bölmədə 1303 material var

Tarix: 28/04/14 Azərbaycanda yaxın zamanda dövlət qurumlarının proqram təminatının lisenziyalaşdırılması məqsədi ilə tender elan edilə bilər

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Microsoft” şirkəti ilə 30 min lisenziyanın alınmasını nəzərdə tutan müqavilə bağlaya bilər.

Tarix: 28/04/14 Azərbaycanda bir çox təşkilat lisenziyasız proqram istifadə etməklə vergidən yayınır

Azərbaycan Müəllif Hüquqları Agentliyi pirat proqram təminatının istifadəsinin qarşısını almaq məqsədi ilə qanunvericilikdə yeni dəyişikliklərin edilməsini təklif edir.

Tarix: 28/04/14 Azərbaycan bankları daha pirat proqramlardan istifadə etməyəcəklər

“Microsoft-Azərbaycan” şirkəti lisenziyalı proqram təminatının tətbiqi sahəsində yerli maliyyə sektoru ilə əməkdaşlığını genişləndirir.

Tarix: 26/04/14 “Samsung” şirkəti “Android” platformasından imtina etməyi planlaşdırır

“The Korea Times” nəşri yazır ki, “Samsung” şirkəti tədricən “Android” platformasından imtina edərək öz “Tizen” əməliyyat sisteminə keçməyi planlaşdırır. Bu haqda “Samsung Electronics”in prezidenti Xon Von Pio deyib.

Tarix: 25/04/14 “Android” mobil əməliyyat sistemi mobil reklam trafikinin həcminə görə lider olub

2014-cü ilin birinci rübündə “Android” mobil əməliyyat sistemi “iOS”-u ötərək ilk dəfə mobil reklam trafikinin həcminə görə ən böyük platforma olub. Bu haqda 2014-cü ilin birinci rübü üzrə “Opera Mediaworks” şirkətinin “State of Mobile Advertising” hesabatında yazılıb.

Tarix: 23/04/14 “iOS” əməliyyat sistemi yeniləndi

“Apple” şirkəti öz mobil əməliyyat sisteminin növbəti versiyasını (7.1.1)  təqdim edib. “iOS” platformasının son versiyasını yükləmək  üçün “iPhone/iPad/iPod Touch” qurğularında sazlamalara daxil olmaq, "Əsaslar"ı və daha sonra "Proqram təminatının yenilənməsi" punktunu seçmək lazımdır.

Tarix: 22/04/14 DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

"Microsoft" proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan əvvəl apardığı, öncədən qurulmuş pirat proqram təminatı ilə kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq, Bakının kompüter dükanlarında növbəti reyd keçirib.

Tarix: 19/04/14 “Microsoft” şirkətinin ödənişsiz ofis paketi əlavəsi 100 milyon dəfə yüklənilib

“Apache Open Office” ofis paketi istifadəçilər tərəfindən 100 milyon dəfə yüklənilib. “Open Office” paketinin çıxarılmasından iki il vaxt keçib. Ofis paketi ödənişsizdir.

Tarix: 16/04/14 “Android” və “Windows” sistemli masa-planşetin satışlarına başlanılıb

“Ideum” şirkəti 46 düym diaqonallı “Platform Coffee Table” sensor masa-planşet üçün sifarişlərin qəbuluna başlayıb. Qurğunun qiyməti 6950 dollardan başlayır.

Tarix: 16/04/14 “Windows XP” istifadəçilərinin 27%-i köhnə sistemdən istifadəyə davam edir

“Avast” antivirus şirkəti tərəfindən keçirilmiş sorğunun nəticəsinə əsasən, “Windows XP” əməliyyat sistemi istifadəçilərinin təxminən 27%-i köhnə əməliyyat sistemindən istifadəyə davam edir.

Tarix: 15/04/14 Azərbaycanın Penitensiar xidməti “Vahid Elektron Baza və İdarəetmə Sistemi”nin yaradılmasını sürətləndirir

Azərbaycan  Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəhbərliyinin, xidmət üzrə qeydiyyat qurumları əməkdaşlarının və “Ultra Computers” icraçı şirkətinin nümayəndələrinin iştirakı ilə görüşü keçirilib.

Tarix: 15/04/14 Proqramçıların əksəriyyəti milyonçu olmağı planlaşdırır

“Chef” şirkətinin minlərlə proqram təminatı tərtibatçısı arasında keçirdiyi sorğunun nəticəsi maraq doğurub. Belə ki, respondentlərin 69%-i əmindir ki, kadrlar ixtisara düşdükdə onlar üçün problem yaranmayacaq. Rəyi soruşulmuş proqramçıların 56%-i isə əmindir ki, onlar gələcəkdə milyonçu olacaqlar.

Tarix: 11/04/14 “Android” üçün yeni əlavələr yoxlanışı servisi istifadəyə veriləcək

“Google” şirkəti smartfon və planşet kompüterlərdə əlavələri mütəmadi yoxlayacaq yeni servisi işə salmaq niyyətindədir. Hazırda proqramları yalnız quraşdırılma zamanı skan etmək mümkündür.

Tarix: 10/04/14 İstedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə olimpiadaya hazırlığına başlanılıb

Bakı şəhəri 117 saylı tam orta məktəbdə istedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə olimpiadaya hazırlığına başlanılıb.

Tarix: 10/04/14 Dünyada hər 10 kompüterdən 3-ü “Windows XP” platforması ilə işləyir

“Microsoft” şirkəti “Windows XP” dəstəyini dayandırıb, lakin 2001-ci ildə buraxılmış əməliyyat sistemi indiyədək kompüterlərin  28%-də istifadə olunur.








26 Aprel 2024

25 04 2024