Tarix: 17/02/15 Azərbaycanda proqram təminatı sahəsində piratçılığın səviyyəsi 11 faiz aşağı düşüb
Azərbaycanda piratçılığın səviyyəsi davamlı olaraq görülən tədbirlər nəticəsində azalıb.
Tarix: 17/02/15 “Windows 10” biometrik parolları dəstəkləyəcək
“Windows 10” əməliyyat sistemi (ƏS) ilə işləyən fərdi kompüterə (FK) parolsuz giriş əldə etmək mümkün olacaq: barmaq izi və ya gözün qüzehi qişasının skanı şifrəni əvəz edəcək.
Tarix: 17/02/15 ABŞ-ın pərakəndə ticarət şirkətləri təhlükəsizliyə xərcləri artırır
ABŞ-ın pərakəndə ticarət sahəsində fəaliyyət göstərən sahibkarları 2014-cü ildə istifadəçilərin təhlükəsizliyinin mühafizəsinə xərcləri xeyli artırıblar.
Tarix: 16/02/15 ABŞ Prezidenti dövlət və özəl təşkilatlar arasında kibertəhdidlər haqqında informasiya mübadiləsinə dair fərman imzalayıb
Kiberhücumlardan mühafizə vəzifəsi həm dövlətin, həm də özəl şirkətlərin ayrı-ayrılıqda öhdəsindən gələ bilmədiyi vəzifədir.
Tarix: 16/02/15 “Linux”da boşluq aşkar edilib
“Glibc” (The GNU C Library) sistem kitabxanasında kritik boşluq (CVE-2015-0235) aşkar olunub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu təhlükəsizlik boşluğu sistemdə kodun uzaqdan idarəolunmasının həyata keçirilməsi üçün istifadə oluna bilər.
Tarix: 16/02/15 Zərərli mürəkkəb proqram təminatı 16 milyon mobil qurğunu yoluxdurub
“Alcatel-Lucent Motive Security Lab” şirkətinin 2014-cü il üçün hesabatında bildirilir ki, cinayətkarlar 16 milyon mobil qurğudan istifadəçi məlumatlarının oğurlanması üçün zərərli mürəkkəb proqram təminatından istifadə ediblər.
Tarix: 16/02/15 Hakerlər qrupu dünya banklarının hesablarından 1 milyard dollar oğurlayıb
Beynəlxalq hakerlər qrupu dünyanın yüzlərlə maliyyə təşkilatının hesablarından 1 milyard dollar oğurlayıb.
Tarix: 14/02/15 Kiberrisklərin sığortalanmasına 2,5 milyard dollar xərclənib
Ötən il dünya üzrə kiberrisklərin sığortalanmasına 2,5 milyard dollar vəsait xərclənib.
Tarix: 14/02/15 Obama öz kompüter parollarını açıqlayıb
ABŞ prezidenti Barak Obama etiraf edib ki, əvvəllər öz rəqəmli resurslarına giriş üçün çox sadə parollardan istifadə edib.
Tarix: 11/02/15 ABŞ-da informasiya təhlükəsizliyi sahəsində yeni agentlik yaradılıb
ABŞ hakimiyyəti informasiya təhlükəsizliyi sahəsində “Cyber Threat Intelligence Integration Center” (CTIIC) adlanan yeni agentlik yaradıb.
Tarix: 11/02/15 Azərbaycanda bu il informasiya təhlükəsizliyi laboratoriyaları yaradılacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bu il informasiya təhlükəsizliyi üzrə laboratoriyalar yaradacaq.
Tarix: 11/02/15 Hakerlər hər gün 30 min şirkətə hücum edir
Ötən il bir sıra iri şirkət və bankların maliyyə informasiyasının oğurlanması ilə yadda qalsa da, aparılan tədqiqatlar daha çox kiçik şirkətlərin zərər çəkməsini göstərir.
Tarix: 10/02/15 Müasir avtomobillər haker hücumlarına dayanıqsızdır
ABŞ-da dərc edilmiş tədqiqata əsasən, internetə çıxışa malik bütün avtomobillər haker hücumlarına qarşı dayanıqsızdır. Həmçinin belə avtomobillər öz sahibinin bütün hərəkəti haqda fərdi informasiya ötürür.
Tarix: 06/02/15 İnternetdə fırıldaqçılıq şirkətlərə ildə 92,3 milyon dollar ziyan vurur
Avstraliyanın “CSO” informasiya təhlükəsizliyi şirkətinin nümayəndəsi Mariya Korolovanın aparılmış son tədqiqatın nəticələrinə istinadən verdiyi məlumata görə, internetdə mobil texnologiyalar sahəsində fırıldaqçılıq şirkətlərə hər il 92,3 milyon dollar məbləğində ziyan vurur, eləcə də bir sıra təşkilatlar gəlirinin dörddə bir hissəsini itirir.
Tarix: 05/02/15 2016-cı ildə smartfonlar 3.5 dəfə daha sürətli və 4 dəfə daha qənaətcil olacaq
Britaniyanın “ARM Holdings” şirkəti 2016-cı ilin mobil qurğuları üçün “Cortex-A72” prosessorunu təqdim edib. İstehsalçı bildirib ki, “Cortex-A72” ən sürətli mobil prosessordur. O, smartfonlara quraşdırılmış 5 il əvvəl buraxılmış prosessorlardan 50 dəfə daha sürətlidir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156