Tarix: 18/06/11 Hakerlər indi də mahnı oğurlayır
İnternetdə pop-ulduzların, xüsusilə Ledi Qaqa, Meray Keri və Castin Timberleykin yeni mahnılarını yerləşdirən iki alman hakeri məxfi informasiyaya qeyri-leqal giriş əldə edilməsinə və müəllif hüquqlarının pozulmasına görə günahkar biliniblər. Adları açıqlanmayan hakerlər 18 ay həbsxana həyatına məhkum ediliblər.
Tarix: 17/06/11 Mobil telefon qulaqda əlavə səs yaradır
Vyanadakı Ətraf Mühitin Mühafizəsi İnstitutunun alimləri müəyyənləşdiriblər ki, mobil telefondan daimi istifadə edən insanların qulaqlarında əlavə səslər yaranır. Araşdırmalar göstərir ki, gün ərzində 10 dəqiqə telefonla danışan insanlarda
Tarix: 14/06/11 ABŞ Senatının daxili şəbəkəsi sındırıldı
“Lulz Security” haker qruplaşması ABŞ Senatının daxili şəbəkəsini qırması haqqında bəyanat yayıb. Hakerlər Senatın serverindən oğurlanmış faylların siyahısını dərc ediblər. Bununla belə, “Lulz Security”də qeyd ediblər ki, bu, onların saytdan əldə etdiyi daxili məlumatların yalnız kiçik hissəsidir.
Tarix: 14/06/11 Türkiyədə “Anonymous” qrupundan olan hakerlər həbs edilib
Türk polisi “Anonymous” haker qruplaşmasının üzvlərini tapmaq üçün 10-dan çox şəhərdə reydlər keçirib. Reyd nəticəsində hökumət saytlarına hücumlarda şübhəli bilinən 32 insan həbs edilib. Bir neçə gün əvvəl isə oxşar əməliyyatı ispan polisləri həyata keçirmişdilər.
Tarix: 13/06/11 Kibercinayətkarlar Beynəlxalq Valyuta Fondunu sındırdı
Haker hücumuna yalnız “Sony”, “Nintendo” və “Google” deyil, həm də Beynəlxalq Valyuta Fondu (BVF) kimi maliyyə institutu da məruz qalıb. Beynəlxalq Valyuta Fondunun nümayəndələri rəsmi şərhlər verməyiblər, amma anonimlik şəraitində iddia ediblər ki, haker hücumu çox ciddi olub.
Tarix: 13/06/11 Firefox brauzerinin istifadəçiləri DİQQƏT!
Açıq kodlu Firefox veb-brauzerinin istifadəçiləri Windows Update serverini imitasiya edən səhifədən hədəfi istifadəçilərinin fərdi kompüterinə saxta antivirus proqram təminatını yükləmək olan yeni hiyləgər sxemlə qarşılaşıblar. Sophos şirkəti psevdo-antivirusların həcmlərinin sürətli artması haqqında məlumat yayıb.
Tarix: 13/06/11 Haker qruplaşması 26 000 istifadəçisinin email və şifrələrini dərc edib
“Sony” şirkətinin bir sıra saytlarını qıran “Lulz Security” haker qruplaşması məşhur veb layihələri qırmağa davam edir. Onlar ən böyük porno-resurslarından biri - “Pron.com” saytını qırmağı bacarıblar və hakerlər təxminən 26 000 email ünvan və şifrə dərc ediblər.
Tarix: 11/06/11 İspaniyada haker hücumunun iştirakçıları tutulublar
Barselona, Alikante və Almeridə hökumət və korporativ serverlərə, həmçinin PlayStation Network xidmətinə edilmiş haker hücumları ilə əlaqəsi olan “Anonymous” qrupunun 3 üzvü saxlanılıb. İspan polisinin məlumatına görə, hakerlər hücumların koordinasiyası üçün İspaniyanın şimalında Xixon şəhərində həyət evində yerləşən serverdən istifadə ediblər.
Tarix: 11/06/11 Hakerlərdən məşhur oyun istehsalçısına zərbə
“Codemasters” oyunları Britaniya istehsalçısının veb-saytına hücum edib. Belə ki, kibercinayətkarlar tərəfindən bir neçə min istifadəçinin şəxsi məlumatları oğurlanıb. Şirkət bildirib ki, istifadəçilərin ödəmə rekvizitləri ələ keçirilməyib. “Codemasters”dən bildiriblər ki, sayta müdaxilə faktını aşkar edən kimi saytı söndürüblər.
Tarix: 10/06/11 Türkiyənin rəsmi saytları dağıdıldı
“Anonymous” haker qrupu Türkiyədə internet-senzura sisteminin reallaşdırılması üzrə plan təklif edən türk hökumət saytına hücum edərək yenidən öz varlığını xatırladıb. Respublika prezidenti yanında kommunikasiyalar üzrə türk komissiyasının saytı dünəndən qeyri-aktivdir.
Tarix: 10/06/11 Filippin kibercinayətlərə qarşı qanun təsdiq edib
Filippin qanunvericilik hakimiyyəti kibercinayətlərin təriflərini əks etdirən və cinayətkarları cəzalandıran qanunu təsdiq edib. İnformasiya və Rabitə Komitəsi tərəfindən təsdiq olunmuş bu qanun “Kibercinayətin qarşısının alınması haqqında qanun-2011” adlanır. Bu qanun konfidensial məlumatı internet istifadəçilərdən qorumaq üçün hazırlanıb.
Tarix: 09/06/11 Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir
Bir necə gün əvvəl Yeni Zellandiyanın Rabitə naziri Stivin Joys bəyan edib ki, hökumət təhlükəsizlik strategiyasını rəsmi surətdə həyata keçirməyə hazırlaşır. Hesab edilir ki, bu strategiya Yeni Zellandiyanın çoxsaylı kibertəhlükələrə qarşı müdafiəsini gücləndirməlidir.
Tarix: 09/06/11 NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
NASA dünya əhalisini diqqətli olmağa çağırıb. NASA bu gün saat 23:00 radələrində iyunun 7-də Günəşin səthində baş verən dəhşətli partlayışların təsirinin Yer kürəsində hiss ediləcəyini vurğulayıb. Bununla əlaqədar olaraq təşkilat dünya ictimaiyyətini radiasiya təsirinə qarşı diqqətli olmağa çağırıb.
Tarix: 08/06/11 Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
Yunanıstanda İnterpolun və amerika hökumət agentliklərinin saytlarına qanunsuz girişdə ittiham edilən 18 yaşlı haker həbs edilib. AFP bildirdiyi kimi, şübhəli şəxs Afina şəhər ətrafında anası ilə yaşadığı evlərində saxlanıb. Saxlanılan şəxsin adı bildirilmir.
Tarix: 08/06/11 Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” adlanan təşkilat qeydə alınıb. Cəmiyyətin əsas məqsədi internet şəbəkəsində olan və uşaqlar üçün təhlükə daşıyan materialın məhv edilməsidir. Maraqlıdır ki, bu yeni ictimai təşkilat fəaliyyətə 8 fevralda qeyd olunan Beynəlxalq İnternet Təhlükəsizliyi günündən bir gün əvvəl başlayıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156