bölmədə 2336 material var

Tarix: 12/04/13 Spam daha ciddi təhlükə doğurmağa başlayıb

Virusların mesajlar vasitəsilə yayılmasında əksər hallarda “ZIP”, “EXE” və “PIF” format fayllarından istifadə olunur. “ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, spam əleyhinə texnologiyaların inkişafı müasir istifadəçilərə özlərini arzuolunmaz mesajlardan tamamilə təcrid etməyə imkan verir, lakin əgər qəbul edən zərərli bildirişlər alırsa, o, əvvəlki illərlə müqayisədə daha ciddi təhlükələrlə üzləşmiş olur.

Tarix: 12/04/13 Elektrik enerjidoldurma stansiyaları haker hücumları qarşısında zəifdir

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hakerlər zəif enerjidoldurma stansiyalarında elektromobillər vasitəsilə elektrik enerjidoldurma şəbəkəsini bağlaya bilələr.

Tarix: 12/04/13 Lisenziyasız oyunların 90 faizində virus var

“AVG” antivirus şirkəti, bugünkü gün ən populyar olan kompüter oyunlarını tətbiq etmək qərarına gəlib. “ICTnews” xəbər xidməti “www.cert.gov.az” saytına istinadən bildirir ki, “AVG”-nin “Viruslab Research Group” mütəxəssisləri belə bir qənaətə gəliblər ki, demək olar, bütün lisenziyasız oyunlar və ya "sındırılmış" yenilənmələr tərkibində virus daşıyır.

Tarix: 11/04/13 ABŞ kibertəhlükəsizlik sahəsinə 4,7 milyard dollar xərcləməyi planlaşdırır

ABŞ gələn il kibertəhlükəsizlik sahəsinə 4,7 milyard dollar xərcləməyi planlaşdırır. ABŞ Konqresinin müzakirəsinə göndərilmiş federal büdcə layihəsində bu barədə qeyd olunub. İnternet məkandan qaynaqlanan təhdidlərə qarşı xərclərin həcmini cari səviyyə ilə müqayisədə 800 milyon artırmaq təklif edilir.

Tarix: 10/04/13 Azərbaycanda ilk dəfə "ecaHack" müsabiqəsi reallaşdırılır

Azərbaycanda ilk dəfə "ecaHack" müsabiqəsi reallaşdırılır. Müsabiqənin Təşkilat komandasından “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, yarışmada iştirak üçün müraciət mərhələsi artıq arxada qalıb.

Tarix: 10/04/13 Rusiyada orta məktəblərdə kibertəhsil fənni tədris ediləcək

Rusiyada kibertəhdidlərə qarşı mübarizə aparmaq üçün virtual təhdidlərə Reaksiya Mərkəzinin yaradılması və ibtidai məktəblərdə kibertəhsil fənninin tədris edilməsi təklif edilib.

Tarix: 09/04/13 Azərbaycan informasiya təhlükəsizliyi üzrə iclasda iştirak edəcək

Azərbaycan Regional Rabitə Birliyinin (RRB) informasiya təhlükəsizliyi üzrə komissiyasının iclasında iştirak edəcək.

Tarix: 08/04/13 “Təhlükəsizliyin təmin olunması: nəzəriyyə, təcrübə məsələləri və hüquqi aspektlər” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Aprelin 11-də Kiyevin (Ukrayna) Avropa Universitetində “Təhlükəsizliyin təmin olunması: nəzəriyyə, təcrübə məsələləri və hüquqi aspektlər” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tarix: 06/04/13 170 mindən çox “Skype” istifadəçisi yeni virusun “qurban”ı olub

"Kasperski Laboratoriyası"nda işləyən mütəxəssislərin iddiasına əsasən, 170 mindən çox “Skype” istifadəçisi bu yaxınlarda meydana çıxmış virusun “qurban”ı olub və onların sayı durmadan artır.

Tarix: 04/04/13 Kibercinayətkarlar hər üç dəqiqədən bir kommersiya müəssisələrinə hücüm edirlər

Şəbəkə təhlükəsizliyi sahəsində ixtisaslaşmış “FireEye” şirkətinin yeni hesabatına əsasən, kibercinayətkarlar hər üç dəqiqədən bir kommersiya müəssisələrinə hücüm həyata keçirirlər.

Tarix: 04/04/13 Gənc İT mütəxəssislərinin 50 faizdən çoxu “Big Data”nın səmərəliliyinə əmindir

“Cisco Connected World Technology Report” araşdırmasına əsasən, gənc İT mütəxəssislərinin 60%-dən çoxu əmindir ki, “Big Data” bir çox ölkələrin şirkətlərinə qərarların qəbulu prosesini təkmilləşdirməyə və qlobal bazarda rəqabət qabiliyyətini artırmaqda kömək edəcək. Bu barədə “Cisco” şirkətinin rəsmi saytında yazılıb.

Tarix: 04/04/13 Korporativ istifadəçilərin 35%-i şifrələmə texnologiyasından istifadə etmir

2012-ci ilin sonunda "Kasperski Laboratoriyası"nın “B2B International” şirkəti ilə birgə keçirdiyi beynəlxalq araşdırmanın yekununa əsasən, əksər şirkətlər korporativ informasiyanın mühafizəsi məsələlərinə az önəm verir.

Tarix: 01/04/13 Fərdi kompüterlər, planşetlər, mobil telefonlar və qeyri-korporativ şəbəkələr viruslara qarşı daha dayanıqsızdır

“Kasperski Laboratoriyası” kritik vacib kompüter sistemlərinin təhlükəsizlik problemlərinin araşdırmasının nəticəsində “Mother-SCADA” sisteminin 100% mühafizəsini təmin etmək məqsədi ilə işlərə başlayıb.

Tarix: 01/04/13 Rusiyada “Kibertəhdidlərə əks-cavab mərkəzi” yaradılacaq

Ruslan Qattarovun təşəbbüsü ilə hazırlanmış Rusiyanın yeni kibertəhlükəsizlik strategiyası layihəsinin reallaşdırılması çərçivəsində "Kibertəhdidlərə əks-cavab mərkəzi" yaratmaq planlaşdırılır.

Tarix: 29/03/13 Dünyada təxminən 50 milyon kompüter virusa yoluxub

“Kasperski Laboratoriyası”nın araşdırmasına əsasən, dünyada təxminən 50 milyon kompüter zərərli proqram təminatına yoluxub. Ekspertlər dəqiqləşdiriblər ki, araşdırma “Windows” əməliyyat sistemi ilə işləyən qurğuları əhatə edib.








21 Noyabr 2024

20 11 2024