur.
Tarix: 21/05/13 “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar dünya bazarında 3-cü yerdə qərarlaşıb
İnformasiya texnologiyaları sektorunun ən iri analitik şirkətlərindən olan "International Data Corporation" (İDC) 2013-cü ilin birinci rübü üzrə hesabat dərc edib.
Tarix: 21/05/13 “Samsung Galaxy S III” əməliyyat sistemini yeniləyir
“Samsung Galaxy SIII” qurğusunun sonda “Android 4.2.2” yenilənməsini əldə edəcəyi bildirilib.
Tarix: 20/05/13 Yeni sənaye şəbəkələrinin mühafizəsi texnologiyaları yaradılıb
ABŞ-da Şimali Karolinanın Dövlət Universitetindən olan tədqiqat qrupu, nəqliyyat, enerji təchizatı kimi kritik əhəmiyyətli sahələri idarə etməyə imkan verən şəbəkələrdə kiberhücumları müəyyən və təcrid edə bilən yeni proqram alqoritmi işləyib.
Tarix: 16/05/13 Aktivləşdirilmiş “Android” smartfonların sayı 900 milyona çatıb
“Google I/O 2013” konfransının açılışı zamanı “Android” bölməsinin direktoru Sundar Piçai bildirib ki, “Android” platforması istifadəyə verilən andan istifadəçilər sözügedən platformada artıq 900 milyon smartfon aktivləşdiriblər.
Tarix: 15/05/13 “Windows 8” ödənişsiz olacaq
"Microsoft" korporasiyası bu ilin sonunadək "Windows 8" əməliyyat sistemi (ƏS) üçün ödənişsiz yeniləmə paketi çıxaracaq. Bu barədə sözügedən şirkətin marketinq və maliyyə direktoru Tami Reller Bostonda keçirilmiş “JP Morgan” investisiya bankının konfransında deyib.
Tarix: 14/05/13 “Android” platformasının bazar payı artıb
Ekspertlər aydınlaşdırıblar ki, 2013-сü ilin birinci rübündə tədarük edilmiş smartfonların təxminən 66%-i “Android” platforması ilə işləyib. “Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, yanvar-mart ayları ərzində “Android” smartfonlarının tədarük həcmi 161 milyon olub.
Tarix: 08/05/13 Mayın sonuna kimi yeni platforma ilə işləyən smartfon istifadəyə veriləcək
“Nokia” şirkətini tərk edənlər tərəfindən yaradılmış Finlandiyanın “Jolla” startapı mayın sonunadək “Sailfish” əməliyyat sistemi (ƏS) ilə işləyən ilk mobil qurğusunu nümayiş etdirmək niyyətindədir.
Tarix: 07/05/13 “Window 8” əməliyyat sisteminin nə qədər surəti satılıb?
“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsindən ötən 6 ay ərzində 100 milyon surət satmağa müvəffəq olub.
Tarix: 03/05/13 “Windows 8” əməliyyat sisteminin bazar payı artıb
“Net Applications” analitik şirkətinin məlumatına əsasən, “Windows 8” əməliyyat sisteminin bazar payı artaraq 3,84% olub.
Tarix: 01/05/13 Smartfonlar daha çox hansı əməliyyat sistemi ilə təchiz edilib?
“Kantar” analitik şirkəti bu ilin birinci rübü üzrə mobil satışların həcmi haqqında məlumat dərc edib. Mütəxəssislər tərəfindən Çin, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və ABŞ bazarları araşdırılıb. Cari ilin yanvar-mart ayları ərzində satılmış smartfonların 64,2%-i “Google” şirkətinin “Android” mobil platforması ilə işləyir.
Tarix: 30/04/13 İnformatika dərsləri üçün yaradılmış faydalı proqram təminatı təkmilləşdirilib
İnformatika dərsləri üçün yaradılmış faydalı proqram təminatı - “ALPLogo” proqramı bir qədər də təkmilləşdirilib. Belə ki, bu yaxınlarda “ALPLoqo” proqramının yeni 2.1 versiyası müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Tarix: 27/04/13 "Microsoft Office" sənədlərini "Chrome" brauzerində açmaq mümkündür
"Google Chrome" brauzerinin istifadəçiləri artıq "Microsoft Office" sənədlərini birbaşa brauzerdə aça biləcəklər. Bunun üçün brauzerə "Chrome Office Viewer" genişlənməsini yükləmək lazımdır.
Tarix: 26/04/13 Planşet bazarında “Windows”un payı artıb
“Strategy Analytics” analitik şirkətinin 2013-cü ilin birinci rübü üzrə dərc etdiyi hesabata əsasən, “Windows” əməliyyat sistemi (ƏS) qlobal planşet bazarının 7.4%-nə sahiblənib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87