bölmədə 2336 material var

Tarix: 04/02/14 Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzi “Chrome” istifadəçilərinə xəbərdarlıq edir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Google” şirkətinə məxsus olan “Chrome” barauzerinin istifadəçilərinə hər hansı saytın pisniyyətli olmasından şübhələndikləri halda səsli əmrlərin istifadə olunmamasını və mikrofondan istifadəyə icazə verməmələrini tövsiyə edir.

Tarix: 03/02/14 Azərbaycan elektron təhlükəsizlik məsələri üzrə beynəlxalq konfransda təmsil olunub

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) rəhbərliyi “Cybertech 2014” konfransı ilə əlaqədar İsraildə rəsmi- işgüzar səfərdə olub.

Tarix: 03/02/14 Azərbaycanın Elektron Təhlükəsizlik Mərkəzi ötən il baş vermiş kiberhücumlar və ziyanverici proqramlarla bağlı hesabat təqdim edib

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi ziyanverici proqramlar,  təhlükəsizlik çatışmazlıqları və kibertəhlükələr haqqında məlumatlar əsasında hesabat hazırlayıb.

Tarix: 30/01/14 2013-cü ildə 11,6 milyondan çox mobil qurğu virusa yoluxub

Telekommunikasiya avadanlığı istehsalçısı “Alcatel-Lucent” şirkəti mobil qurğu istifadəçiləri üçün virus təhlükələrinin dərəcəsini qiymətləndirib.

Tarix: 29/01/14 “Rovio” şirkəti kəşfiyyatla əməkdaşlığını inkar edib

“Angry Birds” oyununun yaradıcısı Finlandiyanın “Rovio Entertainment” şirkətindən bildirilib ki, heç vaxt ABŞ və Britaniyanın  kəşfiyyat qurumları ilə əməkdaşlıq etməyib, həmçinin heç vaxt istifadəçilər haqqında məlumat toplamayıb.

Tarix: 29/01/14 Bu gün fərdi məlumatların mühafizəsi günüdür

Bir çox ölkələrdə bu bayram həm də “konfidensiallıq günü” kimi tanınır.

Tarix: 29/01/14 Britaniyanın kəşfiyyat qurumu “Facebook” və “Google” şirkətlərini izləyir?

“NBS News” telekanalı Edvard Snoudenin yeni məlumatlarına istinadən xəbər verir ki, “YouTube” videohostinqində video izləmə, “Facebook” sosial şəbəkəsində bəyənmələr və istifadəçilərin “Google Blogger” platformasına daxil olması Britaniyanın “GCHQ” kəşfiyyat qurumu tərəfindən “Squeaky Dolphin” proqramı çərçivəsində real vaxtda izlənən parametrlərə aiddir.

Tarix: 28/01/14 Milli Təhlükəsizlik Agentliyi vətəndaşları hansı proqramlar vasitəsilə izləyir?

ABŞ-ın elektron casusluqla məşğul olan Milli Təhlükəsizlik Agentliyi və onun Britaniya analoqu olan Hökumət Rabitəsi İdarəsi məşhur əlavələr vasitəsilə smartfon sahibləri haqda məlumat toplamağa imkan verən xüsusi üsullar işləyiblər.

Tarix: 28/01/14 ABŞ-da iki “Bitcoin” mübadilə məntəqəsi operatoru həbs edilib

ABŞ-da iki virtual “Bitcoin” valyuta mübadiləsi məntəqəsi operatoru həbs edilib.

Tarix: 28/01/14 Xrombuku “sındır” 2.7 milyon dollar dəyərində mükafat qazan

“Google” şirkəti öz bloqunda “Pwnium 4” haker müsabiqəsi elan edib. Müsabiqə martın 12-də Kanadada “CanSecWest” konfransı çərçivəsində keçiriləcək.

Tarix: 27/01/14 Hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə edib

Naməlum hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə etməklə fişinq hücumu həyata keçirib və Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) təcili məlumatı imitasiya edən məktub vasitəsilə ölkənin bir sıra kompüterlərini yoluxdurub.

Tarix: 27/01/14 ABŞ Federal məhkəmələri haker hücumuna məruz qalıb

“Reuters” agentliyi yazır ki, yanvarın 24-də hakerlər ABŞ-ın federal məhkəmə saytlarına, elektron məhkəmə sənədlərinə (PACER) açıq çıxış sisteminə, həmçinin elektron iddia vermə sisteminə müdaxilə ediblər.

Tarix: 25/01/14 “Google” xrombuklara uğurlu müdaxilə həyata keçirən şəxsi 2.7 milyon dollar dəyərində mükafatlandıracaq

“Google” şirkəti öz bloqunda “Pwnium 4” haker müsabiqəsi elan edib. Müsabiqə martın 12-də Kanadada “CanSecWest” konfransı çərçivəsində keçiriləcək. İştirakçıların hədəfi “Chrome OS” əməliyyat sistemində işləyən noutbuklara – xrombuklara müdaxilə etmək olacaq.

Tarix: 23/01/14 Rumıniyada Guccifer ləqəbli haker həbs edilib

“Reuters” agentliyinin yaydığı məlumata əsasən, Rumıniyada 2013-cü ildə bir sıra amerika siyasətçiləri, məmurları və iş adamlarının elektron poçtuna müdaxilə etmiş haker həbs edilib. Haker Guccifer ləqəbi ilə tanınır.

Tarix: 23/01/14 Bütün mobil viruslar “Android” platformasına hədəflənib

Şəbəkə avadanlığı istehsalçısı “Cisco” şirkəti informasiya təhlükəsizliyi üzrə öz illik hesabatının nəticələrini açıqlayıb.








21 Noyabr 2024

20 11 2024